Monqol imperiyası
XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.
XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.
Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Orda Azərbaycan ərazisinə yürüş etdi.
Çin mənbələrindən məlum olur ki, VIII əsrdə Çinlə sərhəddə Monqus dövləti mövjud olub. Bu dövlətin əhalisi monqolları təşkil edirdilər və daima Sin imperiyasının narahat edirdilər. Tatarlar bu dövlətlə öyünərək qəhrəmanlıq göstərən əsgərlərə monqol adı ilə mürajiət edirdilər.
Monqol tayfaları köçəri həyat tərzi keçirirdilər. Tayfalarda mal-qara və otlaqlar ümumi mülkiyyəti təşkil edirdi. Qəbilə başçısı ətrafında salınmış məskənlər kuren adlanırdı. Lakin sonradan tayfa içərisindən adlı-sanlı adamların çıxmasından sonra kurenlər dağıldı və onları aillər əvəz etdi. Yeni patriarxal- feodal münasibətləri şəraitində aid kurenlərə nisbətən daha məqsədyönümlü köçəri təsərrüfatı təşkil edirdi. Lakin kurenlərdən ail təsərrüfat həyat tərzinə keçid uzun müddət ərzində baş verirdi.
Köçəri təsərrüfat şəraitində sinifli jəmiyyətə keçid dərhal olmur, qəbilə münasibətləri öz mövjüdluğunu saxlayır. Monqol tayfalarından qəbilə ijmasının izləri feodalizmin meydana gəlməsindən sonra da saxlanılmışdır. Feodalizm Monqol çöllərində bir çox jəhətlərinə görə digər ölkələrdən fərqlənirdi. Birinjisi feodal münasibətləri burada meydana gəlib və inkişaf etmişdi əkinçiliyə əsaslanmayaraq, o, köçəri maldarlıq təsərrüfatına söykənirdi. İkinjisi, feodalizmin Monqolustanda quldarlıq quruluşunun dağıdılması şəraitində yaranmamışdır, burada feodal münasibətləri ibtidai ijma quruluşunun dağılması nətijəsində yaranmışdır.
Bir çox ölkələrdəki kimi burada da feodalizmin əsasını natural təsərrüfatı təşkil edirdi. Təbii ki, köçəri-monqolların əkinçilik məhsullarına, sənətkarlıq mallarına, dəmir məmulatlarına və s. ehtiyajları vardır. Monqollar bu ehtiyajları Çin və Orta Asiya tajirləri vasitəsilə ödəyirdilər. Monqol çöllərində tijarətdə daha çox uyğur və müsəlman tajirləri fəal idi. Onlar monqolların tijarət mallarındakı ehtiyajlarını atlara və digər ev heyvanlarına mübadilə edirdilər. Lakin belə tijarət natural təsərrüfatını dağıtmaq iqtidarında deyildi və o, monqol jəmiyyətində daima əsas yer tuturdu. ²
Monqol jəmiyyətində qadınlar mühüm yer tuturdular və geniş azadlıq və hüquqlara malik idilər. Onlar at çapır, ox atmağı bajarırdılar. Qadınlar daima zəhmət çəkməli idi. Onlar mal-qaraya baxırdılar, paltar tikirdilər, yemək hazırlayırdılar və s. işlər görürdülər. ³
Monqol tayfalarının əksəriyyəti şamançılığa sitayiş edirdilər. Monqolların «kam» adlandırdıqları şamanlar təbiblik edir və baxıjılıqla məşğul olurdular. Ruhlara inam daha böyük idi. Monqollar arasında daha ehtiramla yad olunan ruh səma ruhu idi. Onu Tengri adlandırırdılar. Sonralar monqollar Çingizxanın ruhuna da sitayiş etməyə başlamışdılar.
