Şahmat

EPQ2...fs1t
23 Feb 2024
30

Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdəklublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir.
Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur.
The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move. Oyunun əsas məqsədi rəqibin şahını mat etməkdir. Oyun həmçinin bərabərə də bitə bilər.
İlk şahmat turniri XIX əsrdə təşkil olunmuşdu.Bu gün şahmat turnirləri beynəlxalq səviyyədə FIDE (Beynəlxalq Şahmat Federasiyası) tərəfindən idarə olunur. Dünya tərəfindən ilk "Dünya Şahmat Çempionu" Vilhelm Steynits 1886-cı ildə bu titula iddia etmişdi. Maqnus Karlsen hazırkı Dünya çempionudur. Şahmat oyunun nəzəriyyəsi oyunun yarandığı gündən bu günə qədər çox inkişaf etmişdir. İncəsənət aspektlərinə şahmat kompozisiyasında rast gəlinir; və şahmat öz növbəsində Qərb mədəniyyətinə və incəsənətinə təsir etdi. Həmçinin riyaziyyatinformatika və psixologiya kimi digər sahələrlə əlaqələri var. İlk kompüter alimlərinin hədəflərindən biri şahmat oynayan maşın yaratmaq olmuşdu. 1997-ci ildə Deep Blue uzun müddət dünya çempionu olmuş Harri Kasparovu məğlub edərək bunu bacaran ilk kompüter olmuşdur. Günümüzdəki şahmat maşınları ən yaxşı insan oyunçularından belə əhəmiyyətli dərəcədə güclüdür və şahmat nəzəriyyəsinin inkişafına dərin təsiri var.


Şahmat qaydaları şahmatın beynəlxalq idarəetmə orqanı olan FIDE (Fédération Internationale des Échecs) tərəfindən nəşr olunmuş məlumat kitabçasında yazılmışdır.Milli idarəetmə qurumları və ya əlaqəli olmayan şahmat təşkilatları və s. tərəfindən nəşr olunan qaydalar fərqli ola bilər. "FIDE"nin qaydaları ən son 2018-ci ildə yenidən işlənmişdir.
Şahmat oyununun fiqurları ağ və qara dəstlərə bölünür. Hər dəst 16 fiqurdan ibarətdir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Dəstlər sırasıyla "Ağlar" və "Qaralar" adlanır.
Oyun 8 sütun (ağların nəzərindən soldan-sağa "a"dan "h"a qədər hərflərlə adlandırılıb) və 8 sətirdən (ağlara nəzərən 1-dən 8-ə qədər rəqəmlərlə adlandırılıb) ibarət kvadrat lövhə üzərində oynanır. 64 kiçik xana açıq və tünd rənglər olaraq bir-birini sırayla izləyir. Hər bir oyunçunun sağ əlinə ən yaxın xana açıq və ya ağ rəngdə olur (şahmat taxtasının rəng dizaynına görə dəyişir). Beləliklə hər iki oyunçunun vəzir fiquru öz rənginə uyğun kvadratda yerləşir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada)
1 oyundan ibarət olan rəsmi oyunlarda hansı oyunçunun hansı rəng ilə oynuyacağına çox vaxt təşkilatçılar qərar verir. Qeyri-rəsmi oyunlarda isə proses tamamilə təsadüfi olur. Məsələn, qəpik ataraq buna qərar verilə bilər və ya 1 nəfər ovucunun birində ağ, digərində isə qara piyada gizlədərək oyunçulara əllərini uzadırlar və oyunçular öz fiqurlarının rənglərini özləri seçir.
