alp daglari

FV2Y...Zmy7
26 Mar 2024
48

Alp dağları (alm. Alpen‎, fr. Alpesit. Alpisloven. Alpe) — Qərbi Avropanın nisbətən hündür dağ sistemi. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxilində olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsi nisbətinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada yerləşir: Lixtenşteyn (100%), Monako (100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%), Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 261 kilometrdir. Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir. Hündürlüyə qədər 800 metr olan yerlərdə mülayim iqlim, cənub yamaclarında Aralıq dənizi iqliminə malik ərazilərdə çoxlu üzümlük, bağlar, əkin sahələri və sıxyarpaqlı meşələr vardır. 800–1.800 metr hündürlükdə mülayim, rütubətli iqlim hökm sürür, palıd ağacı və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələr yuxarıya doğru tədricən iynəyarpaqlı meşələrlə əvəz olunur. 2.200–2.300 metr hündürlüyə qədər olan ərazilərdə subalp iqlimi var, bu ərazilər üçün soyuq iqlim, qarın uzun müddətli qalması səciyyəvidir. Burada yay otlaqları və kolluq sahələr üstünlük təşkil edir. Yuxarıya doğru daimi qarların sərhədində soyuq Alp iqlimi mövcuddur. Burada daimi qar və buzlaqlar yerləşir. Alp dağları beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionudur.

