Titanik Gəmisi

8quM...2m9N
17 Jan 2024
39

İnsanın bitmək bilməyən əzminin nəticəsi olan "Titanik" gəmisi, 10 aprel 1912-ci ildə Britanyada Southampton limanından hərəkət etdi. Birinci yolçuluğunda 2224 adam gəminin ilk səfərini qaçırmamışdı. Dövrünün buxarlı gəmi sistemi ilə müqayisə ediləndə "Titanik" tam bir yenilik idi.
O, öz dövrünün ən böyük transatlantik sərnişin gəmisi idi. İstehsalçısı "White Star Line" şirkəti idi. Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.
Ümumi uzunluğu 7 km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, hovuzlar, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəminin ilk səfərində birinci sinif sərnişinlər 329, ikinci sinif 272, üçüncü sinif 710 nəfər id


Birinci dərəcəli sərnişinlər üçün nəzərdə tutulmuş yemək zalı hündürlüyünə görə 3 mərtəbəni əhatə edirdi. Gəminin daxilində rəqs zalları, üzgüçülük hovuzları, teatr, və s. zallar var idi. Geniş dəhlizlər lap saray otaqlarına oxşayırdı. Enli pillələr palıd və qoz ağacından, pilləkənlərin baş tərəfindəki heykəllərin hamısı gümüş və bürüncdən düzəldilmişdi.
Gəmidə hətta, tennis, qolf oynamaq üçün yerlər, xüsusi türk hamamları var idi. Lüks kayutlardan başqa, "Titanik"də 2 superlüks guşə hazırlanmışdı. Onların hər birində qonaq, yataq, vanna, qarderob otaqlarından başqa gəzinti üçün bağ da var idi. Şirkəti gəmini hər cür lazımi əşyalarla və yemək-içməklə təmin etmişdi. Birinci reysə götürülən azuqə Bakı boyda şəhəri bir ay təmin etməyə kifayət edərdi. Gəmidəki sərnişin ordusuna 897 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət edirdi.


Ümumiyyətlə, o dövrün bütün gəmilərinin alt qisimləri boş olurdu, dənizdə alınan bir zərbədə bu boşluq bir anda su ilə dolurdu. Amma "Titanik"də vəziyyət fərqli idi. Yeni dizaynçılar gəminin alt qismini boş buraxmaq əvəzinə oraya müəyyən bölmələr yerləşdirdilər.
Bu bölmələr fövqəladə vəziyyətdə həyəcan siqnalları vasitəsi rolunu oynamalı idi və kapitan köşkünə xəbərdarlıq etməli idi. Köşkdən isə cihazlarla bölmələrin qapaqları anında bağlana bilinirdi. Bu vəziyyətdə gəminin alt qatına su dolsa, üst qatdan edilən hər hansı bir müdaxilə nəticəsində suyun digər bölmələrə yayılmasına maneə törədirdi.



Bütün gövdə ikiqat divarlarla əhatələnmişdi. Əgər birinci qat deşilsə, su ikinci qatı keçə bilməzdi. Korpus isə eninə arakəsmələrlə 16 hissəyə bölünmüşdü. Buna görə də xilasetmə qayıqları sərnişinlərin üçdə birinə hesablanmışdı.
2224 sərnişinə cəmi 22 xilasetmə qayığı
Amma bütün bunlarla yanaşı… "Titanik" özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, "Titanik"də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik bir sükan idarə edirdi, təbii olaraq bu da belə böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.