İlk gedişatı ağ fiqurlar edir. Daha sonra isə hər oyunçu sıra ilə sadəcə 1 gediş olmaqla(qalaqurma istisma olmaqla) fiqurları hərəkət elətdirirlər. Bir fiqur boş xananı zəbt edə bilər. Əgər gedişat etmək istənilən xana rəqib fiqur tərəfindən zəbt olunubsa həmin xananı rəqibin daşını oyundan çıxardaraq zəbt etmək mümkündür. En passant gedişi istisna olmaqla bütün fiqurlar yalnızca zəbt olunan xanalara hücum edərək ələ keçirilir.
Gediş etmək zəruridir; yəni ki, gediş etmək sizin əleyhinizə olsa belə gediş etməlisiniz. Oyunçular şahlarını daim nəzəratdə saxlamalı və rəqibin şah verəcəyi heç bir gediş etməməlidirlər.
Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir. Bəzi qaynaqlarda qeyd olunur ki, şahmatın atası hesab edilən ona bənzər ilk oyunların təxminən 4000 il bundan əvvəl Misirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin arvadı, firon Tutankhamunun qaynanası kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. Senetlə şahmatın ilk bənzərliyi hər iki stolüstü oyunun iki şəxs tərəfindən oynanılmasıdır. Digər oxşarlıq hər ikisində daşların olmasıdır, lakin unutmaq olmaz ki, daş sayında və formasında heç bir bənzərlik yoxdur. Senetdə də taxtanın səthi kvadratlardan ibarətdir, lakin kvadratların sayı 30-dur.`
Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.
Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və "Çaturanga" adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinməkdədir.
VI əsrdə İran şahı I Khusrova Hindistan padşahı tərəfindən şahmat hədiyyə edildikdən sonra oyun "çatranq" adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı "satranj" olaraq dəyişikliyə uğramışdır. 
İranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərəfindən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayılmış olan şahmat sonralar bütün Avropada sevilərək oynanılmağa başlanılmışdır.
X əsrdə şahmat bizanslılar, ruslar və vikinqlər tərəfindən oynanılmağa başlanmışdır.
Misirİraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixinin e.ə. III–II minilliklərə aid olduğunu söyləməyə imkan verir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata V əsrə aid fars poemasında təsadüf olunur. Şahmat oyunu Hindistandan İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Avropada bu oyun haqqında ilk məlumat 1010-cu ilə aiddir. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperiyasının da şahmatın inkişafında rolu az olmamışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