Mündəricat

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Alp dağlarındakı ən yüksək zirvə Monblan dağı
Alp dağları qərbdə Liquriya dənizi sahilindən başlayaraq şərqdə Vyana çökəkliyinə qədər 1200 km məsafədə uzanır. Cənubda Venesiya-Po ovalığı, şimalda isə Yura dağları, İsveçrə və Bavariya yaylaları Alpqabağı vilayətlərə daxildir. Alp dağları fiziki-coğrafi xüsusiyyəti və mövqeyinə görə Avropa qitəsinin digər təbii sahələrindən kəskin fərqlənən fiziki-coğrafi sahədir. Bu ərazinin əsas xüsusiyyətlərindən biri onun çox yüksək olması, cavan qırışıq dağlar sistemində yerləməsi və Cənubi Avropa ilə Orta Avropa arasında təbii sərhəd təşkil etməklə, onların hər ikisindən kəskin surətdə seçilməsidir. Alp dağları Cənubi Avropanı şimaldan gələn, Orta Avropanı isə Cənubdan gələn hava kütlələrindən qoruyur və beləliklə də Orta Avropa ilə Cənubi Avropa arasında çox aydın seçilən iqlim sərhədini təşkil edir. Alplara məxsus olan xüsusiyyətlərdən biri də burada landşaft qurşaqlarının şaquli zonallığının yaxşı nəzərə çarpmasıdır. Hələ keçən əsrin ortalarından başlayaraq Alp dağları müxtəlif ölkələrin alimləri tərəfindən çox dəqiq öyrənilmişdir. Kaynozoy erasının dağ qırışıqları xüsusiyyətinin müəyyən edilməsində, iqlim və landşaft qurşaqları şaquli zonallığa dair qanunauyğunluqların öyrənilməsində, dördüncü dövr buzlaşmasının Qərbi Avropa dağlıq sahələrində təkrarlanmasının müəyyən edilməsində və s. bu tədqiqatların böyük əhəmiyyəti olmuşdur.
İnzibati cəhətdən Alp dağları bir çox dövlətlərin: Fransanın, İtaliyanın, İsveçrənin, Avrtriyanın, Almaniya Federativ Respublikasının, Macarıstanın və Yuqoslaviyanın ərazisində yerləşmişdir. Buna görə bəzən ədəbiyyatda Fransaİtaliyaİsveçrə və s. Alpları məhfumlarına rast gəlirik. Lakin geoloji quruluşu, relyefi və morfoloji xüsusiyyəinə görə Alp dağları ancaq iki hissəyə — Qərbi və Şərqi Alplara ayrılır. Bu sahələr arasındakı sərhəd Boden və Komo gölləri arasında yerləşmiş dərin tektonik çökəklikdən keçir. Qərbi Alplar cənub-qərbdə Liquriya dənizi və Rona çayı dərəsindən başlayaraq əsasən Fransa, İtaliya və İsveçrə ərazisində yerləşir. Fransa ilə İtaliya sərhədində meridian istiqamətdə uzanmış Qərbi Alplar bir neçə dağ sıraları və massivlərdən ibarətdir. Qərbi Alpların cənub dəniz sahili hissəsi Sahil Alpları adlanır. Cənub-qərb, qərb və şimal-qərb istiqamətində uzanmış bu dağların ən hündür nöqtəsi 3297 m-dir. Dağlar şimala doğru tədricən yüksələrək Dyurans və Po çayları suayrıcında Kot Alpları ilə əvəz olunur. Monte-Vizo dağı (3845 m) Kot Alplarının ən yüksək zirvəsidir. Pelvu massivi (4103 m) qərb tərəfdən Kot Alplarını əhatə edir. Sahil Alplarının qərbində, ondan bir qədər alçaq olan Provans Alpları yerləşir. Bu dağların şərq yamacları dikdir. Qərb yamacları az meyilli olub, Rona çayına tərəf alçalan Provans alpqabağı sahəsini təşkil edir. Kot Alplarının şimal davamında Qray Alpları yerləşir. Burada dağların ox hissəsi daha yüksəkdir. Ayrı-ayrı massivləri örtən geniş buzlaq sahələr var. Qran-Paradizo massivi (4061 m) Qray Alplarının ən yüksək hissəsidir. İzer çayı və Ponun bir sıra qolları öz başlanğıcını bu dağlardan alır.
Qray və Kot Alplarından qərbdə Qərbi Alpların geniş ön dağ zonası yerləşmişdir. Bunlara Dyurans çayı ilə İzerin arasındakı Dofine və Cenevrə gölünün cənubu ilə Ark çayı arasındakı Savoyya ön dağ zonası daxildir. Qray Alplarından şimalda Alp dağlarının ən hündür beşbaşlı zirvəsi olan Monblan massivi yerləşir. Monblan massivi həm də Alp dağları istiqamətinin kəskin dəyişildiyi sahəsidir. Əsasən meridian istiqamətində uzanan Alp dağları Monblan massivindən birdən-birə istiqamətini dəyişərək, şərqə doğru uzanır. Burada Rona çayının dərəsi ilə ayrılmış və bir növ paralel istiqamətdə uzanan Bern və Pennin Alpları yerləşmişdir. Monblan massivi Pennin Alplarında və eləcə də Alp sistemində ən hündür massiv sayılır. Buzlaqların sahəsi burada çox genişlənir. Monblan (4810 m), Matterhorn (4505 m), Monte-Roza (4638 m), Veyshorn (4512 m) və s. zirvələr buzlaqlarla örtülüdür. Rona və Po çaylarının bir sıra qolları öz başlanğıcını bu buzlaqlardan alır.
Pennin Alplarının şimala davamını Bern Alpları təşkil edir. Burada dağların ox hissəsinin alçalmasına baxmayaraq, yüksəkliyi (4167 m), Aleçhorn (4182 m), Finsteraarhorn (4275 m) və s. Adları çəkilən massivlərin hamısında geniş buzlaq sahələri vardır. Reyn çayı və onun bir sıra qolları öz başlanğıcını Bern Alplarından alır. Bern Alplarının şərqində Qlarn, onun cənubunda isə Lepontin Alpları yerləşmişdir. Bu iki dağ silsiləsini Reyn çayı dərəsi bir-birindən ayırır. Pennin Alpları ilə onun şərqə davamı olan Lepontin Alpları arasında Simplon (2009 m), Lepontin Alplarında isə Sen-Qotard (2112 m) aşırımı vardır. Qlarn Alplarının ən yüksək nöqtəsi Tedi massivində 3623 m-ə çatır. İsveçrə ərazisində, Rona və Reyn çayları arasında yerləşən Qotard massivi İsveçrə Alplarının suayırıcı hissəsidir. Qlarn və Lepontin Alplarının şərqində yerləşən, Boden və Komo gölləri istiqamətində Alp dağlarını yarıb keçən tektonik çökəklik Qərbi Alpların şərq qurtaracağı hesab edilir. Şərqi Alplara nisbətən Qərbi Alplar hündür, lakin ensizdir. Monblan massivi sahəsində Alp dağlarının eni 150 km-dən çox deyildir. Qərbi Alplara xas olan xüsusiyyətlərdən biri də geniş buzlaq sahələrinə malik olması, şimal və qərb yamaclarının az meylli, cənub və şərq (daxili) yamacların çox dik olmasıdır. Şərqi Alplar nisbətən alçaq, lakin enlidir (240 km). Burada dağların ox hissəsi alçaq, buzlaq sahələri isə azdır. Şərq istiqamətində hərəkət etdikcə dağ massivləri yelpikvarı formada bir-birindən çox aralanır və onların arasında geniş sahəni tutan alçaq və orta dağlıq sahələr nəzərə çarpır. Şərqi Alpların çox hissəsini Retiy, Estal və Tsellertal Alpları təşkil edir. Bu dağların bir çox massivləri 4000 m-dən yüksəyə qalxır. Bernina (4055 m), Ortler (3899 m) və Adamello (3564 m) massivləri Şərqi Alplarda ən hündür sahələr olub, buzlaqlarla örtülüdür. İnn və Adidce çaylarından şərqə, Mura çayının mənbəyinə qədər Şərqi Alpların ox silsiləsi yüksək dağlıq xüsusiyyətini saxlayır. Bundan sonra mərkəzi silsilənin alçalması və onun yelpikvarı formada iki dağ sırasına ayrılması müşahidə edilir. Birinci dağ silsiləsi şimal-qərb istiqamətindəVyana çökəyinə uzanır. Bunun şərq davamı Karpat dağlarına keçir. Cənub-şərq istiqamətində uzanan ikinci qolun davamı Balkan yarımadasının şimal qərbindəki Dinar dağlarını təşkil edir.

