Şirniyyat bayramı
Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən – Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak edib. İdman kompleksinin həyətində düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib.
Festivalın rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirilib ki, böyük inkişaf yolu keçən Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib.
Mərasimdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, iştirakçı ölkələrin təmsilçiləri çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü təbliğ etdiyini xüsusi vurğulayıblar.
Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar.
İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar.
İkinçi yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar.

Şirniyyat sexləri arasında isə Şəkinin “Ələhməd şirniyyat evi” birinci yerə layiq görülüb.
Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.
Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Beləliklə, qədim Şəki şəhərində daha bir beynəlxalq festival uğurla başa çatıb.