Məhəmməd Əmin Rəsulzadə

8quM...2m9N
13 Feb 2024
40

Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri.

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il, yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-03). Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yaymışdır. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir. Bu dövrdə mətbuatda ("Şərqi-Rus", "Hümmət", "Təkamül" və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdyi milli qırğın siyasətini kəskin tənqid edirdi.




1905-07-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" ("türk qanlı, islam imanlı, Avropa qiyafətli") məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşma­sına güclü təsir göstərmişdir. 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırmışdır.


1905-07-ci illər inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə Rəsulzadə İrana mühacirət etdi. Rəsulzadə 1908-11-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-11-ci illər). Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilmişdir.


İran inqilabı yatırıldıqdan (1911) sonra Rəsulzadə S.H.Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət etmişdir. Burada çar Rusiyasının təqiblərindən qurtularaq Türkiyəyə sığınmış Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq etmiş, "Türk ocağı" təşkilatına daxil olmuş, "Türk yurdu" jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş məqalələrində onların milli-siyasi hüquqlannı müdafiə etmişdir. Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi"nə ("Milli Birlik fəlsəfəsi"nə) yiyələnir, onu farscadan türkcəyə çevirib "Türk yurdu"nda çap etdirir.


Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Bakıya dönür, "Müsavat" partiyasının rəhbərliyinə keçir ("Müsəlman Demokratik Partiyası" "Müsavat" 1911-ci ilin oktyabrında, Rəsulzadə hələ Türkiyədə mühacirətdə olduğu zaman, Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən yaradılmışdı) və milli azadlıq mübarizəsində daha fəal iştirak edir. 1915-ci ildə "Açıq söz " qəzetini nəşr edir. Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, "Dirilik" (1914-16-ci illər) jurnalında "Milli dirilik" başlığı ilə silsilə məqalələr dərc etdirir, millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli istiqlal ideyalarını geniş təbliğ edir. Onun rəhbərlik etdiyi "Müsavat" partiyası milli azadlıq mübarizəsinin önünə keçir. Rusiyada Fevral inqilabının (1917-ci il) qələbəsindən sonra milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada "Milli-məhəlli (ərazi) muxtariyyət" verilməsi uğrunda mübarizə apanr.


Dirilik" (1914-16-ci illər) jurnalında "Milli dirilik" başlığı ilə silsilə məqalələr dərc etdirir, millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli istiqlal ideyalarını geniş təbliğ edir. Onun rəhbərlik etdiyi "Müsavat" partiyası milli azadlıq mübarizəsinin önünə keçir. Rusiyada Fevral inqilabının (1917-ci il) qələbəsindən sonra milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada "Milli-məhəlli (ərazi) muxtariyyət" verilməsi uğrunda mübarizə apanr. Qafqaz müsəlmanlarının Bakı (1917-ci il, aprel) və Rusiya müsəlmanlannın Moskva (1917-ci il, may) qurultaylarında öz mövqeyini uğurla müdafiə edir. Moskva qurultayında onun Azərbaycan dilində etdiyi çıxışda irəli sürülən "Milli-məhəlli (ərazi) muxtariyyət" proqramı Əhməd Salikovun "milli-mədəni muxtariyyət" proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olunur.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to eserifov

0 Comments