Geologiyası[redaktə | mənbəni redaktə et]

Alp dağlarının geoloji quruluşu və tektonikası çox mürəkkəbdir. Dağların müasir relyefinin yaranmasında mezozoy və paleogen qırışıqları ilə yanaşı, neogen və dördüncü dövrün orogenik hərəkətləri və eləcə də dördüncü dövr buzlaşmasının böyük rolu olmuşdur. Alp dağlarının geoloji quruluşu üçün səciyyəvi cəhətlərdən biri burada uzununa yerləşmiş, bir-birindən kəskin fərqlənən dörd litoloji zonanın mövcud olmasıdır. Qədim kristallik və metomorflaşmış süxurlardan ibarət olan zona hər yerdə mərkəzi ox silsiləsini tutur. Bu zonanın relyefində buzlaq sirkləri vasitəsi ilə təcrid edilmiş dağ qolları, təknəvari və asılı dərələr nəzəri çox cəlb edir. Bundan cənubda əsasən mezozoyun əhəngdaşı, mergel və dolomitlərin geniş yayıldığı zona yerləşir. Aşınmaya davamlılığı cəhətindən kəskin fərqlənən süxurların yayıldığı bu zonada mürəkkəb relyef formaları müşahidə edilir.
Alpqabağı vilayətlər və dağətəyi sahələr molass və fliş çöküntülərindən əmələ gəlmiş zonada yerləşmişdir. Əsasən yüksək dağlıq sahələrdən gətirilmiş qırıntı materiallarından ibarət olan bu zonalarda qumdaşı, konqlomeratlar və gilli şistlər çox yerdə üfüqi şəkildə yatmış və yaxud zəif qırışıqlara məruz qalmışdır. Litoloji xüsusiyyətinə görə seçilən bu zonaların simmetrik şəkildə bir-birini əvəz etməsi Şərqi Alplarda daha yaxşı müşahidə edilir. Qərbi Alpların daxili (İtaliyaya tərəf çevrilmiş) yamacları bu cəhətdən bir qədər fərqlidir. Burada kristallik və metamorfik süxurlardan ibarət olan zonanı birdən-birə Venesiya-Po ovalığı əvəz edir. Alp dağlarının tektonik xüsusiyyətində şaryaj quruluşu mühüm yer tutur. Qərbi Avropada süxurların hərəkəti qərb və şimal-qərbə, Şərqi Alplarda isə şimala doğru olmuşdur. Alpqabağı vilayətlərdə şaryaj quruluşunu avtoxton qırışıq sistemi əvəz edir. Bu qırışıq sistemi Provans Alplarında, Yura dağlarında və s. xüsusilə nəzərə çarpır.

İqlimi[redaktə | mənbəni redaktə et]

Mülayim və subtropik qurşaqlar arasında yerləşməsi və eləcə də onun dağlıq relyefi Alp dağları iqliminə böyük təsir göstərir. Alp dağları Qərbi Avropada Atlantik okeanından gələn hava kütlələrinin ən yaxşı kondensasiyaya uğradığı sahədir. Dağlarda yağıntının miqdarı istər hündürlükdən və istərsə də yamacların səmtindən çox asılıdır.
Qərbi Alpların Fransa ərazisində yerləşən 1500–2000 m hündürlüyündəki sahələrinə il ərzində 2000–2500 mm yağıntı düşür. bu sahə üçün dumanlı, buludlu və yağışlı havalar səciyyəvidir. Dağların şimal ətəklərində yağıntının miqdarı 1000 mm olub, il ərzində bərabər paylanmışdır. Alp dağlarında ən az yağıntı alan sahələr dağarası dərə və çökəklərdir. Bu hissələrə ildə 600–800 mm yağıntı düşür. Yağıntıların yüksəkliyə görə artması 2000 m hündürlüyədək müşahidə edilir. Bundan yüksək sahələrdə yağıntı və buludluluq azalır, günəş insolyasiyası isə artır. 0°-lik izoterm Alp dağlarının şimalında 2000 m hündürlükdən, Sahil və Kot Alplarında isə 2600–2700 m hündürlükdən keçir. Dağların cənub yamacları, şimal yamaclarına nisbətən daha çox qızır. Bunun səbəbi cənub yamacların Aralıq dənizi sahəsindən gələn isti hava kütlələrinə qarşı çevrilməsi və bura günəş şüalarının perpendikulyar düşməsidir. Temperatura müvafiq olaraq Alp dağlarında qar xəttinin hündürlüyü də müxtəlifdir. Daha çox rütubətli və nisbətən soyuq şimal yamaclarda qar xətti 2500 m hündürlükdən, nisbətən isti və quru iqlimə malik olan cənub yamaclarda isə 3000–3500 m hündürlükdən keçir. Alp dağlarının iqliminə xas olan cəhətlərdən biri də burada iqlim qurşaqlarının yerləşməsində şaquli zonallığın aydın müşahidə edilməsidir. Alp dağlarının iqlimində yerli küləklərin rolu böyükdür. Burada dağ-dərə və xüsusilə fyon küləkləri hakimdir. Fyonların sürəti şimal yamaclarda daha böyük olur. Adətən yaz və payızda müşahidə edilən bu küləklər, dağları aşaraq şimala hərəkət etdikcə daha çox qızır və şimal yamacların ətəklərində havanın temperaturunu birdən-birə artırır. Böyük sürətlə hərəkət edən hava kütlələri bəzən binaları uçurur, qar uçqunları və havanın birdən-birə qızması nəticəsində böyük daşqınlar əmələ gətirir. Lakin buna baxmayaraq fyonların müsbət təsiri də çoxdur. Adətən fyonlar dağların şimal ətəklərində yayın girməsini, eləcə də kənd təsərrüfatı bitkilərinin yetişməsini sürətləndirir. Alp dağlarının cənub ətəklərində geniş sahəni tutan Venesiya-Po ovalığının iqlimi başqa sahələrdən bir qədər fərqlidir. Burada yayı isti və qışı bir qədər yumşaq keçən iqlim hakimdir. Yanvar ayının orta temperaturu −2° ilə +2° arasında dəyişdiyi halda, iyulda havanın temperaturu 23–24°-yə çatır. Qış aylarında bəzən qərb dağətəyi sahələrə qar yağması müşahidə edilir. Qar örtüyünün qalınlığı burada 0,5 m-ə çatıb, 2–3 həftəyədək davam edir. Ovalıqda yağıntıların miqdarı 600–1000 mm olub, çox hissəsi yayda düşür.

Daxili sular[redaktə | mənbəni redaktə et]

Bavariyada yerləşən Köniqsze gölünün sahili məşhur turizm yeridir
Alp dağlarında çayların sulu, sürətli və hidroqrafik şəbəkənin sıx olmasına yağıntılardan başqa, ərazinin quruluşu a xeyli təsir göstərir. Çay şəbəkəsi QaraŞimalAdriatik və Tirren dənizləri hövzəsinə aiddir. Şərqi Alplarda əhəngdaşı süxurlarının geniş yayıldığı sahələrdə çay şəbəkəsi zəif inkişaf etmişdir. Çaylarda meyillilik yüksəkliyə görə çox artdığından, axım əmsalı 70–90% arasında dəyişilir. Daimi qar və buzlaqlardan mənbəyini alan çaylar daha böyük axım əmsalına malikdirlər. Məsələn İnn çayının yuxarı axarında axım əmsalı 80%, Adda çayında 90%, Rona çayının Cenevrə gölünə qədər olan hissəsində 80%-dir. Alpın orta və aşağı yamaclarında axan çayların axım əmsalı 60%-dən çoxdur. Yağıntıların paylanmasından asılı olaraq, çayların su rejimi də müxtəlifdir. Mənbəyini daimi qar və buzlaqlardan alan çaylarda yüksək səviyyə və daşqınlar yayda, Aralıq dənizi iqliminin təsiri altında olan cənub və cənub-qərb yamaclardan başlanan çaylarda isə yaz və payızda müşahidə edilir. Tipik Alp və Aralıq dənizi rejiminə malik olan çaylardan başqa, qarışıq rejimə malik olan çaylar da vardır. Bu qrupa öz başlanğıcını mərkəzi ox silsiləsindən götürən və cənuba doğru axan Po çayının sol qolları daxildir.
Alp çaylarının hidroenerji ehtiyatları böyükdür. Çayların su rejiminin tənzim edilməsində göllər əsas rol oynayır. Göl çalaları əmələ gəlməsinə görə tektonik və buzlaq mənşəlidir. Böyük göl çalaları əsasən iki zonada qruplaşmışdır. Birinci zonaya İsveçrə Alplarındakı göl çalaları daxildir. Buraya Cenevrə (sahəsi 581 kv. km, ən dərin yeri 375 m), Boden (sahəsi 538 kv. km, ən dərin yeri 395 m), Sürix, Nevşatel, Firvaldştet və s. göllər aiddir. İtaliya Alplarında yerləşən Komo (dərinliyi 410 m), Qarda (sahəsi 370 kv. km, ən dərin yeri 346 m), Laqo-Macore və s. göllər ikinci zonaya daxildir.

Flora[redaktə | mənbəni redaktə et]

