Bəbir

52Qi...qwS9
28 Jan 2024
43

Bəbirlər

Bakı, 2 aprel, Emil Eyyubov, AZƏRTAC
Bu gün bütün mütərəqqi bəşəriyyət qlobal istiləşmə, ətraf mühitin korlanması və bütün bunların nəticəsi olaraq nadir heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi ilə bağlı narahatlığını ifadə edir. Bir çox ölkələrdə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Ətraf mühitin mühafizəsi uğrunda mübarizədə Beynəlxalq Vəhşi Təbiət Fondu (WWF) mühüm rol oynayır.

Beynəlxalq Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov AZƏRTAC-ın müxbirinə müsahibəsində fondun Azərbaycandakı fəaliyyətinin xüsusiyyətləri, həmçinin ölkəmizdə təbiətin mühafizəsi sahəsində problemlərdən bəhs edib.
Azərbaycan ərazisində 15 baş Qafqaz bəbiri qalıb


Azərbaycan ərazisində 15 baş Qafqaz bəbiri qalıb
-Cənab Əsgərov, Beynəlxalq Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi vəhşi təbiətin mühafizəsi sahəsində hansı tədbirləri görür?
-Hər şeydən əvvəl qeyd edim ki, Beynəlxalq Vəhşi Təbiət Fondunun dünya miqyasında fəaliyyəti qlobal iqlim dəyişikliyi, meşə resursları, su, dəniz, sahilyanı ekosistemlər, nəsli kəsilmə təhlükəsi ilə üzləşmiş növlərin mühafizəsi, toksik tullantıların utilizasiyası və bəşəriyyətin ətraf mühitlə harmoniyasının dayanıqlı inkişafı məsələlərini əhatə edir. 2003-cü ildə Azərbaycanda təşkilatın nümayəndəliyinin açılmasından sonra nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi, meşə ekosistemlərinin bərpası, Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMTƏ) dəstəklənməsi və s. məsələlər əsas fəaliyyət istiqaməti kimi götürülüb
Bu istiqamətdə hansı işlər görülür?

-Qafqaz bəbirinin populyasiyasının qorunması bizim üçün prioritet məsələ olub və bu gün də belədir. Qeyd edim ki, Qafqazda, o cümlədən ətrafdakı Rusiya respublikalarında, Şimal-Şərqi Türkiyədə, İranın şimal-qərb hissəsində və Cənubi Qafqazın üç ölkəsində bu nadir növün 50, o cümlədən Azərbaycanda 15 nümunəsi qalıb. Bu heyvan növünün yaşadığı areal Talış dağları, Naxçıvandakı Zəngəzur dağ silsiləsi, Qarabağın dağlıq hissəsi, Mingəçevir su anbarının ətraf ərazilərdir.
Bəbirlərin də Turan pələnginin aqibətini yaşamaması üçün dövlət tərəfindən bir sıra zəruri kompleks tədbirlər həyata keçirilir. Bizim təşkilat da bu işə əlindən gələn səviyyədə öz töhfəsini verir.
Bəbirin populyasiyasının azalmasının əsas səbəbi brakonyerlik sayıldığından, əsas diqqət bu heyvanların yaşadığı yerlərdə mühafizənin gücləndirilməsinə yönəldilib. Belə ki, biz vaxtında müvafiq strukturlara Zəngəzur və Hirkan milli parklarına patrul xidmətinin gücləndirilməsi üçün texniki yardım olaraq avtomobillər, səhra geyimləri, rabitə vasitələri və s. təqdim etdik. Bununla yanaşı, əhali arasında maarifləndirmə işləri aparılır, ətraf rayonların məktəbliləri üçün yay ekodüşərgələri təşkil edilir, mütəxəssislərimiz tərəfindən onlara ətraf mühitin mühafizəsinin zəruriliyi haqqında məlumatlar verilir. Biz MDB ölkələrindən olan qonşu respublikaların mütəxəssisləri ilə birlikdə bu növün populyasiyasının monitorinqini aparırıq.