Hələ reysə çıxmazdan əvvəl gəmini "milyonçuların ekspresi" adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar — neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar.
Ömər Xəyyamın "Rübai" manuskripti, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işləri də onların arasında idi. "Titanik"də daşınan yükün dəqiq sənədləşdirilməsi aparılmışdı. Gəminin seyflərində indiki qiymətlərlə 300 milyon dollarlıq daş-qaş var idi.
"Titanik"in sərnişinləri 3 qrupa bölünmüşdü. Birinci sinfə kübar elita nümayəndələri olan zəngin adamlar, ikinci sinfə müəllimlər, həkimlər, zabitlər, və s. daxil idi. 3-cü sinif isə Amerikaya xoşbəxtlik ardınca gedən imkansız sərnişinlərdən ibarət idi. Sərnişinlər arasında dünyanın ən varlı adamlarından olan 57 milyonçu var idi.
Onların içində kapitalı 150 milyon dollardan artıq olan amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Onun 20 "Titanik" almağa imkanı var idi. Həmçinin metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-ın tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və başqaları da burada idi.
Təhlükə yaxınlaşır
1912-ci il aprelin 10-u. Dünyanın ən nəhəng okean layneri "Titanik" Sautqemptondan çıxıb, transatlantik səfərin son dayanacağı Nyu-Yorka istiqamət götürməkdə, təxminən eyni saatlarda isə dünyanın ən böyük adası Qrenlandiyanın qərb sahillərindən nəhəng buz dağı-aysberq qoparaq, cənuba tərəf hərəkət etməkdəydi...


Titanik" yalnız 2 saat davam gətirə bildi və sonra ortadan iki yerə ayrıldı. Gəmidə qalanlar özlərini okeanın soyuq sularına atdılar. Okeanın qaranlıq səması altındakı soyuq suda sarsıdıcı bir mənzərə yaranmışdı. Nəhayət, gecə saat 1 radələrində dünyanın ən nəhəng okean layneri, "Batmayan Gəmi" adlandırılan "Titanik" yüzlərlə sərnişini ilə birlikdə okeanın dibinə qərq oldu.
Atlantik Okeanının soyuq suları üzərinə səpələnmiş yüzlərlə insan isə hələ də ölümlə çarpışmaqda idi. Bu, yaşamaq uğrunda aparılan son savaş idi və bu savaşdan çox az adam qalib çıxdı. Səhər saat 9:30-da "Karpatiya" gəmisi qəza yerinə çatdı və bu müdhiş faciənin şahidləri olan 711 sərnişini götürərək, Nyu-Yorka çatdırdı.
Ölənlərin və xilas olanların siyahısına baxanda aydın olur ki, hətta ölüm ayağında da varlı-kasıb seçilib. 1-ci sinif sərnişinlərdən 60,8 %-i, 2-ci sinifdən 43,8 %-i, 3-cü sinifdən 24,5 %-i xilas olub. Sərnişinlərin təhlükənin ciddiliyindən xəbərdar olmadıqları vaxtda, kapitan Smit şəxsən özü Con Astorun kabinetinə gedərək, gəminin aqibəti barədə ona məlumat verib.
Yeri gəlmişkən, Con Astorun başı əzilmiş cəsədi dənizdən tapılanda, onu cibindəki 4000 dollara və barmağındakı brilyant üzüyə görə tanıdılar. Həmin üzüyün qiyməti 120 min dollar idi...
Bəşəriyyət dəniz ilahəsi Neptuna hər il 200 min insan qurban verir. Okean və dənizlərin dibində 1 milyona qədər gəmi dəfn olunub. Dənizçilərin dili ilə desək, dəniz batmayan gəmiləri sevmir.
Bu gün "Titanik" Atlantik okeanının 4 km dərinliyində əbədi uyumaqdadır. Uzun müddət onun qalıqlarını tapmaq mümkün olmadı. Texnikanın o vaxtkı səviyyəsi buna imkan vermirdi.
Xeyli axtarışlardan sonra, nəhayət, 1985-ci il sentyabrın 1-də Nyufaundlend adasından 640 km məsafədə okeanın 3750 m dərinliyində axtarışlar aparan robot üstü torpaqla örtülmüş metal parçalarının mənzərəsini yuxarı ötürdü. Sualtı mini-robot gəminin içinə daxil olaraq, orada yüzlərlə şəkil çəkdi.
Gəmidən ümumilikdə 1412 əşya çıxarıldı. Onlardan bəziləri sahiblərinə qaytarıldı, bəziləri isə auksionda baha qiymətə satıldı. Bu əşyaların bir hissəsi isə indiyədək muzeydə saxlanır.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to eserifov

2 Comments