Sasanilər imperiyası
Tarixi[redaktə | mənbəni redaktə et]
224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi. Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (241–272) arasında Mesopotomiya və Ermənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi. I Şapur Qafqazda, Şərqdə, Orta Asiyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişdi. Lakin Şapurdan sonra artan daxili mübarizələr Sasanilər dövlətini xeyli zəiflətdi. Bunun nəticəsində Roma imperatoru Kar ilə mübarizədə məğlub olaraq 283-cü ildə müqavilə bağlandı. Erməni çarlığı Sasanilərin təsirindən çıxdı. IV əsrdə Qafqaz Albaniyası, Mesopotomiya, Ermənistanın yarısı Sasani imperiyasının tərkibinə daxil edildi.
İnzibati bölmələri[redaktə | mənbəni redaktə et]
Azərbaycan sərhədləri Sasanılər dövründə[6]
Sasanilər zamanı Azərbaycanda önəmli dəyişikliklər üz verir. Xosrov Ənuşirəvan (səltənət 531–578 M.S)[7] (bəzi qaynaqlarda Qubad şahın zamanından[8]) İranı dörd yerə bölüb, dörd "sepəhbod"a tapşırır. Bu bölümlər "Kust" adlanırlar. İranın kostları bunlardan ibarətidilər:
1) kust ī xwarāsān "quzey doğu kustu (Xorasan) kustu" 2)xwarwarān "güney batı kustu" 3)kust ī nēmrōz "güney doğu kustu" 4)kust ī ādūrbādagān "quzey batı kostu"[6]
Şirvan və Aran hər ikisi ādūrbādagān kustunda yerləşirdilər və bunların şahları ādūrbādagān sepəhboduna tabidirlər. ādūrbādagān sepəhbodu iranın ən güclü sepəhboduidi. Hər üç sepəhbod təkcə gümüş bir təxtdə oturmağa icazələri varidi vəli ādūrbādagān sepəhbodu qızıl təxtdə əyləşirdi.[7]
Adūrbādagān kustunun şəhristanları (pəhləvi dilində şəhristan=şəhər) İranın şəhristanları[9] kitabında belədir:
> Azərbaycan kustu< 56- Azərbaycan şəhristanın Azərbaycanın sepəhbodu İran goşnəsb tikibdir.
57- Van şəhristanı Van Goləxş (Bəlaş) ın qızı ki Jeyqobqdnan izdivac edib tikib, nə Tur bəradərvəş kərəb sehrlə oranı Ərvəndəsb (Ərcasb) deji kimi əvəzləyib, öz canın qorumaq üçün.
58- Azərbaycan kustunda Gəncə (Gənzək-Şiz) şəhristanın Turanlı Əfrasyab (Alpərtunqa) tikib.
59- Amvi şəhristanın (Amol) Zəndiq-e por mərg (Ölü dolumlu zəndiq) tikib.
60- Rey şəhristanı ….. və Zərdüşt sepitaman oölu bu şəhristandan idi.
61- Bəğdad şəhristanın Əbu cəfər ki ona əbu dəvaniq (kafirlərin dədəsi) deyirlər tikdi.[6][10][11]
Azərbaycan Sasanilər dövründə[redaktə | mənbəni redaktə et]
Azərbaycan sərhədləri Sasanilər dövründə[6][10][11]
Albaniya 262-ci ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Albaniya dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənurşirəvanın dövründə Albaniya, Atropatena və İberiya sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd Hun qapıları və ya Dəmir qapı adlanırdı. Paytakaran Mil-Muğanı, Dağlıq Qarabağ isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.
III–V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək əsir aldı. 359-cu ildə Sasanilər Amid döyüşündə Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. 371-ci ildə Roma ilə Sasanilər arasında Dzirav döyüşü baş verdi. Bu döyüşdə alban hökmdarı Urnayr Sasanilər tərəfindən vuruşurdu. Bu döyüşdə Roma və erməni qüvvələri qalib gəldi.[12]
Süqutu[redaktə | mənbəni redaktə et]
Sasani hökmdarı III Yəzdigərd İsfahandan imperiyanın hər tərəfinə məktublar göndərərək xalqını qurtuluş savaşına çağırırdı. İmperiyanın müxtəlif bölgələrində artıq hərbi birləşmələr yaradılırdı. Bu xəbərləri eşidən Xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu topladı və bu ordunun başına Neman ibn Muqərrini təyin etdi. Sasani ordusuna isə məşhur sərkərdə Mərdanşah Hörmüz başçılıq edirdi.
