Siqaret

EPQ2...fs1t
29 Feb 2024
18

Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər.
Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir.
İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb. Türk və rus əsgərləri siqareti barıtın kağız gilizinə büküb çəkirdilər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayıldı. Avropada ilk siqaret fabriki Londonda inşa olunub.
1880-ci illərdə ABŞ-də siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar yaradıldı. Siqaretlerin istehsalında yeni növ tütünlərdən (məsələn, "Ağ Berli") istifadə olunurdu. Bu siqaretlər filtirsiz istehsal olunub və papirosu xatırladıb.
İlk dəfə asbest filtirli siqaretlər tanınmış "Kent" markası tərəfindən İngiltərədə istehsal olunub. Daha sonra təkmilləşərək müasir filtir növləri yaradılıb. Yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.
1847-ci ildə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur Philip Morris şirkətinin əsası qoyuldu. 1902-ci ildə Nyu-Yorkda nümayəndəliyini yaratdıqdan sonra marketinqlə məşğul olmuş və Marlboro siqaretlərinin istehsalına başlamışdı. Siqaretlər əksəriyyət tərəfindən istifadə olunmağa başlanılır və 1913-cü ildə R. J. Reynolds şirkəti "Camel" siqaretlərinin istehsalına başlayır.

1920-ci ildən başlayaraq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başladılar. 1939-cu ildə American Tobacco Company yeni marka — Pall Mall siqaretləri buraxır (bundan sonra ABŞ-nin ən böyük tütün şirkətinə çevrilir). Reynolds Winston filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.

1940–1950-ci illər siqaret təsərrüfatının "qızıl" illəri hesab olunur. iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğu və digər ciddi problemlərə səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır.

İnfarktı yaradan əsas amillərdən biri də nikotindir 

Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin  ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Damarların kilidləşməsinə və qan dövranının fəaliyyətini əngəlləyən nikotin qan təzyiqini artırır və bu da infarktın yaranmasına şərait yaradır. Araşdırmalar göstərir kı, infarkt keçirən xəstələrin 85%-i siqaret çəkən şəxslərdir ki, buna da əsasən kişilər məruz qalır. 

Siqaretin böyük bəlalarından biri də onun passiv şəkildə yayılmasıdır. Belə ki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zəhərli maddələri insan orqanizminə daxil olur kı, bu da    passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Əgər hər hansı valideyn siqaret çəkirsə, öz    övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur. Təhqiqatlar müəyyən edib ki, uşaqlarda infeksiyanın 13 %-i ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır. Siqaretdən aktiv şəkildə istifadə edən uşaqlar və ya yeniyetmələrdə isə vəziyyət daha acınacaqlıdır. Onlarda sonsuzluq, kütbeyinlik, əsəb kimi xəstəliklərin yaranması qaçılmazdır.   

Dünya Sağlamlıq Təşkilatlarının məlumatına görə siqaret qadınlara kişilərə nisbətən ikiqat mənfi təsir göstərir. Gündəlik həyatda çətinliklərlə qarşılaşan xanımlar kişilərdən fərqli olaraq daha çox stres keçirirlər və bu stresi aradan qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və onu tərgitməkdə çətinlik törədir.

Hamilə qadınlarda isə siqaret daha acınacaqlı fəsadlar törədir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır.  Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir. 

Siqaret    hamıya olduğu kimi, yaşlı insanlara da mənfi təsir göstərir. Onların bədənlərində olan hüceyrələrin zəifləməsini sürətləndirir, yuxusuzluq, taqətsizlik və digər problemlərin yaranmasına şərait    yaradır. Siqaret çəkən yaşlı adamlar adətən əsəbi olur, hər şeyə emosional    yanaşırlar. Dəridəki qırışların çoxalması, dişlərin tez tökülməsi kimi hallar daha tez baş verir. Tütündən istifadə edənlər gərgin və əsəbi olduqları zaman siqaret çəkməklə stresdən çıxdıqlarını güman edirlər. Lakin bu, heç də belə deyil. Sadəcə olaraq bu, insanlara psixoloji təsir edir və insanlarda belə təsəvvür yaradır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər.

Siqareti hər bir şəxs tərgidə bilər. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar.

Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə ciddi şəkildə aparılır.Belə ki, KİV-də, radio və televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları aparılır. Dünya təcrübəsinin göstərdiyi kimi, tütün məmulatlarının qiymətlərinin və vergilərinin artırılması siqaret çəkməyə qarşı kompleks mübarizə siyasətinin ən effektiv komponentlərindən biridir. "Siqaret çəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin gündəliyində duran məsələlər arasındadır. Dövlət səviyyəsində bu problemin aradan qaldırılması yolunda müəyyən addımlar atılmaqdadır. Əslində bu haqda müəyyən qaydalar olsa da əfsuslar olsun ki, bu qaydalara siqaret çəkən vətəndaşlarımız riayət etmir. Belə ki, hazırkı qanunvericiliyimizə əsasən siqaretin təhsil, idman, səhiyyə və mədəniyyət müəssisələrində çəkilməsi və satışı qadağandır. Lakin bütün tədbirlərlə yanaşı, ictimaiyyət də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs bu yöndə təbliğat aparmalı, ictimai yerlərdə siqaret çəkənlərin qarşısını almağa çalışmalıdır. Unutmayaq ki, ictimai yerlərdə özümüz də bilmədən qəbul etdiyimiz zəhərli tüstülər gələcək həyatımızda bizə problemlər yaradır. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyədə də bu yöndə ciddi addımlar atılır və az müddət keçməsinə baxmayaraq, müsbətə doğru nəticələr əldə olunur. Biz də inanırıq ki, respublikamızda aparılan təbliğatlar və tətbiq olunan qadağalar sayəsində siqaretə aludə olanlar bu pis vərdişdən yaxa qurtaracaqlar.

Bəli, hamılıqla çalışmalıyıq ki, həyatda ən böyük var-dövlət olan cansağlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz sağlam olsunlar. 



Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to murad

0 Comments