Balinalar
Balina haqqinda melumat saytımızda qeyd olunur. Bu nəhəng canlılar ilə sizi tanış edəcəyik. Təəssüf ki, Azərbaycanda rast gəlinmədiyi üçün canlı olaraq görmək şansımız yoxdur. Lakin sizə təqdim edəcəyimiz balina haqqinda melumat ilə qiyabi də olsa bu canlılarla tanış ola biləcəksiniz. Tehsil.com-da müxtəlif canlılar haqqında geniş şəkildə məqalələr təqdim olunur. Gəlin balinaları yaxından tanıyaq.
Balinalar balina ailəsini təşkil edən məməlilər sinfinin dəniz heyvanlarıdır. Yunan dilindən latın dilinə tərcümə olunan cetus (balina) sözü “böyük dəniz heyvanı” deməkdir. Onlar uzunluğu 25-30 metr, çəkisi 150 ton olan ən böyük dəniz canlılarıdır. Sudakı üzmə qabiliyyəti sayəsində ağır bədənlərini daşıya bilirlər. Balinalar suda yaşasalar da, malik olduqları bir çox xüsusiyyətə görə məməlilər sinfindədirlər. Balıq kimi yumurta qoyub çoxalmırlar, balalarını dünyaya gətirən, onlara süd verən canlılardır. Yəni onlar bala doğurlar.
50 milyon il suda yaşamaq üçün təkamül keçirən balinalar ən böyük dəniz canlılarıdır. Suda yaşasalar da, məməlilər sinfinə aid olan balinaların ən maraqlı xüsusiyyəti ağciyər tənəffüsüdür. Balinaların avarları və ekipajı ilə birlikdə qayığı tamamilə udmaq üçün kifayət qədər böyük bir ağzı var.
Həm də 300 mal-qara və ya 60 fili sığdıracaq qədər böyük bir mədəyə malikdir. Dişli balinaların ov tutmaq üçün yuxarı və alt çənələrində dişləri var. Dişsiz və ya çubuqlu balinalarda diş yerinə, 400-ə çatan, ağızın içini balıq toru kimi hörən “fanon” adlı çubuqvari quruluşlar var.