Monqol qəbilələri yalnız ideya baxımından vahid Monqol əhalisini təşkil edirdilər. Qəbilə tərkibində daima ağsaqqallara qarşı çıxan sıravi insanlar vardı. Belə igidlər jəmiyyətin aşağı pilləsində olmaqdan imtina edərək çox vaxt qəbilə daxilindən uzaqlaşırdılar və «uzun iradəli adamlara» çevrilirdilər.
Bunları çin mənbələrində «babşen», yəni «ağsümüklər» adlandırırdılar. ¹ Bu insanların taleyi çox vaxt fajiəvi olurdu. Cəmiyyətin köməyindən məhrum olan bu insanlar meşə ovçuluğu ilə, balıqçılıqla, yığıjılıqla yaşamaq naminə məcbur olurdular. Anjaq bu amil də yaşamaq üçün kifayət etmirdi, çünki monqollar bir çox quşlardan və balıqlardan qida kimi istifadə etmirdilər. At və mal-qara əldə etmək üçün «jəmiyyətdən qovulmuşlar» oğurluqla, quldurluqla məşğul olmalı idilər. Lakin onların çoxu ələ keçirilərək öldürülürdülər. Vaxt ötdükjə belə insanlar birləşərək ayrı-ayrı dəstələr yaradıb özlərinə hərbi rəhbər seçirdilər və mütəşəkkil qaydada qəbilələrə müqavimət göstərirdilər. «Jəmiyyətdən qovulmuşlar»ın getdikjə sayı artırdı.
XI əsrin sonunda bir çox tayfa ittifaqları vahid dövlət qurumları halında birləşməyə başladılar. Belə dövlət qurumlarından biri Onon və Kerulen çayları ətrafında yaranmış «Xamaq Monqol ulusu» idi. Sonqol tayfalarının nirun adlanan hissəsi öz yaranması tarixlərini, mənşələrini Alan-Qoa qəbiləsinə şamil edirdilər. Kiyat adlanan monqollar isə öz mənşəyini ilk monqol hökmdarı Xabul-xana bağlayırdılar və kiyat-borjiqinlər adlanırdılar. XII əsrin ortalarında kiyat-borjiqinlərin rəhbəri «Xamaq Monqol ulus» dövlət qurumunun ilk xanının nəvəsi Yesuqey-baatur idi.Yesuqey monqol tayfalarını birləşdirən ulusun başçısı idi. Onun günü yürüşlərdə və dövlətlərdə keçirdi. Onun qorxusu altında bir çox ailələr və qəbilələr onun bayrağı ətrafına birləşirdilər.Tatarlara qarşı yürüşlərin birində əsirlər arasında tanınmış tatar qəbiləsi başçılarından biri Temurçin də vardı. Evə dönərkən Deliun-buldaq adlı yerdə, Onon çayının sağ sahilində Yesuqeyin arvadı Oelunun oğlu anadan oldu. oğlunun doğulmasını yaxşı hal hesab edərək tanınmış əsirinin adının şərəfinə oğlunun adını Temuçin qoydu. Temuçin türksoylu tatar dilində «dəmirçi» demək idi.
Bu hadisə 1155-ci ildə baş vermişdir.
Temuçinin 9 yaşı olanda atası onu unqirat tayfasının başçısı Day-seçenin qızı Borte ilə nişanladı. Lakin elçilikdən geri dönərkən Yesuqey tatarlar tərəfindən zəhərləndi və üç gündən sonra evində öldü.
Yesuqeyin ölümündən sonra onun Onon çayı sahilində yaratdığı ulus dağıldı. İlk olaraq tayçiutlar getdi, sonra isə digər bütün tayfalar. Yesuqeyin ailəsi ağır vəziyyətə düşdü. Dul qalan Oelun balaja uşaqlarını ağır şəraitdə, ovçuluq, yığıcılıq və balıqçılıq etməklə dolandırmalı oldu. beləjə «cəmiyyətdən qovulmuşlar» «uzunömürlü azad adamlara» çevrildilər.