Milli ovun xüsusiyyətləri
-Ətraf rayonlarda yaşayan insanlar bəbirlə təhlükəli qonşuluğa necə baxırlar?
-Bu yerlərdə bəbirlər o qədər azdır ki, onlarla qarşılaşmaq şansı demək olar ki, yoxdur. Yerli sakinlərin əsas narazılığı bəbirlərin mal-qaraya hücum etməsi halları ola bilər.
Lakin bu o demək deyil ki, vəhşi heyvanlar yaşayış məntəqələrinə girir və mal-qaranın saxlanıldığı yerlərə hücum edir. Yerli heyvandarlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, çox vaxt sürüləri uzaq məsafədə yerləşən otlaqlarda otarırlar. Bu zaman ev heyvanları tez-tez bəbirlərin olduğu əraziyə daxil olur və təbii olaraq, bu vəhşi heyvanın ovuna çevrilirlər.
Əhalinin bəbirlə qonşuluğa mənfi münasibətinin qarşısını almaq üçün biz vəhşi heyvanların mal-qaraya hücumu nəticəsində yarana biləcək zərərləri kompensasiya etməyi planlaşdırırıq. Mal-qaranın sahibinin Beynəlxalq Vəhşi Təbiət Fondunun regional nümayəndəliyinə xəbər verəcəyi hər bir hadisə bizim tərəfimizdən diqqətlə araşdırılır və ev heyvanlarının məhz bəbirin hücumu nəticəsində tələf olması faktı təsbit olunduğunda, müvafiq tədbirlər görülür.

Qeyd edim ki, son 16 ildə cəmi iki dəfə bu cür hal baş verib. Düşünülmüş şəkildə yalan məlumat vermə halları da olub. Ümumilikdə isə, bəbir üçün özünün ov mənbələri – dağ qoyunları, cüyür, bezoar keçiləri, qaban, dovşan və digər şikarlar kifayət edir.
-Azərbaycanda bəbirlərin insanlara hücumu halları olubmu?
-Bu yırtıcılar təbiətən çox ehtiyatlıdır və insanlarla hər hansı təmasdan qaçmağa çalışırlar. Lakin bəbirin insana qarşı hücuma vadar edilməsi halları da olub. Mənə məlumdur ki, ötən əsrin 90-cı illərinin ortalarında üç dəfə bu cür hallar baş verib. Belə ki, Naxçıvanda ovçular bəbirin izi ilə gedib, sığınacaqda gizlənən heyvan isə onu təqib edənlərdən birinin üzərinə hücum edib. Ovçular bəbirə atəş açaraq, onu uzaqlaşdıra biliblər. İnsident tələfatsız nəticələnib. Lənkərandakı ovçular da analoji hadisə ilə qarşılaşıblar. Orada yaralanmış bəbir bir nəfərə hücum edib. Onun yoldaşı isə heyvanı güllələyib. Zərərçəkmiş yarım il ərzində aldığı yaralardan müalicə olunub.
Astarada bəbirin onun inəyini parçaladığına əmin olan bir nəfər heyvanın izi ilə gedərək ona atəş açıb. Yaralı bəbir ovçunun üzərinə hücum edib, əlbəyaxa olan kənd sakini və yırtıcı yüksək qayadan aşağı yuvarlanıblar. Bəbir qaça bilib. Astara sakini isə yüngül yaralar alaraq qurtulub. Yeri gəlmişkən, Babaxan Rəhmanov adlı həmin insan bu gün bizim təşkilatın könüllüsüdür. O, bəbirlərin mühafizəsi ilə fəal şəkildə məşğul olur.
Gördüyünüz kimi, bütün bu hallarda insidentin təqsirkarı insanlardır. Elmi ədəbiyyata görə, Azərbaycanda bəbirin insanla qarşılaşdığı və ölümlə nəticələnən son insident ötən əsrin əvvəllərində Lerikdə baş verib. Həmin vaxt yaralı bəbir ovçulardan birini öldürə bilib.
Qafqaz bəbiri özünün Afrika növündən böyük olsa da, brakonyerlərin hiyləgərliyi qarşısında tamamilə acizdir.
Hər şeydən gəlir götürmək olar


CƏMİYYƏT

Bəbirlərə atəş açmayın!

1 / 24

Bakı, 2 aprel, Emil Eyyubov, AZƏRTAC
Bu gün bütün mütərəqqi bəşəriyyət qlobal istiləşmə, ətraf mühitin korlanması və bütün bunların nəticəsi olaraq nadir heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi ilə bağlı narahatlığını ifadə edir. Bir çox ölkələrdə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Ətraf mühitin mühafizəsi uğrunda mübarizədə Beynəlxalq Vəhşi Təbiət Fondu (WWF) mühüm rol oynayır.
Beynəlxalq Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov AZƏRTAC-ın müxbirinə müsahibəsində fondun Azərbaycandakı fəaliyyətinin xüsusiyyətləri, həmçinin ölkəmizdə təbiətin mühafizəsi sahəsində problemlərdən bəhs edib.
Azərbaycan ərazisində 15 baş Qafqaz bəbiri qalıb
-Cənab Əsgərov, Beynəlxalq Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi vəhşi təbiətin mühafizəsi sahəsində hansı tədbirləri görür?
-Hər şeydən əvvəl qeyd edim ki, Beynəlxalq Vəhşi Təbiət Fondunun dünya miqyasında fəaliyyəti qlobal iqlim dəyişikliyi, meşə resursları, su, dəniz, sahilyanı ekosistemlər, nəsli kəsilmə təhlükəsi ilə üzləşmiş növlərin mühafizəsi, toksik tullantıların utilizasiyası və bəşəriyyətin ətraf mühitlə harmoniyasının dayanıqlı inkişafı məsələlərini əhatə edir. 2003-cü ildə Azərbaycanda təşkilatın nümayəndəliyinin açılmasından sonra nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi, meşə ekosistemlərinin bərpası, Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMTƏ) dəstəklənməsi və s. məsələlər əsas fəaliyyət istiqaməti kimi götürülüb.
-Bu istiqamətdə hansı işlər görülür?
-Qafqaz bəbirinin populyasiyasının qorunması bizim üçün prioritet məsələ olub və bu gün də belədir. Qeyd edim ki, Qafqazda, o cümlədən ətrafdakı Rusiya respublikalarında, Şimal-Şərqi Türkiyədə, İranın şimal-qərb hissəsində və Cənubi Qafqazın üç ölkəsində bu nadir növün 50, o cümlədən Azərbaycanda 15 nümunəsi qalıb. Bu heyvan növünün yaşadığı areal Talış dağları, Naxçıvandakı Zəngəzur dağ silsiləsi, Qarabağın dağlıq hissəsi, Mingəçevir su anbarının ətraf ərazilərdir.
Bəbirlərin də Turan pələnginin aqibətini yaşamaması üçün dövlət tərəfindən bir sıra zəruri kompleks tədbirlər həyata keçirilir. Bizim təşkilat da bu işə əlindən gələn səviyyədə öz töhfəsini verir.
Bəbirin populyasiyasının azalmasının əsas səbəbi brakonyerlik sayıldığından, əsas diqqət bu heyvanların yaşadığı yerlərdə mühafizənin gücləndirilməsinə yönəldilib. Belə ki, biz vaxtında müvafiq strukturlara Zəngəzur və Hirkan milli parklarına patrul xidmətinin gücləndirilməsi üçün texniki yardım olaraq avtomobillər, səhra geyimləri, rabitə vasitələri və s. təqdim etdik. Bununla yanaşı, əhali arasında maarifləndirmə işləri aparılır, ətraf rayonların məktəbliləri üçün yay ekodüşərgələri təşkil edilir, mütəxəssislərimiz tərəfindən onlara ətraf mühitin mühafizəsinin zəruriliyi haqqında məlumatlar verilir. Biz MDB ölkələrindən olan qonşu respublikaların mütəxəssisləri ilə birlikdə bu növün populyasiyasının monitorinqini aparırıq.
Milli ovun xüsusiyyətləri

-Ətraf rayonlarda yaşayan insanlar bəbirlə təhlükəli qonşuluğa necə baxırlar?
-Bu yerlərdə bəbirlər o qədər azdır ki, onlarla qarşılaşmaq şansı demək olar ki, yoxdur. Yerli sakinlərin əsas narazılığı bəbirlərin mal-qaraya hücum etməsi halları ola bilər.
Lakin bu o demək deyil ki, vəhşi heyvanlar yaşayış məntəqələrinə girir və mal-qaranın saxlanıldığı yerlərə hücum edir. Yerli heyvandarlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, çox vaxt sürüləri uzaq məsafədə yerləşən otlaqlarda otarırlar. Bu zaman ev heyvanları tez-tez bəbirlərin olduğu əraziyə daxil olur və təbii olaraq, bu vəhşi heyvanın ovuna çevrilirlər.
Əhalinin bəbirlə qonşuluğa mənfi münasibətinin qarşısını almaq üçün biz vəhşi heyvanların mal-qaraya hücumu nəticəsində yarana biləcək zərərləri kompensasiya etməyi planlaşdırırıq. Mal-qaranın sahibinin Beynəlxalq Vəhşi Təbiət Fondunun regional nümayəndəliyinə xəbər verəcəyi hər bir hadisə bizim tərəfimizdən diqqətlə araşdırılır və ev heyvanlarının məhz bəbirin hücumu nəticəsində tələf olması faktı təsbit olunduğunda, müvafiq tədbirlər görülür.
Qeyd edim ki, son 16 ildə cəmi iki dəfə bu cür hal baş verib. Düşünülmüş şəkildə yalan məlumat vermə halları da olub. Ümumilikdə isə, bəbir üçün özünün ov mənbələri – dağ qoyunları, cüyür, bezoar keçiləri, qaban, dovşan və digər şikarlar kifayət edir.
-Azərbaycanda bəbirlərin insanlara hücumu halları olubmu?
-Bu yırtıcılar təbiətən çox ehtiyatlıdır və insanlarla hər hansı təmasdan qaçmağa çalışırlar. Lakin bəbirin insana qarşı hücuma vadar edilməsi halları da olub. Mənə məlumdur ki, ötən əsrin 90-cı illərinin ortalarında üç dəfə bu cür hallar baş verib. Belə ki, Naxçıvanda ovçular bəbirin izi ilə gedib, sığınacaqda gizlənən heyvan isə onu təqib edənlərdən birinin üzərinə hücum edib. Ovçular bəbirə atəş açaraq, onu uzaqlaşdıra biliblər. İnsident tələfatsız nəticələnib. Lənkərandakı ovçular da analoji hadisə ilə qarşılaşıblar. Orada yaralanmış bəbir bir nəfərə hücum edib. Onun yoldaşı isə heyvanı güllələyib. Zərərçəkmiş yarım il ərzində aldığı yaralardan müalicə olunub.
Astarada bəbirin onun inəyini parçaladığına əmin olan bir nəfər heyvanın izi ilə gedərək ona atəş açıb. Yaralı bəbir ovçunun üzərinə hücum edib, əlbəyaxa olan kənd sakini və yırtıcı yüksək qayadan aşağı yuvarlanıblar. Bəbir qaça bilib. Astara sakini isə yüngül yaralar alaraq qurtulub. Yeri gəlmişkən, Babaxan Rəhmanov adlı həmin insan bu gün bizim təşkilatın könüllüsüdür. O, bəbirlərin mühafizəsi ilə fəal şəkildə məşğul olur.
Gördüyünüz kimi, bütün bu hallarda insidentin təqsirkarı insanlardır. Elmi ədəbiyyata görə, Azərbaycanda bəbirin insanla qarşılaşdığı və ölümlə nəticələnən son insident ötən əsrin əvvəllərində Lerikdə baş verib. Həmin vaxt yaralı bəbir ovçulardan birini öldürə bilib.
Qafqaz bəbiri özünün Afrika növündən böyük olsa da, brakonyerlərin hiyləgərliyi qarşısında tamamilə acizdir.
Hər şeydən gəlir götürmək olar
-Şübhəsiz ki, Qafqaz bəbiri Azərbaycan faunasının yaraşığıdır. Bizim meşələrdə yaşayan və mühafizəyə ehtiyacı olan daha hansı nadir heyvan növləri var?
-Belə növlər çoxdur, onların əksəriyyəti hələ 1989-cu ildə buraxılmış Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib. Təəssüf ki, bu nəşrin 2013-cü ildəki siyahısına yeni növlər də əlavə olunub. Onların arasında bezoar keçisi, muflon, dağ keçisi, vaşaq, zolaqlı çaqqal və s. var. Faunamızın bu kədərli siyahıya daxil edilən növlərindən biri də Qafqaz maralı olub. Bu növ əvvəllər Kiçik Qafqazda, Talış dağlarında və Kür sahilindəki Tuqay meşələrində geniş yayılmışdı. Kiçik Qafqazda marallar hələ XIX əsrin 80-ci illərində məhv edilib. Talış dağlarında son maralı 1922-ci ildə öldürüblər. Kür sahilindəki Tuqay meşələrində onların 10 başı Qarayazı qoruğunda saxlanılır. Göygöl qoruğunda reintroduksiya metodu ilə maralların populyasiyasını bərpa etmək mümkün olsa da, erməni təcavüzü nəticəsində bu cəbhəyanı bölgədə də maralların nəsli kəsilib.
Hazırda maralların populyasiyası yalnız Zaqatala-Balakən və Qəbələ-İsmayıllı rayonlarında qalıb. Azərbaycanda maralların ümumi sayı mini keçmir. Onların populyasiyasını mühafizə etmək üçün təşkilatımız əlindən gələn hər şeyi edir. Belə ki, Zaqatala qoruğunda patrul xidmətinin gücləndirilməsi üçün bir neçə at, avtomobil, səhra və optik cihazları və s. təqdim olunub. Lakin əlçatmaz dağlıq sahələrdə avtomobillə hərəkət etmək çətin olduğundan, meşəbəyilər piyada getməyə məcbur olurlar. Onlar tez-tez meşələrdə gecələməli olurlar. Ona görə də əsas aşırımlarda meşəbəyilər üçün bir neçə kiçik ev tikmişik.
-Azərbaycanda ceyranların sayı nə qədərdir?
-Azərbaycan faunasının daha bir xarizmatik nümayəndəsi, folklorumuzda və poeziyamızda tez-tez tərənnüm edilən ceyran ötən əsrin 60-cı illərində nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi. Köhnə ədəbi məlumatlarda bu heyvanların çoxlu sayda Cənubi Qafqazın şərq və cənub hissələrində olduğu göstərilirdi. Onların sayının sürətlə azalması tendensiyası XX əsrin 30-cu illərində avtomobil nəqliyyatının inkişafı və avtomaşınlardan, habelə təyyarələrdən ov məqsədləri üçün istifadə olunması ilə başlayıb. Bütün bunlar brakonyerlər tərəfindən bu heyvanların kütləvi şəkildə qırılması ilə nəticələnib. 1960-cı ilin iyununda hava nəqliyyatı vasitəsilə aparılmış müşahidə nəticəsində Azərbaycanda cəmi 131 baş ceyranın olduğu müəyyən edilib. Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin yaradılması sayəsində ceyranların sayı bərpa olunub və ötən əsrin 80-ci illərində 3-3,5 min baş təşkil edib. 2008-ci ildə Beynəlxalq Vəhşi Təbiət Fondu Cənubi Qafqazda ceyranların yaşadığı tarixi ərazilərin bərpası imkanlarını araşdırıb. Bu prosesə yerli və beynəlxalq təşkilatlar da cəlb olunub. Heydər Əliyev Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Beynəlxalq Vəhşi Təbiət Fondunun birgə səyləri ilə bu heyvanların 200-dən çoxu təcrid edilmiş 7 tarixi ərazidə reintroduksiya olunub. Bu ərazilər Acınohur-Sarıca və Mil düzlərində, Eldar və Qobustan yüksəkliyində, Abşeron yarımadasının Şah Dili ərazisində, Bozdağın aşağı yaylasında yaradılıb. Gürcüstanın Vaşlovan Milli Parkında və Qax təbiət yasaqlığında bu proses daha uğurla aparılıb. Bu ərazilərdə son 5-6 il ərzində daha çox ceyrandan bala əldə edilib. Son hesablamalara görə, ölkəmizdə 7-8 minə yaxın ceyran var.
-Floranın nadir növlərinin mühafizəsinə necə diqqət yetirilir? Məlumdur ki, Azərbaycanda çoxlu nadir bitki növləri var və onların əksəriyyəti digər yerlərdə rast gəlinməyən endemiklərdir.
-Tamamilə doğrudur. Bizim ölkəmizdə çoxlu müalicəvi bitkilər də mövcuddur. Floranın bu qiymətli nümunələrinin mühafizəsini səmərəli təşkil etmək üçün biz standart olmayan yolla irəliləmək və əhaliyə bu bitkilərin artırılmasından yaxşı gəlir əldə edəcəklərini izah etmək qərarına gəldik. Bu məqsədlə İsmayıllı rayonunda dərman bitkilərinin dayanıqlı istifadəsi üçün pilot layihə həyata keçirdik. Layihə çərçivəsində dərman bitkilərinin emal sexi də yaradıldı. Əhali arasında bu məsələdə maraqlı olan nümayəndələr üçün mütəxəssislər tərəfindən treninqlər təşkil olundu. Onlara bitkilərin bərpa olunma silsiləsini pozmadan necə hazırlanması, emal üsulları və s. barədə məlumat verildi. Nəticədə, əvvəllər bu bitkiləri ən yaxşı halda yanacaq kimi yandıran və ya lazımsız ot kimi biçən insanlar onların sayəsində sabit gəlir əldə etməyə başladılar.
-Cənab Əsgərov, sizcə bu gün Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ən əhəmiyyətli olan nədir?
-Hər şeydən əvvəl, düşünürəm ki, əhalinin ekoloji maarifləndirilməsinə diqqət yetirmək, onları neftlə yanaşı, ölkəmizdə olan digər sərvətlər haqqında məlumatlandırmaq lazımdır. Maraqlı olan bir cəhəti qeyd etməliyəm. Bizdə insanlar bir çox hallarda ölkəmizdə olan heyvan növlərindən çox, Afrika və ya Cənubi Amerikada olan vəhşi heyvanlar barədə daha çox məlumata malikdirlər. Bütün bunlar heyvanlar haqqında çəkilmiş çox gözəl filmlərin sayəsindədir. Bir çox soydaşlarımızın Azərbaycanda da bəbir və çaqqalların populyasiyasından xəbərdar olmaması məni heç də təəccübləndirməz. Biz də ölkəmizdəki flora və faunanın təbliği ilə ciddi məşğul olmalıyıq.
İDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın rəhbərliyi ilə Qafqaz bəbiri haqqında çəkilmiş film bu sahədə atılmış ilk addımdır. Bu cür layihələrin sayı çox olmalıdır.
Xatırladım ki, 2016-cı ildə “Nat Geo Wild” telekanalında Azərbaycan dağlarında bəbirlərin axtarılmasından bəhs edən film göstərilib. Bu filmi Cənubi Afrika Respublikasından olan fotoqraf-rejissor Adrian Steyrnin çəkiliş qrupu lentə alıb. Çəkilişlər Hirkan Milli Parkının ərazisində - ölkənin cənubundakı Talış dağlarında aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Beynəlxalq Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi Adrian Steyrn və onun çəkiliş qrupuna yardım göstərib. Bu prosesdə Talış dağları regionunun sakinləri, xüsusən yuxarıda adını çəkdiyimiz könüllü Babaxan da fəal iştirak edib.
Uzun sürən və inadcıl cəhdlərdən sonra çəkiliş qrupu bu zonada qoyulan 10 bəbir tələsində bir neçə kadrlar çəkə bilib. Mütəxəssislər çəkilən videoda iki böyük erkək bəbiri müəyyən edə biliblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın




Bizi sosial şəbəkələrdə izləyin








BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

  • 29.08.2023 [10:27]

Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq

  • 27.08.2023 [23:39]

Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb

  • 27.08.2023 [17:31]

Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür

  • 27.08.2023 [13:00]

Sabahın hava proqnozu açıqlanıb

  • 27.08.2023 [11:56]

Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb

  • 26.08.2023 [17:00]

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

  • 26.08.2023 [11:04]

Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək

  • 25.08.2023 [22:32]

Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb


  • 25.08.2023 [22:23]

Faktiki hava: Qabırrı çayından sel keçib

2024 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.



Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

0 Comments