Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.
məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.
Etimologiya
Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.
Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan şəxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.
Din
Aşağı Gövhər ağa məscidi
XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.[58]
Xristian dini abidələrindən Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar.