Teymuriler 2

GX68...pcWB
2 Feb 2024
3

Məmlüklərlə döyüş[redaktə | mənbəni redaktə et]

Əmir Teymurla Sultan Fərəcin döyüşünü təsvir edən səhnə. Kəmaləddin Behzad tərəfindən çəkilmişdir.
Əmir Teymur Sivası ələ keçirdikdən sonra cənuba, Məmlük dövləti üzərinə irəliləməyə başladı. Əmir Teymur Məmlük Sultanı Berqoqun ölümündən sonra Məmlük dövlətində daxili vəziyyətin qarışıq olduğundan xəbərdardı və İldırım Bəyazidlə qarşılaşmazdan əvvəl bu vəziyyətdən faydalanmaq istəyirdi. Əmir Teymur Bağdadı fəth etdiyi zaman Sultan Berqoqa göndərdiyi elçi öldürülmüşdü və Qara Yusif tərəfindən həbs olunan Avnik hakimi Atlamış da Qahirəyə göndərilmişdi.[28] Bu səbəbdən Əmir Teymur yeni taxta çıxan Sultan Fərəcə elçilər göndərib Atlamışı azad etməsini istədi, amma elçilər Hələbə çatan kimi həbs olundular.[28] Həmin vaxt Malatyada olan Əmir Teymur Behisni və Antepi ələ keçirərək Hələbə yaxınlaşdı. Hələbə çatdığı zaman Məmlük ordusu ilə qarşılaşdı. Əmir Teymur döyüşməyə qərar verdi və ordusunda olan fillərin də verdiyi üstünlüklə qalib gəldi. Əmir Teymurun əsgərləri Hələbi asanlıqla ələ keçirdi.[84][85] Şəhərdə qarət və qırğın oldu.
Hələb, Həma və Xümsü bir-birinin ardınca ələ keçirən Əmir Teymur 1401-ci ilin yanvar ayında Şama yaxınlaşdı.[86][87] Məmlük ordusu məğlub oldu. Sultan Fərəc şəhəri tərk edib Qahirəyə qaçdı.[28][88] Sağ qalanlar isə Şam qalasına sığındılar. Şam mühasirədə olarkən Əmir Teymurun yanına şəhərə aman verməsi üçün bir heyət gəldi. İbn Xəldun da bu heyətin tərkibində idi.[28] Əmir Teymur İbn Xəldunu xoş rəftarla qarşıladı. Əmir Teymurla aralarında Məğribin vəziyyəti, tarix və digər mövzularda söhbət oldu. Əmir Teymur İbn Xəlduna hörmət göstərmiş, hətta Misirə geri qayıtmasına icazə vermişdi.[28]
Qızıl Orda dövlətinin ardınca Məmlük dövləti də sıradan çıxdıqdan sonra Teymurilər dövlətinin güclü rəqibi kimi yanlız Osmanlılar qalırdı.

Əmir Teymur və İldırım Bəyazid[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Ankara döyüşü
Yeri və göyü yaradan Allaha sonsuz şükürlər olsun ki, yeddi iqlimdəki məmləkətlərin çoxunu mənim fərmanıma daxil elədi və dünyanın sultanları, hökmdarları mənə baş əyərək itaət sırğasını qulaqlarına taxdılar. Öz qədrini bilən, həddini aşmayan, ayağını yorğanına görə uzadan bəndənin günahından Allah özü keçsin. Sənin nəslinin-nəsabətinin kimliyi dünyada hamıya bəllidir. Belə olan halda, özünə yaraşan iş tut, cürət ayağını qabağa qoyma ki, inciklik və möhnət bataqlığına batıb, fəlakət quyusuna yuvarlanmayasan. İqbal qapısından qovulan bir sürü böhtançı adamlar qərəzli niyyətlərini yeritmək üçün sənin qoltuğuna sığınmış, yuxulayıb yatan fitnəkarlığı oyatmışlar. Onların təhriki ilə fəlakət və bəla qapısını yenidən öz dövlətinin üzünə açma. Bu məktubu alan kimi Qara Yusifi mənim yanıma göndər. Dediyimi eləməsən, qədər-qismət pərdəsi sənin üzünə qoşunlarımızın səfərləri toqquşanda açılacaqdır.
Əmir Teymurun Ankara döyüşündən əvvəl İldırım Bəyazidə göndərdiyi məktub.
Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 77.[86]
Əmir Teymur 1401-ci ilin iyul ayında 40 gün davam edən mühasirədən sonra Bağdadı ələ keçirmişdi.[89] Əmir Teymur ŞamHələb və Bağdadı tutduqdan sonra Qara Yusif və Sultan Əhməd Cəlayır İldırım Bəyazidə sığındı. Bu İldırım Bəyazidlə Əmir Teymurun münasibətlərinin daha da gərginləşməsinə səbəb oldu. Əmir Teymurla İldırım Bəyazidin döyüş meydanında qarşılaşmazdan əvvəl məktublaşdıqları məlumdur,[86] amma bu məktublaşmalar döyüşün qarşısını ala bilmədi. Əmir Teymur Qara Yusiflə Sultan Əhməd Cəlayırın İldırım Bəyazid tərəfindən qəbul olunmamasını, onların tutulub ailələri ilə birlikdə ona göndərilməsini və ya ölkədən xaric olunmasını istəyirdi. İldırım Bəyazid isə bunları əmr hesab edərək ağır cavab yollamışdır.[88][90][91]
Ankara döyüşünü təsvir edən səhnə. (naməlum müəllif tərəfindən çəkilmiş Moğol illustrasiyası).
Əmir Teymuru Osmanlı dövləti ilə döyüşməyə təhrik edənlər Ərzincan əmiri, Ağqoyunlu bəyi və başda Qaraman bəyliyi olmaqla digər Anadolu bəylikləri idi.[q 6] Bundan başqa Genuya,[92][93] Fransa,[92] Kastiliya[94] və Bizans[95] kimi dövlətlər də bu toqquşmanın olmasında maraqlı idi. Konstantinopolun İldırım Bəyazid tərəfindən mühasirəsi zamanı İmperator II Manuel Əmir Teymura tabe olub xərac verəcəyini bildirmişdi.[95][96] Bundan əlavə Əmir Teymur Anadoludakı tatar birliklərinə adam göndərərək onların dəstəyini əldə etməyə çalışırdı.
Əmir Teymur Qarabağ qışlağında olarkən gələn Osmanlı elçisinə Osmanlılar həmişə firənglərlə qəza döyüşləri etdiyindən onlarla döyüşmək firənglərin qüvvələrinin artmasına səbəb olar və bu səbəbdən Rum diyarına irəliləmək tərəfdarı deyiləm şəklində cavab vermişdi.[28] Buna baxmayaraq Əmir Teymur İldırım Bəyazidin Qara Yusifi himəyə etməsini ona qarşı gəlmək kimi başa düşürdü. Əmir Teymur sonuncu dəfə Qara Yusifin edam olunması və ya ölkədən xaric olunmasını təklif etdi. Əgər bu qəbul olunarsa ata-oğul olarıq və qəza döyüşlərində bir-birimizə kömək edərik dedi. Əmir Teymur 12 mart 1402-ci ildə Qarabağdan Anadolu istiqamətində irəliləməyə başladı.[97] İldırım Bəyazidə xəbər göndərib şərtlərini təkrar etdi. İldırım Bəyazid də Əmir Teymura elçi göndərdi. Sivasda Əmir Teymurun ordusu Osmanlı elçilərinin qarşısında rəsmi keçid etdi və yenidən sülh təklif olundu. Əmir Teymura İldırım Bəyazidin böyük bir ordu ilə ona qarşı irəlilədiyi xəbəri çatdı.[97] Əmir Teymur irəliləyərək Ankarada mövqe tutdu. İldırım Bəyazid mövqe cəhətdən pis vəziyyətə düşdü və geri çəkilərək yorğun əsgərləri ilə əlverişsiz Çubuq düzündə mövqe tutdu. Bunun əksinə olaraq Əmir Teymurun mövqeyi əlverişli idi.[73] Döyüş Əmir Teymurun hücumu ilə başladı və Osmanlı ordusunun sol cinahı ağır zərbə aldı. Osmanlı ordusundakı tatarlar və Anadolu bəyliklərinin əsgərlərinin də Əmir Teymurun tərəfinə keçməsi və Əmir Teymurun ordusunda fillərin olması səbəbindən İldırım Bəyazidin ordusu məğlub oldu.[97] İldırım Bəyazid Əmir Teymurun sadiq adamı olan Mahmud xan tərəfindən əsir alındı.[96][97]

Əmir Teymurun Ankara döyüşündən sonra Anadoludakı fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Əmir Teymurun Məmlük dövləti üzərinə yürüşü və Anadoludakı fəaliyyətləri
Ankara döyüşündə qələbə qazandıqdan sonra Əmir Teymur Əmirzadə Məhəmmədi İldırım Bəyazidin oğlu Süleyman Çələbini təqib edərək Osmanlının paytaxtı Bursaya daxil olmağa və Osmanlıların xəzinəsini ələ keçirməyə göndərdi. Əmir Teymurun ordusu Bursaya Süleyman Çələbi oradan ayrıldıqdan sonra çatdı və şəhər qarət olundu.[28] Əmir Teymur Anadoluda Osmanlılar tərəfindən ləğv olunmuş bəylikləri bərpa etdi. İldırım Bəyazid tərəfindən ləğv olunan böyüklü kiçikli bütün xanədanlara yarlıqlar yazaraq onları himayəsinə qəbul etdi.[28]
Əmir Teymur XIV əsrin ortalarından türklərin əlindən çıxmış olan İzmir şəhərini fəth edərək İldırım Bəyazidin bacara bilmədiyini etməyi qərara aldı. İki həftə mühasirədən sonra İzmir şəhəri fəth olundu.[28] Əmir Teymur Genuyanın əlində olan Foça qalasını fəth etmək üçün Məhəmməd Sultanı göndərdi. Qaladakılar aman istəyərək xərac verməyi qəbul etdilər. 8 mart 1403-cü ildə İldırım Bəyazid öldü.[28] Bu xəbər Əmir Teymura çatdıqdan sonra İldırım Bəyazidə tabe olan bütün ölkələrin və yerlərin onun hökmranlığına keçdiyini elan etdi. Əmir Teymur İldırım Bəyazidin cənazəsini onun oğlu olan Musa Çələbiyə verərək dəfn etməsi üçün Bursaya yola saldı.[28] İldırım Bəyaziddən bir neçə gün sonra Əmir Teymurun varis elan etdiyi nəvəsi Məhəmməd Sultan 13 mart 1403-cü ildə öldü.[28] Formal şəkildə xan hesab olunan və Əmir Teymurun həmişə özü ilə yürüşlərinə apardığı Mahmud xan da 11 mart 1403-cü ildə ölmüşdü.[28]
Əmir Teymur Ankara döyüşündən sonra 8 ay da Anadoluda qaldıqdan sonra 1403-cü ilin iyul ayında Gürcüstana gəldi və oradan qışı keçirmək üçün Qarabağa yönəldi. Qışı Qarabağda keçirdikdən sonra 1404-cü ilin mart ayında Qarabağdan Səmərqənd istiqamətində hərəkətə başladı. Ərdəbil şəhərinə çatdıqda əvvəlcədən planlaşdırdığı kimi yığıncaq topladı. Hülakü xanın taxtı, Azərbaycan, Anadolu, Əcəm İraqı, Aran, Muğan, indiki Ermənistan və Gürcüstan bölgələri idarə etməsi üçün Miranşahın oğlu Mirzə Ömərə verildi. Əmir Teymur 1404-cü ilin iyul ayında Səmərqəndə çatdı.[28]
Ankara döyüşündən sonra Əmir Teymurun güclü rəqiblərindən olan Osmanlı sıradan çıxarıldı, Osmanlı dövlətində "Fətrət dövrü" adlanan səltənət boşluğu meydana gəldi, Konstantinopolun fəthi və Avropada irəliləmək yarımçıq qaldı.

Durğunluq və tənəzzül[redaktə | mənbəni redaktə et]

Əmir Teymur 18 fevral 1405-ci ildə Çinə yürüş edərkən Otrar şəhərində 69 yaşında öldü.[98] Əmir Teymurun ölümündən sonra qalibiyyətli müharibələrlə yükşəliş yaşayan Teymurilər dövləti zəifləməyə başladı. Dövlətdə ara müharibələri və taxt-tac çəkişmələri baş qaldırdı. Əmir Teymur ölməzdən əvvəl oğlu Cahangir Mirzədən olan nəvəsi Pir Məhəmmədi varisi elan etmişdi. Ancaq onun ölümündən sonra digər oğulları və nəvələri Pir Məhəmmədin hakimiyyətini tanımayaraq mübarizəyə başladılar. Əmir Teymurun nəvəsi Məhəmməd Səmərqənddə, varis elan olunan Pir Məhəmməd və digər nəvəsi İsgəndər İranda, Miranşah Bağdad və Azərbaycanda, Şahrux isə Heratda hakimiyyətə sahib çıxdı. Bütün bunlar dövlətin əvvəlki qüdrətini itirməsinə, mərkəzi hakimiyyətin zəifləyərək dövlətin tənəzzülünün başlamasına səbəb oldu.[28]
Xəlil SultanMiranşahın 3-cü oğlu olan və Əmir Teymurdan sonra hakimiyyət başına gəlsə də Sultan Şahruxla mübarizədə məğlub olur və öldürülür(1405–1409)[28] (müəllif: A. Aliqulov). (1998).

Şahruxun hakimiyyəti (1409–1447)[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Sultan Şahrux
Sultan Şahruxun kəllə sümüyü əsasında hazırlamış büstü
Əmir Teymurun ölümündən sonra Teymurilər dövlətində yaranan qarışıqlıqdan sonra Əmir Teymurun digər oğulları və nəvələri uğur qazana bilməsə də, Şahrux[99] Xorasandakı hakimiyyətini qoruya bilmişdi. Şahrux digər əmirzadələrin nəzarətində olan bölgələrin bir hissəsini yenidən hakimiyyətində birləşdirə bilmişdi. O, Cənubi və Orta İrana, eləcə də Azərbaycana qədər irəliləyərək bu bölgələri hakimiyyətinə tabe edə bilmişdi. Şahruxun hakimiyyəti illərində dövlətin tənəzzülü yavaşlasa da bu proses dayanmadı. Əmir Teymurun dövründə dövlətə tabe olan geniş ərazilərin bir qismi əvvəlki sahiblərinin nəzarətinə keçmişdi. Osmanlıların dəstəklədiyi Cəlairilər Bağdaddakı, Qaraqoyunlu və Ağqoyunlular isə Şərqi Anadoludakı torpaqlarını geri qazanmaq uğrunda mübarizə aparırdı. Məmlük dövlətindən ələ keçirilən Suriyadakı torpaqlar da itirilmişdi. Çağatay monqolları isə sürətlə güclənərək önəmli problemə çevrilmişdi.[100]
Şahrux 42 illik hakimiyyəti müddətində dövlətin süqutunun qarşısını almağı bacardı, amma Teymurilər dövləti Əmir Teymurun dövründəki gücünə bir daha çata bilmədi. Şahrux 1447-ci ildə öldükdən sonra ara müharibələri və taxt-tac çəkişmələri yenidən baş qaldırdı.[100]

Şahruxun hakimiyyəti illərində Teymuri-Qaraqoyunlu münasibətləri[redaktə | mənbəni redaktə et]

1420-ci ildə Qaraqoyunlu Qara Yusifin ölümündən sonra dövlətdə hakimiyyət uğrunda mübarizə başladı. Qara Yusifin oğlanlarından İsgəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəldi. Cahanşah da qardaşına qarşı çıxış edir. İsgəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan geri çəkilir. 1435-ci ildə İsgəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. Şahrux ümumilikdə üç dəfə (1420–1421; 1428–1429; 1435) Qaraqoyunlu dövlətinə yürüş etmişdi. 1421-ci ildə baş verən Alaşkerd və 1427-ci ildə olan Salmas döyüşünün hər ikisində Qaraqoyunlular ağır məglubiyyətə uğradılar. Bundan sonra isə İsgəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, amma 1435-ci ildə baş vermiş Təbriz döyüşündə Şirvanşah və Teymurilərin birləşmiş qüvvələri Qaraqoyunlulara yenidən qalib gəldi. Cahanşah Şahruxdan aslılığı qəbul etsə də, 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil siyasət yeritməyə başladı.

Uluqbəyin hakimiyyəti (1447–1449)[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Uluqbəy
1447-ci ildə Şahrux öldükdən sonra yerinə oğlu Uluqbəy keçir. Uluqbəy də Teymuri taxtına iddia edən digər varislərlə mübarizə aparmalı olur. Bu mübarizədə uğursuz olmasa da, taxt-tac müharibələri dövlətin daha da zəifləməsinə səbəb olmuşdu. Daxili münaqişələr səbəbindən dövlətin idarəsi zəifləmişdi. Uluqbəyin hakimiyyəti illərində ölkənin qərbində güclənən Qaraqoyunlular Teymurilər dövləti üçün təhlükə yaratmağa başlamışdı. Eyni zamanda güclənən Çağataylar da ölkənin şərq sərhədlərində təhlükəyə çevrilmişdi və onlar Mavəraünnəhrdə hakimiyyət qurmaq üçün hücumlar təşkil edirdi. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir.[mənbə göstərin] O, üsyan edən oğlunun qoşunlarına məğlub oldu. Uluqbəy 24 oktyabr 1449-cu ildə oğlu Əbdüllətifin xeyrinə hakimiyyətdən əl çəkərək Hacı Xorasanla Məkkə ziyarətinə yola düşdü.[101] Lakin o, Səmərqənd vilayətindən çıxa bilmir. Şeyxlərin fətvası ilə çağırılan divanda onu zalımlıqda, ədalətsizlikdə günahlandırıb ölüm hökmü ilə cəzalandırdılar.
Məkkə ziyarətinə yola düşən Uluqbəyə çapar Səmərqəndə yaxın kəndlərin birində yetişir. Bildirir ki, xanın yeni əmri olmadan heç yerə getməməlidir. Çapardan sonra bir neçə il əvvəl Uluqbəyin əmri ilə atası edam edilmiş Sulduzlar nəslindən olan Abbas gəlir. O, bildirir ki, Uluqbəy İslam ehkamlarından uzaqlaşmaqda günahlandırılaraq ölüm hökmünə məhkum edilib. Abbasın xidmətçiləri Uluqbəyin əl-qolunu bağlayaraq arxın kənarına gətirir, diz çökdürürlər və Abbas qılıncla vurduğu bir zərbə ilə Uluqbəyi öldürür.

Əbu Səidin hakimiyyəti (1451–1469)[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Əbu Səid (Teymuri)
Əbu Səidin naməlum Moğol rəssamı tərəfindən çəkilmiş təsviri.
Əbu Səidin dövründə Teymurilər dövləti getdikcə dağılmağa başladı. Teymurilər nüfuz dairəsinə daxil olan qərb torpaqlarındakı hakimiyyətini tamamilə itirdi. Mavəraünnəhrə kütləvi şəkildə özbək köçləri oldu. Hələ Əmir Teymurun dövründə başlayan özbək köçünün Əbu Səidin dövründə daha da şiddətlənməsinin Teymurilər dövlətində ciddi təsiri oldu. Özbəklərin dövlət idarəsində və orduda artan nüfuzları onların gələcəkdə siyasi üstünlüyü də ələ keçirməsinə şərait yaratdı.[100] Əbu Səidin mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün qərb istiqamətində etdiyi yürüş də uğursuzluqla nəticələndi. Qaraqoyunlularla toqquşmadan sonra 1457-ci ildə Xorasan və 1458-ci ildə isə Teymurilərin mərkəzi olan Heratı nəzarətdən çıxdı. 1459-cu ildə Əbu Sədi Qaraqoyunlu Cahanşahla Herat müqaviləsi bağlayaraq bac almaqla Heratı geri qaytardı.[100][102]
Qaraqoyunlu hökmdarı Cahanşahın Uzun Həsənə məğlub olmasından sonra sonra Teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək adı ilə Azərbaycan üzərinə hücuma keçdi. Keçmiş müttəfiqi Şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir, lakin Şirvanşah I Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən hücum edərək Əbu Səidi məğlub edir.[102] Bu məğlubiyyətdən bir qədər sonra Əbu Səid öldü. Əmir Teymurun nəvəsi Mirzə Bayqaranın oğlu Hüseyn Bayqara 1469-cu ildə Heratı tutaraq hakimiyyəti ələ keçirdi.[103]

Hüseyn Bayqaranın hakimiyyəti (1469–1506)[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Hüseyn Bayqara
Sultan Hüseyn Bayqaranın portreti. (müəllif:Xarəzmi). (1490)
Əmir Teymurun nəvəsi Bayqara Mirzənin oğlu olan Sultan Hüseyn BayqaraUluqbəydən sonra davam edən çaxnaşmalarda yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun yanında xidmət etmişdi. Burada dövlət idarəsində təcrübə qazandı.
Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi.[104] Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiəzzaman Mirzə dünyaya gəldi.
Sultan Hüseyn Bayqara özünə tabe olan az saylı adamlarla və özbəklərdən Şadibəyin köməyi ilə Amudəryanın Özboy bölgəsində kiçik bir bölgənin idarəsini ələ keçirdi. Az sonra Şadibəyi kənarlaşdıraraq sərhədlərini genişlətdi və başqa özbək qüvvələrinin köməyi ilə Mazandaranı da ələ keçirdi.[105] Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. 1469-cu ildə Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi.[103]
Beləcə başlayan hakimiyyətinin ilk zamanlarında Sultan Hüseyn Bayqara bəzi çətinliklərlə qarşılaşdı. Əbu Səidin oğlu Yadigar Mirzə atasının ölümünə səbəb olan Uzun Həsənlə razılaşaraq və ondan kömək alaraq Herat üzərinə yürüş etdi. Çox çətin vəziyyətdə qalan Sultan Hüseyn Bayqara sadəcə 350 adamı ilə 1470-ci ildə həyata keçirdiyi gecə basqını ilə Heratı yenidən ələ keçirdi və Yadigar Mirzəni təsirsiz hala gətirdi.[100]
Sultan Hüseyn Bayqara bundan sonra Heratı şeybanilərdən (şimaldakı özbəklərdən) qorumaq üçün yürüşlər hazırladı və Amudərya boyunca yerləşən qalalarını gücləndirdi. Mavəraünnəhr və Xarəzmi idarəsi altına aldı.[100]
Teymurilər dövlətinin süqut etməsini ləngidən və yenidən dirçəldən Sultan Hüseyn Bayqara xarici və daxili təhlükələri yox etdikdən sonra ədəbiyyata və sənətə önəm verərək dövlətin idarəsini vilayətlərə hakim təyin etdiyi oğulları ilə yerinə yetirirdi. 1400-cü illərin sonlarında artıq qocalan Sultan Hüseyn Bayqara ilə oğulları arasında problemlər yaşanmağa başladı. Özündən sonra yerinə keçmək istəyən oğulları dövlətin idarəsində daha çox söz sahibi olmağa çalışırdı və itaətsizlik edirdilər. Bu çəkişmələrdə qardaşlarında nisbətən önəmli rol Sultan Hüseyn Bayqaranın böyük oğlu Bədiəzzaman Mirzənin üzərinə düşürdü.[100]
Bədiəzzaman atasının ölümünü gözləmədən onun yerini tutmaq üçün hərəkətə keçmişdi. Bədiəzzəman 1499-cu ildə buna ilk dəfə cəhd göstərdi və Heratı mühasirəyə alıb atasının taxtına sahib olmağa çalışdı. Onun bu cəhdi nəticəsiz qalsa da bu hadisədən sonra dövlətin nüfuzu sarsıldı. Uzun müddətdir ki, dövlət üçün təhlükəyə çevrilən özbəklər Teymurilər dövlətində ara müharibələrinin başlamasından istifadə edərək üsyan qaldırdılar. Özbəklərin yaratdığı problemlərin öhdəsindən ara müharibələri səbəbindən gəlmək mümkün olmadı. Sultan Hüseyn Bayqara 1506-cı ildə özbəklərə qarşı yürüşə başladı, ancaq yürüşü tamamlaya bilməyərək qocalığı səbəbindən öldü.[100]
Sultan Hüseyn Bayqaranın hakimiyyəti 37 il davam etdi və onun dövründə Herat "Teymuri renesansı" deyilən türk mədəniyyətinin mərkəzi oldu.[100]

Tənəzzül[redaktə | mənbəni redaktə et]

Sultan Hüseyn Bayqara öldükdən sonra yerinə böyük oğlu Bədiəzzaman keçdi. Qardaşı Sultan Babur ilə qüvvələrini birləşdirərək özbəklər üzərinə yarımçıq qalmış yürüşü tamamlamağa cəhd göstərdilər. Buna baxmayaraq onlar uğur qazana bilmədi. Bundan sonra özbəklər Herata daxil oldu və şəhərdə hakimiyyəti ələ keçirdilər. Bədiəzzaman və Sultan Babur bu mübazirədə məğlub olduqdan sonra Teymurilər dövləti 1507-ci ildə süqut etdi.[100] Sonradan Sultan Babur Hindistana çəkilərək orada Böyük Moğol İmperiyasının əsasını qoydu.[106]

İdarəetmə


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Vuqar85

0 Comments