Yesuqeyin uşaqları arasında baş vermiş ixtilafdan (Temuçin ögey qardaşı Bekteri öldürmüşdü) sonra tayçiut başçısı Tarqutay-Kiriltux «jəmiyyətdən qovulmuşlara» hüjum edərək Temuçini əsir apardı. Tayaiutların yurdunda Temuçin qula çevrilərək ağır dəmirçi işləri görməli olur. Lakin bu çox çəkmir. Temuçin gözətçini öldürərək əsirlikdən qaçır.
Az sonra Temuçin unqirat tayfasının başçısının- Doy-seçenin qızı Borte ilə evlənərək bu tayfanın köməyini qazanır. arvadının jehizini atasının qan qardaşı («anda») kerait tayfasının başçısı Toğrul-xana öz adından hədiyyə kimi təqdim edərək onun şimayəsini qazanır. Bundan başqa Temuçin uşaqlıq dostu, andası, jadjirat tayfasının başçısı Jamuxa-seçenlə də yaxınlaşdı. Artıq Temuçin tayaiutlardan çəkinməyə bilərdi. Lakin yeni təhlükə merkit tayfası tərəfindən gəldi. Merkitlər Temuçinin keraitlərlə əlaqəsindən çəkinir, onun güjlənməsini istəmirdilər. Bundan başqa merkitlər Temuçini məğlub etməklə Yesuqeydən qisas almış olardılar (Yesuqey merkit Jiledunun nişanlısı Oelunu qaçırmışdı).
1176-cı ildə merkitlər hüjum edərək Temuçinin ailini talan edərək onun arvadı Borteni əsir apardılar. Əsir düşməkdən xilas olan Temuçin keraitlərdən kömək istədi. Kömək dərhal gəldi. Toğrul-xan, Camuxa və Temuçinin azsaylı qüvvələri 1177-ji ildə qəflətən merkitlər üzərinə hüjum edərək onları məğlub etdilər. Borte əsirlikdən xilas edildi. Çoxlu qənimət ələ keçirildi.
qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi.
Camuxa və Temuçin, hər ikisi «Xamaq monqol ulus» hakimiyyətinə jəhd edirdilər. «Xamaq monqol ulusu»nun hələ ki, ümumi başçısı yox idi. Nəhayət, bu iki namizəd arasında 1190-jı ildə münaqişə baş verdi. Buna bəhanə Jamuxanın qardaşını Temuçinin adamları tərəfindən öldürülməsi oldu. Temuçin açıq döyüşdə geri çəkilməli oldu. Buna baxmayaraq diplomatik addım işlədən Temuçin Jamuxaya tabe olan tayfaların çoxunu öz tərəfinə çəkərək 1190-jı ildə «Xamaq monqol ulusu»nun taxtını tutdu.
1198-ji ildə çcurçcen sərkərdəsi Vanyan Syan tatar tayfalarına qarşı yürüş etdi. Bu zaman Toğrul xan və Temuçin fürsətdən istifadə edərək geri çəkilən tatarlara zərbə endirdilər. Çoxlu qənimət ələ keçirən müttəfiqlər Çin sərkərdəsinə tatar tayfasının başçısı Mequçcin-Seultunun onlar tərəfindən öldürülməsini xəbər göndərdilər. Bu haqda xəbər tutan sərkərdə Vanyan Syan sevinir və Toğrul xana «van», Temuçinə isə «çautxuri» adını verir.
Sin imperiyası tərəfindən belə yüksək ad alması bu zamanlar böyük hadisə hesab olunurdu. Bu monqol çöllərində «yuxarıdan tanınma» demək idi. Lakin bununla keraitlərin Sin imperiyasından asılı vəziyyətə düşməsi açıq şəkildə görünürdü.
Temuçinin yürüşdə olduğu onun kureni (Aurux adlanırdı) çcurkinlər (onun yaxın qohumları) tərəfindən hüjuma məruz qalır. Temuçin buna javab olaraq çcurkinləri məğlub edir və Saça beki ilə Toyçunu edam etdirir.
1198-1199-ju illərdə Van-xan, Jamuxa və Temuçin naymanlar üzərinə yürüş edirlər. İki yerə b.lünmüş naymanlarda Buyurukun başçılıq etdiyi hissə məğlub edilir. Geri qayıdarkən naymanların ikinji qolu ilə rastlaşırlar. Qaranlıq düşdüyündən döyüş səhərə saxlanır. Gejə vaxtı Van xan Jamuxa Temuçinlə tələ quraraq döyüş meydanından qaçırlar. Lakin Temuçin vaxtında geri çəkilərək ordusunun bütövlüyünü saxlayır. Naymanlar tərəfindən təqib olunan keraitlər məğlub edilirdi. Köməyə yetişən Temuçinin dörd sərkərdəsi: Buqurji, Muxali, Jelme və Çilaun noymanları məğlub edirlər. Bunun javabında Van xan Temuçini öz varisi və oğlu elan edir.
1201-ji ildə Alxu-bulaq adlı yerdə Camuxanı müdafiə edən tayfalar: tatarlar, tayçiutlar, xunqaritlər, merkitlər, oyratlar və s. Jamuxanı «gur-xan» elan edirlər. Rəşidəddinin sözlərinə görə bu titul tayfalar konfederasiyasının «xanlar xanı» demək idi.
Yeni yaranmış birlik Kerulen çayından aşağı düşmənləri üzərinə hüjuma keçdilər. Koyton adlı yerdə Jamuxanın birliyi məğlub edildi. Van xan Jamuxanı, Temuçin isə taçiutları təqib etməyə başladı. Temuçinin şəxsən iştirak etdiyi döyüşdə tayçiutlar məğlub edildi. Temuçin isə ağır yaralandı. Əsir götürülmüş Temuçini yaralayan tayçiut əsgəri Xarxutay irəli çıxaraq onun Temuçini yaraladığını bildirmişdir. Buna javab olaraq Temuçin onu bağışlamış və onu Jebe adlandırmışdır.
1202-ci ildə Temuçin ilk dəfə təkbaşına tatarlar üzərinə yürüş etmişdir. Artıq Temuçin bu vaxtdan etibarən Monqolustanda təkbaşına hakimiyyət qurmaq iddiasına düşür.. Tatarlar ağır məğlubiyyətə uğrayır. Temuçinə Baykaldan Xinqana qədər ərazilər tabe edilir. Lakin Jamuxa Temuçinlə keraitlər ittifaqını pozmağa nail olur.
Məntiqi baxımdan keraitlərin Temuçinlə mübarizəsi labud idi. Keraitlərin Temuçinə qarşı sui-qəsdi baş tutmadığından, onlar qəflətən Temuçinin ulusuna qarşı hüjuma keçirlər. Lakin vaxtında xəbər tutan Temuçin Baljun gölünə doğru geri çəkilir, qüvvələrini səfərbər edir və bayram edən keraitlərin düşərgəsinə hüjum edir. Keraitlər tamamilə məğlub edilir.Beləliklə, bütün monqol çöllərində tək bir hakim qaldı: keçmişi varlı əsilzadə nəslinə aid olan, qohumları tərəfindən tənhalığa sürgün olunan, bir vaxtlar əsirlikdə qul olan və belə əzablardan çətinliklə yaxa qutaran, qısa zamanda düşmənlərini məğlub edən və bütün Monqolustanı vahid bir dövlət halına gətirən Çingiz xan adı alan Temuçin.
1206-cı ilin yazında Onon çayının sahilində monqol çöllərində bu günə kimi görünməmiş böyük bir qurultay çağırıldı. Bu qurultaya Monqolustanın hər bölgəsindən xanlar və noyonlar, Temuçinin köhnə və yeni tərəfdarları toplanmışdı. Qurultay iştirakçılarının üzərində doqquzquyruqlu müqəddəs bayraq dalğalanırdı. Bu bayraq monqol əsgərlərinin ruhunu himayə edən Sulde allahının işarəsi idi. ¹
Qurultayda həll olunajaq məsələ hamıya aydın idi. Vahid xanlığa namizəd yalnız bir nəfər idi- Temuçin. Temuçin formal surətdə hüquqi baxımdan yeni yaranmış monqol dövlətinin xaqanı seçildi. Tanınmış noyonlar Səma Tanrısına üz tutaraq Temuçini bir daha Çingiz xan elan edərək onu Monqolustanın vahid hökmdarı elan etdilər. ²
Beləliklə 51 yaşında qalib kimi qurultaya gələn və bütün monqolların xaqanı kimi qurultaydan gedən Temuçin dünyaya səs salajaq hökmdar kimi tarixə daxil oldu.
Tədqiqatçı A. Lerua-Quranın fikrincə, paleolitin simvollar, işarələr sistemi təsadüfi hadisə deyil, onlar qədim əcdadların dünya, həyat, təbiət haqqındakı təsviri düşüncələri, təsəvvürlərinin əyani təzahürləridir. Dünyanın digər nöqtələrində olduğu kimi, qədim Monqolustanda da miflərin, əsatirlərin təşəkkülü bu zəmindəndir. Miflərdə dünya, kainat haqqında ilkin təəssürat Hoyt-Tsenheriynaquy mağara təsvirlərində öz təzahürünü tapmışdı. Məsələn: sirli aləm – quşların, yeraltı və sualtı dünya – ilan, balıq timsalında təmsil olunur. Paleolit adamının mağara təsvirlərində quş və ilanlarla yanaşı, dırnaqlı heyvanların da rəsmi həyat mübarizəsi – xeyir vəşərin antaqonist münasibətlərini ifadə edirdi.
Qədim Monqolustan incəsənətindən söhbət açarkən mezolit abidələrinin də adlarını çəkmək lazımdır. Xüsusilə Şərqi Monqolustanın Here-ull dağı ətrafındakı yaşayış məkanları mühüm əhəmiyyət kəsb edir. Burada silahlar, texniki ləvazimatlar tapılmışdır.
Hoyt-Tsenheriyn-aquy mağarasından 1500 km kənarda yerləşən bir ərazidə Arşan-had adlı dağda müqəddəs hesab edilən bir çox yerlər mövcuddur. Dağın bir çox qayalıqlarının səthi rəsmlərlə zəngindir. Bu həndəsi fiqur və ləkələr, cızılmış və həkk edilmiş təsvirlər qədim monqolların sənətindən xəbər verir. Bir daşın üzərində isə ərəb, tibet, çin və qədim monqol yazıları da açıq şəkildə hiss edilir. Belə bir təəssürat oyanır ki, bura müqəddəs yer hesab edildiyindən «qurbankəsmə» kimi dini ayinlər həyata keçirilib. Bu rəsmlərin mezolitə aid olduğu ehtimal edilir. Lövhələrdə heyvan və insan təsvirləri deyil, dairə, xaç, üçbucaq, nöqtəli çevrələr və s. üstünlük təşkil edir. İşarələr elə həkk olunmuşdur ki, biri digərinə maneçilik törətmir. Qədim insanların bunları xaotik şəkildə həyata keçirməklərində hansı məqsədə və ya qanunauyğunluqlara riayət etməsini ehtimal etmək çətindir. Arşan-haradakı heroqliflərdə ən geniş yayılan təsvir «dırnaqlı heyvan» təsviridir ki, ona 55 dəfə rast gəlinir. Bu təsvirlərə Tsaan-ayriqdəki Orta qobi qayalıqlarında da təsadüf olunur.
Neolit dövrü Monqolustanda insan cəmiyyətindəki inkişaf dəyişiklikləri ilə müşayiət olunurdu. Ovçuluqla yanaşı yığıçılıq və əkinçilik bir çox rayonlarda insanların oturaq həyat tərzinə səbəb oldu. Sənətkarlıqla bağlı əmək alətlərini, Yamat-nur gölü (Hovirq stansiyasının 10 km) ətrafındakı yaşayış məskənində məişət ləvazimatları tapılmışdır.
Erkən neolitə cənubi Qobidəki komplekslərin bir çox abidələri sübutdur. İlk abidə Sulanqhere-obanın şimalına 4 km yaxın yerdə yerləşir. Burada ilk emalatxananın izləri aşkar edilmişdir: bir çox məişət əşyaları tapılmışdır. Əşyaların hazırlanma materialı əsasən müxtəlif rənglərdə – sarı, tünd qırmızı, qəhvəyi, ağ və mavi yəşəm (yaşma) daşıdır. Abidələrin yaşı, təxminən b.e.ə. IV-III minilliyə aid edilir. Sənətkarlar get-gedə təkmilləşərək məişətdə işlənən gil qablar hazırlığına bayşalırlar. Bu cür məskunlaşma yerləri və emalatxanalar, demək olar ki, ölkənin hər yerində yayılmağa başlayır. Lakin bu zaman bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, ölkə sakinlərinin yaşayış və fəaliyyətində yekcins həyat tərzi hökm sürmürdü: ölkənin bəzi rayonlarında təsərrüfatçı-yığıcılar, digərlərində isə, ovçular yaşayır və bu fəaliyyət sahələri ilə məşğul olurdular.mərkəzlərini yaxşılaşdırmağı planlaşdıraraq 1255-ci ildə Munke-xan qardaşı Hubilaya Dolon-nora gölü ətrafında yeni şəhər tikilməsi haqqında əmr verdi. Kaytin şəhəri belə yarandı. Bir çox monqollar bu şəhəri Şandu-Balçasun (Şandu) adlandırdılar. Şəhərdə sənətkarlıq emalatxanaları, budda məbədləri, böyük bazarlar üstünlük təşkil etdi. Buradakı saraylar isə, öz milli memarlıq üslubuna görə digərlərindən seçilirdi.
Hubilay-xan özünün dörd şəhər-qərargahını yaratmışdır: Xanbalqasun (Pekin), Şandu, Çahan-nore (Şandu və Daydu arasında), Lantin (Erçul çayının başlancığı mənbəyində). Hyan dövründə Monqol imperiyasının Rara-Roruma keçilməsi ilə əlaqədar şəhər əyalət şəhərinə çevrildi.
Şəhər tikintisi mədəniyyətində yaşayış evlərinin inşası da özünəməxsus yer tuturdu. Belə ki, monqolların öz həyat tərzinə görə əsas yaşayış tipi yurtlar hesab olunurdu. Dördkünc bina və evlərdən başqa, dairəvi formalı yurtlar da orta əsr mədəniyyətinin əsas nümunələrindən hesab olunur. Monqol yurtlarının (çer) bir çox növləri mövcud idi: ordo (urqoo) çer, şilte-sutey çer, ebesun nembule çer, barqosun çer, modın çer, çer luq, çer terçen və s. Hər bir yurtun da öz xüsusiyyəti mövcud idi. Məsələn, ordo (urqoo) çer – xanların yaşayışı üçün nəzərdə tutulan dairəvi formaya malik bir məkandır. O, söyüd budaqlarından hörülmüş, ağac dayaq sütunlarından qurulmuş, bayır səthi qızılla, içərisi pambıqla, möhkəm parça ilə örtülmüş formaya malik idi. Şilte isəşüşə və daşdan istifadə edilərək yurt formasına malik olan yaşayış məkanı tipidir. Belələrində xanın yaxın adamları – tanınmış şəxslər yaşayırdı. Çer-terçen yurtu isə araba üzərində daşınan evcikdir.
Kalmık alim və memarı D.B.Pyürveyevin təsnifatına əsasən öz funksional təyinatına görə yurtlar 4 növə bölünür: 1) xar-çer – qara yer deməkdir və o, ailənin yaşayışı üçün nəzərdə tutulur; 2) urqoo çer – xan, knyaznoyonların yaşayışı üçün; 3) tsaqon (ağ) çer – fəxri qonaq və yeni evlənənlərin qəbulu üçün; 4) xurlın (dua) çer isə ibadət üçün nəzərdə tutulurdu.
Memarlıqda saray və məbədlərin tikintisi xüsusi yer tuturdu. Onların ölçüsündəki dəyişmələr sarayın görkəminə təsir edən amillərdən idi. XIII əsrdə digər saraylr da tikilməyə başladı. Lakin onların ömrü uzun olmadı. Belə ki, XIV-XV əsrlərdə ölkədə gedən müharibələr bu dövrdə böyük həcmli tikililərin aparılmasında fasilə yaratdı. Paytaxt köçərilərin əlində oldu. Monumental memarlıq ölkədə XVI əsrin axırlarında vüsət tapmağa başladı ki, buna da əsas təkan verən amil buddizmin yayılması hadisəsi oldu. Bu, çoxsaylı dini məbədlərin inşasını sürətləndirdi. İlk böyük monastır Qara-Qorum yaxınlığında 1585-ci ildə Tibet nümunələrinə oxşar Erdeni-Dzu idi. Monastır 3 məbəddən ibarət olub, yüksək ağ, mərmər platforma üzərində tikilmiş, dam örtüyü isə kənarı yuxarı olan kirəmitlə örtülmüşdür. Digər monastır isə İh-Hure adlanaraq XVII əsrin abidəsinə çevrilmişdir. Hazırda o, paytaxt olan Ulan-Batorun tarixi görkəminin nişanəsidir.
əsrdə Loda caltsan tərəfindən yazılmışdı. XVI-XVII əsrlərdə isə bu din lamanizm formasında rəsmi dövlət dini kimi ad qazandı.
Rocamba Sodnom Vancal məntiq və dialektikaya dair «Günəş ziyası» adlı dərslik yazdı. XVIII əsrin I yarısında Çan-Ça-Xu-tuq-tu «müdriklər lüğəti»ni tərtib etdi.
Orta əsrlərdə ədəbiyyatda dünya şöhrətli yeni-yeni bədii əsərlər yaranmağa başlayır: «Monqolların dəruni dastanı» (1240), Lubsan Dandzanın «Altun dastan»ı (XVII əsr), Saqan Setsenin «Sarı hekayət» dastanları belələrindəndir. Xüsusilə, orta əsrlər poeziyasının nümunələri XVII-XVIII əsrlərə aid salnamələrdə mühafizə olunmuşdur.
Monqol musiqisinə gəldikdə isə, onu söyləmək lazımdır ki, incəsənətin pentatonikaya əsaslanan bu növündə mahnı, epik dastan və instrumental musiqi başlıca yer tutur. Mahnılar zəngin ornament, geniş diapozonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duuçi (solist müğənni), xoqcimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunurdu. Musiqi alətlərinə limba (fleyta növü), morinxur və xuçir, şaiz (simli), yooçin (simba) növü və s.
Monqolustan teatrının kökü də qədimlərə gedib çıxır. Belə ki, qədim rəqslərdə və məişət mərasimlərində – toy, məhsul bayramları və s. teatr ünsürləri formalaşır. Daha sonralar bunlar misteriya tamaşalarına, dünyəvi məzmunlu saray teatrlarına keçmişdi.
Mədəniyyətin qədim ənənələri müasir gündə də yaşamaqdadır. Qədim kökə əsaslanmış müasir monqol mədəniyyətinin bu gün inkişaf tendensiyası mövcuddur. Xüsusilə, Monqolustan Xalq Respublikası yarandıqdan sonra (1924-cü il) mədəniyyət xeyli inkişaf etməyə başladı. Monqolustanda kütləvi savadlanma məqsədilə dövlət xalq maarifi sistemi formalaşaraq ibtidai məktəbdə 3 il, natamam məktəbdə 8 il, tam orta məktəbdə isə 10 il təhsilə qərar verildi. Monqolustanın paytaxtı olan Ulan-Batorda Dövlət Kütləvi Kitabxana, Mərkəzi Uşaq kitabxanası və onlarla profilli kitabxana şəbəkəsi təşkil olundu. Təhsil və maarif sisteminin inkişafı monqol elminin dinamik yüksəlişi ilə müşahidə olunurdu. Artıq ötən əsrin 50-60-cı illərində Monqolustanda elmitədqiqat institutlarının sayı gündən-günə artaraq öz tədqiqat yeniliklərinə görə dünyada əhəmiyyət kəsb etdi. Hidrometereoloji tədqiqatları 60-dan artıq elmi laboratoriya və stansiyalar yerinə yetirir. Əsas elmi mərkəz isə MXR-nın EA-dır.
Monqolustan Xalq Respublikası yarandıqdan sonra incəsənətin bütün sahələrində — musiqi, teatr, memarlıq və kinoda yeniliklər başladı. 1960-70-ci illərdə inşaatda sənaye üsulları geniş yayıldı. Təsviri sənəti inkişaf etdirən bir çox rəssamların — Yadamsurep, Senketsoxno, Damdinsurenin mövzu dairəsi xeyli genişləndi, yağlı boya ilə işləyən boyakarlar — Çaydoq, Seveqcav, Qava, Sultem, Amqalanın əsərləri dünya miqyasında tanındı.
1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılır, 1937-ci ildə «Dünyanın o başında» adlı ilk monqol bədii filmi çəkilir. Bunun ardınca bir çox kino əsərləri meydana gəlir: «Monqolustanın oğlu» (1936, rej. Ç.Trauberq), «Onun adı Suxe-Batordur» (1942, rej. A.Xarxi və Ç.Xeyfqts), «Səhra qəhrəmanları» (1945, rej. U.Taric) və s. filmləri sovet rejissorları ilə birgə lentə alınmışdı. Hazırda Ulan-Batorda fəaliyyət göstərən kinostudiya hər il onlarla müxtəlif mövzularda kino əsərləri lentə alır.
Bu gün Monqol mədəniyyətinin aparıcı sahələrindən birini təşkil edən musiqinin inkişafında burada 1964cü ildən təşkil olunan Bəstəkarlar İttifaqı, 1972-ci ildə yaranan Dövlət Filarmoniyasının rolu böyükdür. 1963-cü ildən ayrıca bir qurum kimi fəaliyyət göstərən Dövlət Opera və Balet teatrında milli musiqili səhnə əsərlri ilə yanaşı dünya, avropa klassik və müasir əsərləri də tamaşaya qoyulur. Milli musiqinin görkəmli nümayəndələri S.Qonçiksumdı, B.Damdinsuren, L.Murdorc, D.Luvsaşnarava, E.Çoydoqanın yaratdıqları musiqi əsərləri dünya bəstəkarlıq məktəbində tanınmaqdadır. Monqolustanın paytaxtı Ulan-Batorda musiqinin inkişafı məqsədilə müxtəlif tipli musiqi məktəbləri və orta-ixtisas müəssisələri fəaliyyət göstərməkdədir.
Beləliklə, Monqol mədəniyyətinin tarixinə qısa ekskursiya belə bir təsəvvür yaradır ki, dünya mədəniyyətinin inkişafı axarında onun özünəməxsus yeri və rolu vardır. Bu mədəniyyət bütövlükdə monqol xalqının tarixi inkişaf xüsusiyyətlərinin məntiqi davamı olmuş və olmaqdadır.