Beyin
Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır.
Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir.
Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir.
İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır. Ondan sonra isə sabitləşməyə başlayır.
Beyin qarışıq və mürəkkəb ola bilər. Məsələn, insan beyni 100 milyarddan çox neyrondan ibarətdir və bu neyronların hər biri, özü kimi 10.000 dənə üzvü ilə əlaqə yaradır. Beyinə daxil olan və çıxan sinir impulsların sürəti saatda 270 kilometrə bərabərdir. Beyinin tam fəaliyyət göstərməsi üçün 10 vattlıq lampa gücündə enerji tələb olunur. Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə , bir o qədər çox yuxu görür. Baş beyinin tormozlayıcı və qıcıqlandırıcı xüsusiyyətləri vardır. Qurbağa beyni- Baş beyni çıxarılmış qurbağanı ştativdən asaraq arxa ətrafın barmaqlarını pinsetlə sıxdıqda, yaxud sulfat turşusu məhlulu olan stəkana saldıqda bükmə refleksi müşahidə olunur.
Beyin duyğu orqanlarını və hormonların ifrazatını idarə edir. Hərəkətlərin idarə mərkəzidir. Qan təzyiqi, vücudun istiliyi, susamaq və acmağı idarə edir. Zehin, iradə, sinir mərkəzi beyində yerləşir.Beynin tərifi: Kəllənin içindəki, bütün elektrokimyəvi neyroni hərəkətlərdən məsul fiziki rəhbərlik mərkəzidir. Ağıl isə, inanç və ya istək kimi öz zehni ixtisasları ilə əlaqəlidir.
İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilirik. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birlərilə əlaqəsidir.
Xarici aləmdəki cisimlərdən beyinə gələn və milyonlar, hətta milyardlarla ifadə edilən siqnallar böyük uyğunluq içində beyində analiz edilir, daha sonra dəyərləndirilir və hər birinə lazımi qiymətlər verilir. Bu qarışıq sistemin işləməsi heç dayanmadan, həyatımız boyu davam edir. Biz də bu sayədə görür, eşidir, hiss edir, qısası, yaşayırıq. Beyindəki bu qüsursuz sistemi əmələ gətirən ən mühüm ünsürlərdən biri sayı 10 milyarda çatan sinir hüceyrələridir. Beyindəki sinir hüceyrələri digər bütün hüceyrələrdən fərqli olaraq elektrik axınları ilə işləyir və bu elektrik axınları sayəsində məlumat mübadiləsi edir, məlumat saxlayırlar.
Sinir hüceyrələrinin bir-birlərilə əlaqəsini, dolayısı ilə beyindəki ahəngi təmin edən sinir hüceyrələrindəki xüsusi quruluşdur. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısı doğru yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı, nəticəsi çox ağır olardı. Hətta insanların həyati funksiyalarını yerinə yetirməsi mümkün olmazdı. Ancaq belə bir şey baş vermir və bəzi xəstəliklər istisna olmaqla bütün insanlar onlar üçün təbii olan, amma əslində ardında trilyonlarla möcüzəvi prosesin baş verdiyi həyat yaşayırlar.
Beyindəki bir-birilə əlaqədar işləyən bu quruluş da insan bədənindəki digər bütün sistemlər kimi hər mərhələsində mükəmməl xüsusiyyətlərə malikdir. Beyinin milyonlarla funksiyasını tam səhvsiz, qarışıqlıq salmadan yerinə yetirməsinin səbəbi isə onun bu xüsusiyyətlərlə birlikdə yaradılmasıdır
ABŞ-nin Virciniya ştatındaki eyni adlı universitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18–60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur. Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxarı insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Azheimer xəstəliyinin olmasıdır.
əzələlərlə anatomik rabitə yaradır. Beyinciklə yarımkürələr arasında möhkəm ikitərəfli rabitə vardır. Bu rabitə hesabına beyincik iradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edir. Bununla da skelet əzələlərinin tonusu, insanın bədən kütləsinin fəzada normal müvazinəti nizamlanır. Beyincik eyni zamanda orqanizmdə vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir.
Ara beyin (diensefalon) Görmə qabarlarından, qabarüstü, qabararxası və qabaraltı nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları arasında qabaraltı sahə hipotalamus yerləşmişdir. Hipotalamusun aşağı sahəsinə xüsusi borucuq vasitəsilə daxilisekresiya vəzisi olan hipofiz birləşmişdir. Nüvələrdə əmələ gələn neyosekretlər (vazopressin və oksitosin hormonları, mediatorlar) borucuq vasitəsilə hipofizə çatdırılır və onun fəaliyyətinə tənzimedici təsir göstərir. Bundan başqa, həmin yolla hipofizə baş beynində sinir impulsları keçir. Beləliklə, baş beyni ilə daxili sekresiya vəziləri arasında qarşılıqlı anatomik və funksional əlaqələr yaradılır. Bütün duyğu orqanlarının reseptorlarından çıxan impulslar ara beyindən keçib yarımkürələr qabığına gəlir. Mürakkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunun daim bir qaydada olmasını tənzim edir.
Ön beyin (Prosensefalon) Sağ və sol yarımkürələrdə təşkil olunmuşdur. Insanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. O, orta və ara beyinin üzərinə örtür. Yarımkürələrin hər biri ağ və boz maddəyə ayrılır. Ağ maddə yarımkürələrin daxili hissəsini təşkil edir. Buradakı sinir lifləri qrupları yarımkürələri qabığı ilə qabıqaltı şöbələr, görməqabarı arasında və yarımkürələrin müxtəlif sahələri və ya iki yarımkürənin eyni sahələri arasında rabitə yaradır.
Böyük yarımkürələrin xarici təbəqəsini-beyin qabığını boz maddə təşkil edir. Burada baş beyninin ali mərkəzləri yerləşir. Bunlar qabığın hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir.
Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14–0,22kv. Metrə bərabərdir. Burada cəmi 14–18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bplünür. Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin heyronları oyandıqda, müvafiq hissiyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-əzələ hissiyatı nahiyəsi, təpə payında dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir
Alimlər Çin, Cənubi Afrika və Avstraliyada tapılan sümüklər üzərində araşdırma aparıblar. Nəticələrə görə, insan beyni 5 min il əvvəllə müqayisədə 10 faiz kiçilib. Mütəxəssislər beynin sürətli dəyişilməsinin davam etdiyini bildiriblər. Genlər üzərində aparılan araşdırmalar da eyni nəticəni verib.