Sarımsaq

EPQ2...fs1t
19 Feb 2024
36

Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir. Bunlardan ən mühümü "dusulfid" adlanan kükürdlü üzvü birləşmələrdir. Sarımsağın tərkibində olan efir yağında kükürd olduğu üçün, onun iyi çox kəskindir və yandırıcıdır.
Xalq təbabətində sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir. Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq yeyirlər. Sarımsaqdan çəkilmiş spirtdən xroniki mədə katarı, mədənin həzm etmə zəifliyi, qarın köpü zamanı, eləcə də xroniki amyoblu ishalı müalicə etmək üçün istifadə olunur. Bundan başqa, sarımsaq yoğun bağırsaq xəstəliyi zamanı da işlədilir. Sarımsaq suyundan şəkər diabeti xəstəliyinə tutulanlara vermək də faydalıdır. Zaqatala rayonunda qabığı soyulmuş "sarımsaq bəkməzi" bişirilir. Həmin bəkməz hipertoniya xəstəliyinə tutulmuş adam üçün ən yaxşı müalicə vasitəsidir.
Yabanı halda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun (Pəzməri), Şahbuz rayonunun (Dərəyeri) və Kəngərli rayonunun (Çalxanqala) ərazilərində yayılmışdır. Çoxillik soğanaqlı ot bitkisi olub, spesifik kəskin iylidir. Soğanaqları “dişcik”lərdən ibarət, qabığı dəricikli, ağ və ya yasəməni, pərdəli, zarlı örtüklə əhatə olunmuşdur. Gövdəsi düzqalxan, hündürlüyü 70 sm, aşağı hissəsinin yarpaqları qınlıdır. Gövdəsi son dərəcə yastılaşmış qınlıdır. Yarpaqlarının aşağı hissələri dəbəlik şişkinlikli, zirvəsində çətirəbənzər xırdaçiçəkli çiçəkqrupu, dövrələnmiş təkyarpaqlı, çiçəklənmiş örtüklü, uzun dimdiklı olub, lüləklidir. Çiçəkləri xırda, uzunsaplaqlı, çiçək yatağı 6-yarpaqlı tacvari olub, tutqun-ağımtıl və ya tutqun-göyümtül rəngli, 6-erkəkcikli və yuxarı yumurtalıqlıdır. Meyvəsi qutucuqdur. İyul-avqust ayında çiçəkləyir, payızda soğanaq əmələ gətirir. İyul-avqust aylarında çiçəkləyir, şəraitdən asılı olaraq müxtəlif vaxtlarda meyvələri yetişir.
Sarımsağın vətəni Azərbaycan (Naxçıvan MR) hesab olunur. Bir neçə min il bundan əvvəl sarımsaq əksər dünya ölkələrində becərilməyə başlanılmışdır. Sarımsaq populyar bostan bitkisi hesab olunur. Soğanaqları payızda topanılır.
Soğanaqlarının kəskin xarakterli iyi və yandırıcı dadı vardır. Tərkibindəki uçucu maddələr göz və burunun selikli qişasını qıcıqlandırır.
Tərkibində fitonsidlər, efir yağı (0,4%), kükürd birləşmələri olan “disulfidlər” tiosianat allin, fitosterin, azotlu birləşmələr, askorbin turşusu, B qrup vitaminlər, selen konsentratı və digər bioloji aktiv maddələr vardır. Alliçin vacib bioloji aktiv komponent olub, allinə çevrilir.
Orqanizmdə şirəqovucu, antiseptik, öskürəkkəsici və ümumtonuslandırıcı dərmandır.
Sarımsaq iştaha artırmaqla, mədə-bağırsaq sistemində ferment ifrazını gücləndirir, qidanın həzm edilməsinə güclü təsir edir. Tərkibindəki efir maddələr bakterisid təsir etməklə, dezinfeksiyaedici əhəmiyylətlidir. Son zamanlar aşkar edilmişdir ki, bu preparat qanda xolesterinin miqdarını aşağı salır, yüksək konsentrasiyalı lipidlərin miqdarını azaldır. Hipotenziv, hipolipidemik, hipoxolisterinemik və ümumtonuslandırıcı dərmandır. 90% etil spirtli sarımsaq ekstraktı (1:5) nisbətində olur.
Alisat. Alisat-150, Alisat-super, Alisat-ekstra, kapsulu. Antiaterosklerotik, antiaqreqant, fibrinolitik və hipotenziv maddədir.
Allikor. Allikor-150 həb, Allikor-ekstra kapsul. Antiaterosklerotik, antiaqreqant, fibrinolitik və hipotenziv maddədir.
Allitera. Kapsul (sarımsaq yağı ilə iki illik eşşəkqulağı bitkisinin yağı (1:1).
Ümumtonuslandırıcı, antiaqreqant, hipotenziv, iltihabəleyhinə və immunstimullaşdırıcı maddədir. 
Revaytl, sarımsaq incisi, kapsul. Ümummöhkəmləndirici, hipoxolisterinemik və hipolipidemik maddədir.
Kvay (sarımsaq tozu). Ümummöhkəmləndirici, antiaterosklerotik və hipolipidemik maddədir.
Aterosklerozun müalicə və profilaktikasında, postinsult və postinfarkt vəziyyətində, soyuqdəymə və infeksion xəstəliklərinin müalicəsində təyin edilir.
Alloxol (sarımsağın quru ekstraktı) həb. Ödqovucu və mədə-bağırsaqda həzmedici maddədir.
Ekstraktı yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərində (bronxit, traxeit) kompleks terapiyanın tərkibinə daxil olmaqla, bağırsaq atoniyasında da işlədilir. Başlıca olaraq tozu və yağı arterial hipertenziya, ateroskleroz, hiperlipidemiya və orqanizmin soyuqdəymə xəstəliklərinə qarşı rezistentlik qabiliyyətinin artırılmasında istifadə edilir. Soğanağının qatı ekstraktından – kompleks preparat olan “Alloxol” hazırlanır ki, bundan da effektli ödqovucu dərman kimi xolesisitit, hepatit, xolangit və digər qaraciyər-öd xəstəliklərində həzmedici və qəbizlik əleyhinə dərman kimi istifadə edilir. Xalq təbabətində soğanağı kəskin respirator infeksiyalarda əvəzedilməzdir. Böyrək xəstəliklərində parenximanı qıcıqlandırdığından əks göstəriş sayılır.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to murad

2 Comments