Ətir
Ətir – bu sözdə çoxlu emosiya, hiss, əhval-ruhiyyə, intizar, ümid və arzular var. Ətir insanın əhval-ruhiyyəsini ötürür, onun xasiyyəti, temperamenti, həyat tərzi, zövqləri və üstünlükləri haqqında bizə məlumat verir. Böyük Pablo Pikassonun qızı dizayner Paloma Pikasso təsadüfi olaraq deməyib ki, “ətir – şəxsiyyətin avtoqrafıdır”. “Estée Lauder” Korporasiyasının böyük vitse-prezidenti Evelin Lauder isə öz növbəsində belə hesab edirdi: “Qoxu qadın haqqında hətta onun müəyyən səbəblər və ya düşüncələrdən özü barədə deyə bilmədiyini söyləyir”. Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir. Ətrin seçimi mövzusuna çoxsaylı kitab, mümkün məqalələr, təlimlər həsr edilib! Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri valehetmənin yollarını açıqlayıb: «Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bunu göstər müəmmalı ol. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.”
»Əgər özünə əmin və hər şeydə təşəbbüs göstərməyi sevənlərdənsənsə, «eau de parfum” konsentrasiyasında olan ətirlərdən istifadə et. Çox az miqdarda istifadə et. Qoy onlar dərində parlaq və yadda qalan həyat yaşasınlar, ətrafda olan qalan qoxuları ört-basdır etməsinlər”.
İsti günlərdə „eau de toilette” konsentrasiyasında olan ətirlərdən istifadə et. Onlar səni yüngül və şəffaf rahiyəyə bürüyür, dərinin qoxusu ilə birləşir və bədənində saatlarla qalır”.
Məşhur moda evlərinin aparıcı ətriyyatçıları insanın fərdiliyini ifadə edə bilən ideal ətir kompozisiyasının yaradılması üzərində uzun illər baş sındırıblar. Böyük Koko Şanel, İv Sen-Loran, Kristian Dior, Paloma Pikasso, Jan Pol Gerlen ətir haqqında danışıb. Siyahını sonsuza qədər davam etdirmək olar. İstənilən axtarış sistemində “ətri düzgün necə seçməli” sözlərini yazmaq kifayətdir ki, istifadəçinin gözləri önünə saysız məqalələr gəlir. Lakin böyük həcmdə məlumat, ətriyyat mağazalarındakı geniş əmtəə çeşidi seçimi asanlaşdırmır, əksinə daha mürəkkəb və uzun edir. Axı yeni ətir almaq, tanımadığın adamla görüş zamanı keçirdiyin həyəcana bənzəyir. Bəzən bunun səninki olduğunu anlamaq üçün bir baxış kifayətdir, bəzən isə cazibədar görünüşün arxasında nəyin gizləndiyini açmağa bir ömür belə çatmır.
Uyğun ətir seçimi — əsl incəsənətdir. Ətir uzaqlaşdırmamalı, əksinə cəlb etməli, məftun etməli, başdan çıxarmalı, azdırmalı, tovlamalıdır. Hər qadının ona xas qoxusu olan ətri olmalıdır. Yaxınların və ya reklam çarxlarının məsləhətləri ilə ətir seçmək olmaz. Hər bir insanın ətri sırf fərdidir. O genetik olaraq proqramlaşdırılıb, bir qadının bəyəndiyi, digərinə tamamilə uyğun gəlməyə bilər. Ona görə də hər kəsin öz ətir seçimi qaydası var. Lakin müəyyən məsləhətlər də mövcuddur ki, yeni ətir alarkən onlara əməl etməyə dəyər:
Ətir seçərkən, onu hansı fəsildə istifadə edəcəyinizi unutmayın. Yadda saxlayın ki, ətirlər isti kimi, soyuqdan da qorxurlar. Rütubətli isti iqlimdə ətirlər sürətlə yayılır, ağır qoxular isə xüsusən güclənir və daha kəskin olur. Ona görə də yay ətirləri daha yüngül olmalıdırlar, daha yüngül, yaşıllıq, meyvə və su vurğulu, sitrus, meyvə və okean, çiçək qoxulu ətirlərdən istifadə etmək tövsiyə olunur.
Qışda iybilmə hissi zəifləyir, bundan başqa, quru və soyuq havada qoxular zəifləyir. Ona görə də qış dövründə daha intensiv, ağır qoxulu ətirlər almaq məsləhət görülür. İlin bu fəslində büzüşdürücü ağac-anbar qoxulu ətirlər xüsusən yaxşıdır – heç nə onlar kimi xəzin gözəlliyini qeyd etməyəcək və sizə istilik, rahatlıq hissi bəxş etməyəcək.