Qərbi Avropa ərazisində hündürlükdən asılı olaraq dəyişilən bitki örtüyünün şaquli zonallığı Alp dağlarında daha yaxşı inkişaf etmişdir. Hündürlükdən asılı olaraq Alp dağlarında bir neçə landşaft qurşağını ayırmaq olar. Birinci landşaft qurşağı hündürlüyü 800–1000 m-dək olan dağətəyi və alçaq dağlıq sahəni əhatə edir. Burada təbii bitki örtüyü insan fəaliyyəti ilə çox dəyişdirilmişdir. Bitki örtüyü içərisində mədəni və texniki bitkilərin tutduğu sahə daha genişdir. Bu qurşağın Sahil, Kot, Qray Alpları hissəsində və eləcə də Venesiya-Po ovalığına qonşu olan Lombardiya və Venesiya Alplarında Aralıq dənizi tipli, quraqlığa davamlı, həmişəyaşıl kolluqlar (makvis, qarriqa və s.), üzüm və zeytun plantasiyaları geniş yayılmışdır. Meşə bitkilərindən burada ən çox yayılanı şabalıq və hələb şamıdır. Qərbi Alpların şimal yamaclarında meşə örtüyü içərisində fısdıq, palıq və iynəyarpaqlı ağacların üstünlüyü hiss edilir. Şərqi Alplarda Orta Dunay ovalığına yaxın olan dağətəyi və alçaq dağlıq sahələrdə iqlimin soyuması və kontinentallaşması ilə əlaqədar olaraq, meşə örtüyündə küknar, şam və soyuğa davamlı palıq ağacları geniş yer tutur. Dağətəyi və alçaq dağlıq sahənin landşaft qurşağında, öz təbiəti ilə daha çox seçilən sahə Fransanın Liquriya dənizi sahilləridir. Bu ərazidə demək olar ki, təbii bitki örtüyü tamamilə dəyişdirilmişdir. Dekorativ bitkilərlə zəngin olan bağ və parklar "Lazur sahil"də daha geniş sahəni tutmuşdur.
İkinci landşaft qurşağı hündürlüyü təxminən 1800 m-ə qədər olan sahələri əhatə edir. Mülayim-rütubətli və mülayim-soyuq iqlimin hakim olduğu bu qurşaqda, havanın temperaturu iyulda 10–15°, yanvarda isə −4–8°-dir. Qışı 4–7 ay çəkməklə, qar örtüyünün qalınlığı 90–100 sm-dən çoxdur. Yayı sərin, rütubətli və dumanlı olub, meşə bitkilərinin geniş yayılması üçün əlverişlidir. Ərazinin 50–60%-i meşələrlə örtülüdür. Bu qurşağın aşağısında palıd və fısdıq meşələri çox yayıldığı halda, yuxarı hissədə onları küknar və şam ağaclarından ibarət qarışıq və iynəyarpaqlı meşələr əvəz edir.
Subalp çəmənləri və meşə talalarından ibarət olan, üçüncü landşaft qurşağının yuxarı sərhədi 2300 m hündürlükdən keçir. Bu qurşağın aşağı – nisbətən daha çox rütubətli hissələrində alçaqboylu ardıc və şam kolluqları geniş sahəni əhatə edir. Ştiriya Alplarında meşələrin yuxarı sərhədi 1500–1600 m, mərkəzi Alplarda isə 2100–2300 m hündürlükdən keçir. Subalp çəmənliklərindən ibarət olan landşaft qurşağının qışı uzun (6–8 ay), şaxtalı, yayı isə qısa və sərin keçir. Yanvar ayında havanın temperaturu −8°,-12°-dir. İyulda temperatur +4° ilə +10° arasında dəyişilib, ot bitkilərinin yayılması üçün əlverişlidir. Təbii bitki örtüyü içərisində subalp çəmənlikləri geniş sahəni tutur və bunlardan əsasən yay otlaqları kimi istifadə edilir.
Alp çəmənliklərindən ibarət olan dördüncü landşaft qurşağının yuxarı sərhədi 2600–3200 m hündürlükdən keçir. Alp dağlarında daimi qar xəttinin keçdiyi hündürlük Alp çəmənlikləri qurşağının yuxarı sərhədi hesab olunur ki, bu da dağların mövqeyindən, yamacın səmtindən və yağıntıların miqdarından asılı olaraq 2600 m-lə 3200 m arasında dəyişilir. Bu qurşağın iqlimi daha sərt və qurudur. Ərazinin çox hissəsi bitki örtüyündən məhrum olan çınqıl və daş yığınlarından ibarətdir. Nisbətən rütubətli və bir qədər küləklərdən yaxşı qorunan sahələrdə alçaqboylu ot bitkilərindən ibarət olan çəmənliklərə — "alp xalılarına" rast gəlmək olur.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to paneliyev

4 Comments