Numani yazır: "642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında 3 gün davam edən misli görünməmiş qanlı döyüş başladı. Bu döyüşdə qan su yerinə axırdı. O dərəcədə ki, insanlar və atlar döyüş meydanındakı qan selindən ayaq üstə dayana bilmir, sürüşüb yıxılırdılar. Sayca xeyli üstün olan ərəb ordusunun qələbəsi ilə bitən döyüşdə 50 mindən artıq döyüşçü həlak oldu…"
Xilafət ordusu baş komandan Neman ibn Muqərrin də başda olmaqla 20 minədək şəhid vermişdi. 30 minədək Sasani döyüşçüsü məhv edilmişdi.
Numani yazır ki, Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və nəhəng imperiya sürətlə yıxılmağa başladı. Arranlılar qalalara qapanaraq müqavimət göstərməyə başladılar.
Zərrinkubun yazdığına görə, xilafət tarixində Nəhavənd döyüşü "zəfərlər zəfəri" adlandırılmışdı. Belə ki, bu döyüşdən sonra ərəblər qədim və zəngin imperiyanı zəbt etmişdilər. Ömər ibn Xəttab III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün ərəb ordusuna Arranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdigərdə kömək etməkdən çəkindirməyi əmr etmişdi.
Nəhavənd döyüşündən sonra Ömər ibn Xəttab sərkərdə Huzeyfə ibn-ul-Yəmana Azərbaycan üzərinə hərbi yürüşə çıxmağı əmr etdi. Nəhavənddən hərbi yürüşə başlayan Huzeyfə ibn-ul-Yəman Azərbaycanın cənub-şərqində yerləşən Ərdəbil şəhəri ətrafına gəldi. O dövrdə Ərdəbil Cənubi Azərbaycanın əsas mərkəzi idi. Belə ki, Sasani canişini bu şəhərdə yaşayırdı. Canişin Bacərvan, Şiz, Miyanəc və s. şəhərlərdən topladığı ordu ilə Huzeyfə ibn-ul-Yəmanın ordusunu qarşıladı. Ərdəbil yaxınlığında baş vermiş müharibə müsəlmanların qələbəsi ilə başa çatdı.
Xilafət ordusu Ərdəbildən Xəzər boyunca şimala doğru hərəkət edərək Muğana gəldi, Azərbaycanın şimalında daha ciddi müqavimətə rast gələn ərəblər sonda yerli əhali ilə saziş bağladı.
Tezliklə xilafət ordusu İsfahana yaxınlaşdı. İsfahan hakimi Fədusfan xalqı qırğına verməmək üçün qaladan çıxıb ərəb komandanı Abdullah ibn Abdullah əl-Ənsari ilə saziş bağlayaraq İsfahanı düşmənə təslim etdi. Sazişə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlmanlara veriləcəkdi.
Həmədan şəhərinin əhalisi az sonra üsyan qaldırdılar. Xəlifə Ömər Nueym ibn Muqərrinə məktub yazaraq öz ordusu ilə Həmədana getməyi əmr etdi. Nueym 12 minlik ordu ilə Həmədana yürüş etdi. Yenidən sülh müqaviləsi bağlandı.
Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycanın digər cənub əyalətlərinin əhalisi ərəblərlə vuruşmaq üçün öz qüvvələrini birləşdirərək savaşa hazırlaşırdılar. Azərbaycan ordusuna İsfəndiyar Fərruxzad komandanlıq edirdi. Həmin vaxt bizanslılar da Azərbaycana köməyə gəlmişdilər.
643-cü ildə Vaci Ruz adlı yerdə türk və ərəb orduları qarşılaşdılar. Şiddətli vuruşma baş verdi və döyüş xilafət ordusunun qələbəsi ilə bitdi. Vaci Ruz döyüşündən sonra Ömər ibn Xəttabın əmri ilə Nueym ibn Muqərrin Rey şəhərini mühasirəyə alaraq zəbt etdi.[13]
III Yəzdigərdi təqib etməyə çalışan ərəblər onun yerləşdiyi şəhərləri zəbt etməyə cəhd edirdilər. Həmədan və Reyin işğalından sonra Sasani şahının şimala gedərək Xəzər xaqanının yanında sığınacaq tapma ehtimalı da aradan qalxmışdı.
642–644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin işğalı ilə qədim və zəngin Arran ölkəsi demək olar ki, tamamilə xəlifənin əlinə keçmiş, beləcə möhtəşəm Sasani imperiyası da tarix səhnəsindən silinib getmişdi[mənbə göstərin] (mənbə- Kitapçı).
Ümumiyyətlə, Ömər ibn Xəttabın xəlifəlik müddəti xilafət tarixinin ən çox istilalarla yadda qalan dövrüdür. Belə ki, İraq, Suriya, İordaniya, Misir, Gürcüstan, Arran və Azərbaycan, həmçinin Şimali Afrikadakı məmləkətlər məhz onun dövründə işğal edilərək ərəb dövlətinin ərazisinə daxil edildi.
639-cu ildə xəlifə Ömərin əmri ilə Utbə ibn Fərqəd Fərat çayı boyunca şimal istiqamətində hərəkətə keçərək çayın qərb və şərq sahillərini və Mosul şəhərini ələ keçirmişdi. Oradan şimal-şərqə istiqamət alan Utbə ibn Fərqəd Azərbaycanın daha iç ərazilərinə daxil olmuş və Urmiya şəhərini zəbt etmişdi. Urmiya gölünün qərb sahili ilə şimala irəliləyən İslam ordusu Səlmas və Xoy şəhərlərini də ələ keçirmişdi.[14]
Hələ 639-cu ildə Ömər ibn Xəttab Sasani əsgərlərinin harada olursa olsun təqib olunması və qətlə yetirilməsi haqqında ərəb sərkərdələrinə fərmanlar göndərmişdi. Bu əmrlərə əsasən Kufə və ətrafında yerləşən ordu hissələri İsfahan və Rey istiqamətində hücuma keçmişdilər.[15]
Tarixi[redaktə | mənbəni redaktə et]
632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb fəthləri genişləndi. Ərəblərin hərbi fəthlərinin uğurlarına səbəb olan amillər içərisində Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər iki tərəfin zəifləməsi, ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayının çoxluğu, əsasən də Bizans və İran əhalisinin ağır vergilərdən azad olmaq üçün daha ədalətli dövlətçilik və sosial siyasət yürüdən müsəlmanlara xilaskar kimi baxaraq, onların tərəfinə keçməsi tarixçilərin diqqətindən yayınmamışdır.
Xəlifə Əbu Bəkr (632–634), Ömər (634–644), Osman (644–656) dövründə fütuhat müharibələri genişləndi. Birinci xəlifə və Məhəmməd peyğəmbərin varisi Əbu-Bəkrin dövründə Suriya və İranın fəthinə başlandı. Ömər Suriya, İraq və Misiriin fəthini başa çatdırdı. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 636-cı ildə Kadisiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 639-cu ildə Əmir ibn Asınrəhbərlik etdiyi ərəb qoşunu Misirə hücum etdilər 640-cı ilin yanvarında Pelusiya Fərama şəhəri və Fəyyum vadisi işğal edildi.642-ci ildə Misirin işğalı başa çatdırıldı.Xəlifə Ömərin dövründə islam dini İrana, Suriyaya, Misirə və Liviyanın tarixi vilayəti Benqaziyə yayıldı. Ömərin vaxtında təşəkkül tapmağa başlamış ərəb müsəlman imperiyasının bütün əsas inzibati-hüquqi təsisatları və ilk növbədə onun vergi-rüsum sistemi müəyyənləşdirilərək qanuniləşdirilmişdir. 638-ci ildə Qüds ilhaq edilərək müsəlman şəhərinə çevrildi. 642-ci ildə Nahavənd vuruşmasında müsəlmanlar Sasani imperiyasını çətin vəziyyətə saldılar. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı.644-645-ci illər arası Bəlucistanı işğal edərək oradan Hindistana keçdilər[7].Mədain (Ktesefon) 651-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.
Ərəb xilafətinin II dövrü 661–750-ci illəri əhatə edir. 661-ci ildə IV Raşidi xəlifəsi Əli ibn Əbu Talib Kufədə namaz qılarkən xəvaricilər tərəfindən öldürüldü. Daha sonra hakimiyyətə onun oğlu Həsən gəldi. Bir neçə səbəbə görə Həsən ibn Əli çox keçməmiş hakimiyyəti Müaviyə ibn əbu-Sufyana təhfil verdi. Bundan sonra xilafət idarə üsulunda seçki sistemi atadan oğula varislik sisteminə dəyişdi və Müaviyə hakimiyyətə oğlu I Yezid varis təyin etdi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.
