Qaratikan

8quM...2m9N
14 Feb 2024
12

Botaniki təsviri

Hündürlüyü 1.5-3(5) m olan olduqca tikanlı koldur.Bir neçə gövdəyə malikdir, budaqları əyri-üyrü, çılpaq qonur rəngdədir.Yarpaqları 2-4.5 sm, növbəli, elliptik və ya çəpinə yumurtavari, qıraqları xırdadiş mişarvaridir, üstdən çılpaq, tünd yaşıl rəngdə, parıltılı, altdan açıq yaşıldır. Yarpaqlarının saplaqları 10 mm qədər, oturacağında biri düz, digərinin ucu qırmaq kimi əyilmiş iki möhkəm tikan vardır. Xırda, ulduzvari sarımtıl rəngli çiçəkləri, salxımvari qoltuq çiçəkqrupunda birləşmişlər. Meyvəsinin diametri 19-22 (27) mm, 3-yuvalı, 3(2)toxumludur açılmayandır. Yetişdikdə sarımtıl, sonradan açıq- və qonur mixəyi rəngdədir, uzun qanadı dərivari, qıraqları dalğalıdır. Toxumları yumru, bir qədər yastıtəhər, tünd-mixəyi və ya qonur mixəyi rəngdə,parıltılıdır. May-iyunda çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.


Hündürlüyü 1,5-3 (5) m olan, çox tikanlı və ilişən koldur. Gövdəsi çoxsaylı bərk və elastikdir. Budaqları tin-tin olub, kələ-kötürdür, çılpaq və qonur rənglidir.

Yarpaq

Yarpaqlarının uzunluğu 2-4,5 sm-dir, növbəli düzülmüşdür, dəyirmi, ellipsvari və ya köndələn-yumurtaşəkillidir, küt və yaxud sivriləşmişdir, qaidə hissəsində dəyirmi və ya dayaz ürəkşəkillidir, kənarları dairəvi xırdamişarvaridir, üst tərəfdən tünd-yaşıl, çılpaq və parlaqdır, alt tərəfdən açıq-yaşıl rəngdədir, üç əsas damarı vardır. Yarpaqların saplaqları qısadır, uznluğu 10 mm-dir, qaidə hissəsi iki ədəd sərt tikanlıdır, onlardan biri düzdür və yuxarıya doğru yönəlmişdir, o birisi isə qarmaqşəkilli aşağıya doğru əyilmişdir.


Çiçəkləri xırdadır, ulduzşəkillidir, sarımtıl rəngdədir və qoltuq salxımşəkilli çiçək qrupunda toplanmışdır.

Meyvə

Meyvəsinin diametri 19-22 (27) mmdir, 3 yuvalıdır, 3 (2) toxumludur, yetişəndə sarımtıl rəngdə olur, daha sonra açıq-qəhvəyi
və qonur-qəhvəyi rəng alır, açılan deyil; halqaşəkilli qanadı qalın dərilidir. Toxumları dəyirmidir, azacıq yastılaşmış, parlaqdır, tündqəhvəyi və ya qonur-qəhvəyi rəngdədir.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to eserifov

0 Comments