Nona Qaprindaşvili — (3 may 1941 doğulub, Zuqdidi, Gürcüstan SSR) – Sovet və gürcü şahmatçısı, əməkdar idman ustası (1964): qadınlar arasında beşinci dünya çempionu (1962–1978), qadınlar arasında ilk beynəlxalq Qrossmeyster (1978) və kışılər arasında beynəlxalq Qrossmeyster adına layiq görülmüş ilk qadın (1978). Beşqat SSRİ çempionu. "Şahmat Oskarı" mükafatının ilk qalibi (1982). Maya Çiburdanidze — (17 yanvar 1961, KutaisiGürcüstan) – sovet və gürcü şahmatçı, 6-cı dünya çempionu. Şahmat Olimpiadalarının doqquzqat qalibi (onlarda 5 dəfə SSRİ yığma komandası heyətində və 4 dəfə Gürcüstan komadasında). Gürcüstanın əməkdar idman ustası (1978).1991-ci ildə dünya çempionu adı uğrunda keçırılən matçda Çiburdanidze çinli şahmatçı Se Tszyunə məğlub olur. Çiburdanidze – şahmat olimpiadaları tarixinin yeganə doqquzqat qalibidir. Bu uğura o SSRi yığmasında 1978, 1980, 1982, 1984 və 1986-cı illərdə və 1992, 1994, 1996 və 2008-ci illərdə isə Gürcüstan komandasında imza atmışdır. Se Tszyun — (30 oktyabr 1970 doğulub, Pekin, Çin) – Çin şahmatçısı, yeddinci dünya çempionu. Yalnız ona və Yekaterina Bıkovaya fasilədən sonra Dünya şahmat tacını özlərinə geri qaytarmaq nəsib olmuşdu. Dünya çempionu əvvəlcə 1991-dən 1996, və yenidən 1999-dan 2001. Əməkdar məşqçi və FİDE beynəlxalq hakimi (2004). Süzen (Juja) Polqar — (19 aprel 1969 doğulub, BudapeştMacarıstan) – Macarıstan daha sonra Amerika şahmatçısı, səkkizinci dünya çempionu 1996-dan 1999 ilədək. FİDE əməkdar məşqçisi (2004). Onu Juja Polqar deyə çağırırlar: Jujanna adından qisaldıraraq – Juja. Zu Çen — (16 mart 1976 doğulub, Çin) – şahmat üzrə doqquzuncu dünya çempionu, nokaut sisteminə görə ikincidir. Antoaneta Stefanova — (19 aprel 1979 doğulub, SofiyaBolqarıstan) – Bolqarıstan şahmatçısı, şahmat üzrə onuncu dünya çempionu (2004–2006), Avropa çempionu (2002). Sürətli şahmat üzrə dünya çempionu (2012). Xu Yuhua — (29 oktyabr 1976) – Çin şahmatçısı, Qrossmeyster. 2006-cı ildə Alisa Qalliamovaya qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanır. 2000 və 2002-ci illərdə Dünya kubokunu qazanıb.n 2000, 2002 və 2004 illərdə Çin yığma komandası heyətində üçqat Olimpiya çempionu. 2009–2010-cu illərdə keçirilən Qadınlar arasında FİDE Qran-pri seriasının iştirakçısı və ikinci mərhələnin qalibi. Aleksandra Kostenyuk — (23 aprel 1984, Perm) – Rusiya şahmatçısı, Qrossmeyster (2004), şahmat üzrə onikinci dünya çempionu (sentyabr 2008-ci ildən dekabr 2010-cu ilə qədər). Avropa çempionu (2004). İsveçrə çempionu (2011). Şahmat Olimpiadasının ikiqat qalibi (2010, 2012) və Rusiya komandası heyətində (2007, 2009, 2011) komandalararası Avropa çempionatının üçqat qalibi. Sürətli şahmat üzrə dünya çempionatının vitse-çempionu (2012). Fişer Şahmatı üzrə ikiqat dünya çempionu (2006, 2008). 2001-ci ildə şahmat üzrə qadınlararası Dünya cempionatının vitse- çempionu olub. Qadınlar arasında Avropa çempionu (2004 il, DrezdenAlmaniya). 2005-ci ildə qadınlar arasında Rusiya çempionu. 2006-cı ilin avqustunda Aleksandra təsadüfi şahmatda Elizabet Petsə qalib gələrək ilk qadın dünya çempionu olur. 2008 il 18 sentyabrında Nalçikdə keçirilən turnirdə çinli Hou Yifana 2,5–1,5 hesabı ilə qalib gələrək qadınlar arasında Dünya çempionu adını qazanır. Hou Yifan — (27 fevral 1994-cü ildə doğulub, Nankin) – Çin şahmatçısı, qadınlar arasında üçqat dünya çempionu (2010, 2011, 2013), ÇXR komanda heyətində (2007, 2009, 2011) qadın komandalararası dünya çempionatlarının qalibi. Anna Uşenina — (30 avqust 1985, Xarkov) – Ukrayna şahmatçısı, Qrossmeyster (2012), qadınlar arasında Qrossmeyster (2003). 14-cü dünya çempionu (1 dekabr 2012-ci ildən 20 sentyabr 2013-cü ilə qədər). Varşavada keçirilən Ukrayna yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi (2013). Astanada keçirilən Ukrayna yığmasının heyətində komandalararası Dünya çempionatının qalibi (2013). Turində keçirilən (Ukrayna) yığmasının heyətində (Şahmat Olimpiadası) nın qalibi (2006)
Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.
Müasir dövrdə Azərbaycan dünya şahmatına Harri KasparovTeymur RəcəbovŞəhriyar MəmmədyarovVüqar HəşimovVladimir Akopyan və Emil Sutovski kimi şahmatçılar vermişdir.
FİDE-nin 2008-ci iyul ayına olan listində Azərbaycan şahmatçıları Teymur RəcəbovŞəhriyar Məmmədyarov və Vüqar Həşimov dünaynın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to murad

0 Comments