Ətri sutkanın hansı vaxtında istifadə edəcəyinizi yadda saxlamaq lazımdır. Səhər, biz adətən yüngül, təravətləndirici qoxuları seçirik, gündüz kəskin və enerjili ətirlərdən istifadə etmək olar, axşam üçün ədvalı və şirin incəlikləri olan parlaq, mürəkkəb qoxular yaraşar.
Həmçinin gününüzü keçirəcəyiniz vəziyyət də nəzərə alınmalıdır. Məsələn, kiçik ofisdə və ya qatarla, avtobusla və təyyarə ilə səyahət zamanı güclü, kəskin qoxuları seçmək lazım deyil. Romantik gecə üçün yetkin qadınlara ağac və anbar incəlikləri olan hissiyyatlı qoxu, qızlara isə incə meyvə-giləmeyvə ətirləri seçmək yaxşı olar.
Ətriyyatçılar təsdiq edirlər ki, qadının ən azı üç ətri olmalıdır. Biri — işdə, ikincisi — kampaniyada, gecədə və üçüncüsü — ikilikdə romantik axşamda. Bundan başqa, həyatda baş vermiş hər hansı xoş hadisəni xatırladan ruh üçün ətirlər də məsləhət görülür.
İnsanın həyat tərzi də ətir seçiminə təsir göstərir: dinamik, fəal insanlar təravətləndirici, sərinləşdirici ətirlərə üstünlük verirlər. Özünə qapanan, sakit insanlar – mürəkkəb, təkrarolunmaz Şərq qoxularından valeh olurlar.
Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almaqa tələsməyin.
Ətir seçmək üçün sonsuza qədər ümumi meyar sadalamaq olar. İnsanın yaşı, geyim üslubu, saçının, dərisinin, gözlərinin rəngi kimi zahiri görünüşü mühüm rol oynayır. Lakin əsas yadda saxlamaq lazımdır ki, ətir – ikinci dəri və insanın nəfəs aldığı havadır. Siz əhatənizdə olan atmosferlə vəhdətdə olmalısınız. Özünüzü yaxşı hiss etmədiyiniz ətir, sizin ümumi simanıza təsir göstərir. Ona görə yox ki, ondan istifadə etməklə, siz özünüzə inamı itirirsiniz, həm də ona görə ki, bununla fərdi auranız dağılır.
Ətirlərdə nota nə deməkdir? Nota sözünü tez-tez eşidirsiniz ancaq nə mənanı verdiyini bilirsinizmi? Odunsal, Çiçəksəl, deyərkən çaşbaş qalırsınız? Ətrinizi daha yaxından tanımağınıza kömək edəcək ipuclarını diqqətinizə çatdırırıq.
Ətrin qoxusunu yayma mərhələlərinə nota deyilir. Hər ətir üst nota, orta nota (ürək notası) və alt nota (dib nota) olaraq adlandırılan üç qoxu yayma mərhələsindən meydana gəlir.
Üst notalar ətir sıxıldığında alınan ilk qoxudur və 10-20 dəqiqə içində itər.
Orta notalar, ətrin xarakterini təyin edən qisimdir. Ətrin dəriyə yerləşməsiylə diqqətə çarpar və 3-6 saat arası dəridə qalar.
Alt notalar, ətrin gerçək şəxsiyyətini və qalıcılığını təyin edən qisimdir. Qoxunun dəri üzərindəki ömrü ona bağlıdır.
Bir də ətir ailələri var: odunsal, çiçəksəl, meyvəli və s. Bəzi ətirlər iki xüsusiyyəti eyni anda daşıya bilir, həm çiçəkli həm də meyvəli kimi...
Odunsal
Odunsu ətirlərin içində sidr ağacı, qayıq ağacı və paçuli kimi notalara rast gələ bilərsiniz. Meşə əsintisini bədəninizə daşıyarlar. Odunsu ətirlərə verilə biləcək ən yaxşı nümunələrdən biri Elizabeth Ardanın Mediterranean ətiridir.
Oriyental
Təməl məzmunları müşk, amber, vanil və egzotik bitkilərdir. Oriyental ətir deyincə ağla ilk gələnlərdən biri olan Diorun əfsanə Midnight Poisonu ən gözəl oryantal ətirlərdən biridir.
Çiçəksəl
Gül, yasəmən, jasmin kimi ağılınıza gələ biləcək hər cür çiçək özünü ehtiva edərlər. Şirin və yumşaq bir qoxuları vardır. Estee Lauder Pleasures və Flora by Gucci ən sevilən bu növ ətirlərdəndir.
Meyvəli
Bergamut, limon, naringi, şirin portağal, qırmızı meyvələr və notaları ehtiva edən bu ətirlər yüngül olduqları üçün sevilirlər. DKNY Be Delicious və Prada Infusion da Fleur d'Oranger bu tip meyvəli ətirlərdəndir.