Əməvilər xilafəti[redaktə | mənbəni redaktə et]
Əməvilər dövründə müsəlman fəthləri daha da genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı.
Ərəb xilafətinin ərazisi əmirliklərdən (vilayətlərdən) ibarət idi. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu.
Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri:
- Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər.
- Özlərinə burada etnik dayaq yaradırdılar.
Abbasilər xilafəti[redaktə | mənbəni redaktə et]
Ərəb xilafətinin Abbasilər dövrü 750–1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Artıq IX əsrin ortalarında Bağdad 4 min hektar sahəni əhatə edirdi, dünyanın ən böyük şəhəri idi. Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah tikildi və bu iqamətgah Samirə adlandı. Xilafətdə ticarət çox inkişaf etmişdi. Təkcə Dəməşqdə 40 bazar var idi. Bura Xilafətin ticarət mərkəzlərindən biri idi. Böyük ipək yolu yenidən canlandı. Hindistan və Şərqi Afrikadan gələn mallar Suveyşə, oradan da İsgəndəriyyəyə, daha sonra Avropaya aparılırdı.
İşğal edilmiş ölkələrdə ərəb zülmü xalq üsyanlarına səbəb olurdu. Bu üsyanların səbəbləri bunlardır:
- İri feodallar olan canişinlərin (əmirlərin) müstəqilliyinin artması.
- Xalqların azadlıq mübarizəsi.
VIII əsrin 70–80-ci illərində Mərkəzi Asiyada ərəb zülmünə və feodal əsarətinə qarşı Müqənnanın başçılığı altında üsyan baş verdi. Onun əsl adı Haşım İbn Hakim idi. Üsyan 783–785-ci illərdə yatırıldı. Müqənna ələ keçib alçalmamaq üçün özünü öldürdü. Babəkin başçılığı altında olan üsyan Ərəb xilafətini zəiflətdi. Ərəb ordusunda türklərin nüfuzu getdikcə artırdı. Bunun bir səbəbi xəlifə Mötəsimin (833–842) anasının türk qızı olması idi. O, gəncliyində Türküstanda olmuş və burada türklərin döyüş məharətinin şahidi olmuşdu. Görkəmli sərkərdə Afşin, Əbu Sac və başqaları türk idilər. Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn, Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan bir döyüşçü idi. Onun oğlu Əhməd-İbn Tulun Misirdə əvvəl canişin köməkçisi, sonra canişin olmuşdu. Misir tarixçiləri onun dövrünü Misirin qızıl dövrü adlandırmışlar.
VIII əsrdən başlayaraq Ərəb xilafəti tənəzzül etdi. VIII əsrin ortalarında(756) İspaniyada Kordova əmirliyi yarandı. Ərəb xilafəti parçalandı. Xəlifənin əlində qalan torpaqlar Bağdad xilafətinə daxil oldu. IX əsrdə Bağdad xilafəti dağıldı. Misir, Mərkəzi Asiya, İran və Əfqanıstan ondan ayrıldı. Bağdad xilafətinin tərkibində ancaq Mesopotamiya qaldı. Beləliklə, iri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti süquta uğradı. Monqolların 1258-ci ildə Bağdadı ələ keçirmələrindən sonra, xilafətin mərkəzi Misirdə Məmlük sülaləsinin nəzarətinə keçmişdir.
Azərbaycan[redaktə | mənbəni redaktə et]
Əsas məqalə: Azərbaycan Ərəb xilafətinin tərkibində
Xilafətdə iqtisadiyyat[redaktə | mənbəni redaktə et]
Abbasilərin hakimiyyətinin ilk illərində (8–9-cu əsrlər) İran və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində "mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökumət qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula, bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, 9-cu yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi. İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf, ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi.
Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms və titrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin 2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums) müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən, hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq, bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə kömək edirdi. Bağdad və Qahirə mühüm sənətkarlıq və mədəniyyət mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. 8-ci əsrin sonunda ərəb və İran dəniz səyyahları İndoneziya və Malayya dəniz sahillərinə, sonra isə Sinqapur boğazı ilə Sakit okeana çıxaraq, Çinlə ticarət edirdilər. Quanşjou (Kanton) şəhərində xilafətdən gələn müsəlman tacirlərinin məhəlləsi var idi. Şərqi Avropa xalqları ilə də daimi ticarət əlaqələri yaradılmışdı. Xilafətdə feodal cəmiyyətinin xarakterik cəhəti burada güclü quldarlıq-patriarxal qaydaların uzun müddət qalması idi. Qul əməyindən geniş istifadə olunurdu.
Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.
Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.
Xilafətdə mədəniyyət[redaktə | mənbəni redaktə et]
Əvvəllər mədəniyyətin inkişaf səviyyəsinə görə ərəblər əsarət altına alınmış xalqların əksəriyyətindən çox-çox aşağıda dururdular. Lakin ərəblər yavaş-yavaş bu xalqların elm və incəsənət sahəsindəki nailiyyətlərini mənimsədilər. Xilafətin tərkibində yüksək inkişaf etmiş qədim mədəniyyəti olan Misir, Suriya, Fələstin, Mesopotomiya, Orta Asiya kimi çox ölkələr daxil idi. Ərəb dili bu ölkələrdə geniş yayıldı. Məhkəmə işləri bu dildə aparılır, məktəblərdə bu dil öyrədilirdi. Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya, İran və Orta Asiyanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar. Beləliklə, xilafətin mədəniyyətini təkcə ərəblər deyil, xilafətin tərkibinə daxil olan bütün xalqlar yaradırdılar. Təsərrüfat sahəsindəki uğurlar mədəniyyətin inkişafına kömək edirdi. Suvarılan torpaqlara arpa və buğda səpir, orada xurma və şəkər qamışı yetişdirirdilər. Asiyanın başqa ölkələrindən ərəblər pambıq və çəltik, portağal və limon gətirib əkdilər. Mahir sənətkarlar pambıq və yundan yüngül və davamlı parçalar toxuyurdular. İran öz xalçaları ilə məşhur idi. Suriyada ipək parçalar toxunur, şüşə qablar hazırlanırdı.Suriyanın silah ustaları bütün dünyada şöhrət qazanmışdılar. Dəməşq poladından hazırlanmış qılıncları və zirehli geyimləri bütün ölkələrin cəngavərləri yüksək qiymətləndirirdilər. Ərəb tacirləri çox geniş ərazidə ticarət edirdilər. Onlar bürkülü səhraları və uca dağları aşaraq Çindən ipək və qab-qacaq gətirirdilər. Dəniz yolu ilə Hindistandan müxtəlif parçalar və qiymətli daş-qaşlar gətirilirdi. Ərəb tacirləri tez-tez Avropaya da gedirdilər.
Xilafətdə riyaziyyat, astronomiya, coğrafiya kimi elmlər uğurla inkişaf edirdi. Böyük şəhərlərdə ali məktəblər açılırdı. Bağdadda yunan alimlərinin əlyazılarından ibarət kitabxana açılmışdı. Bu kitabxananı "müdrüiklik xəzinəsi" adlandırırdılar. Evklidin həndəsəyə aid əsərləri, hind astronomları və riyaziyyatçılarının tədqiqatları ərəb riyaziyyatçılarına məlum idi. Onlar cəbr (ərəbcə "əlcəbr" – hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Sonrada bu rəqəmləri ərəblərdən avropalılar öyrəndilər. İndiyədək Avropada bu rəqəmləri "ərəb rəqəmləri" adlandırırlar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Onlar səmada gözlə örünən ulduzların vəziyyətini təsvir edirdilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu dahiyanə fərziyyə hesab olunurdu. Ərəblər coğrafiyaya böyük şərafət göstərirdilər. Bunu belə bir atalar sözü sübut edir "Kim elm naminə səyahətə çıxırsa, cənnət qapıları onun üzünə açıqdır." Coğrafiyaşünaslar yalnız başqa ölkələr haqqında kitablar oxumaqla kifayətlənmir, özləri həmin ölkələrdə olmağa can atır, həyatlarını təhlükə qarşısında qoyaraq uzaq ölkələrə səyahətə çıxırdılar. Ərəb səyyahları xilafət ölkələrini, Hindistanı, Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın lap içərilərinə gedib çıxmışdılar. Onlar özlərinə məlum olan ölkələrin və dənizlərin xəritələrini çəkmişdilər. Xilafətdə təbabət uğurla inkişaf edirdi. Orta Asiyada böyük alim İbn Sina (980–1037) yaşayırdı. Avropada onu Avisenna adlandırırdılar. İbn Sina təbib kimi xüsusilə böyük şöhrət qazanmışdı. O, özündən əvvəl heç kəsin ayırd edə bilmədiyi bir çox xəstəliklərin əlamətlərini təsvir etmişdi. Onu yüzdən çox elmi əsəri vardı. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar.