İnsan orqanizmi ilə bağlı
İnsan orqanizmi ilə bağlı saysız-hesabsız maraqlı faktlar mövcuddur.
Onlardan bəzilərini topladıq:
- İnsan orqanizmində ən güclü əzələ dildir.
- Gülüş zamanı insanda 17 əzələ işləyir.
- İnsan burnu 50 min qoxunu ayırıb yadda saxlaya bilər.
- İnsan saatda 160 km sürətlə asqırır.
- Döş qəfəsindən çıxarılan insan ürəyi qısa müddət döyünə bilir.
- Mədə turşusu o qədər güclüdür ki, bədəndə 3-4 günə tamamilə yeni selikli qişa yaranır.
- Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da Ekvator xəttini iki dəfədən artıq fırlanmağa bərabərdir.
- İnsan bədəni gündə yük maşınının 32 km məsafə qət edə biləcəyi qədər enerji istehsal edir.
- İnsan xoruldayan zaman 80 destibel gücündə səs çıxarır. 85 destibeldən yuxarı səsə insan sağlamlığı üçün təhlükəlidir.- İnsan 7000000000000000000000000000 (7 oktillion) atomdan ibarətik.
- Neyronlar saatda 240 kilometr sürətlə siqnal ötürürlər.
- İnsanın ürək ritmləri və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir.
- İnsan sümüyü poladdan möhkəmdir. Belə möhkəmliyə baxmayaraq sümüklərin 31 faizi sudan ibarətdir.
- İnsan gözü kamera kimi qiymətləndirilsə, o 576 meqapiksel olar. Müqayisə üçün deyək ki, ən güclü fotoaparat olan Mamiya DSLR da bu rəqəm 80 meqapikseldir.
- Həmçinin insan gözü 10 min rəngi seçə bilir.
- Əgər insan DNT-ni açmaq mümkün olarsa 16 milyard km-lik zəncir yaranardı. Bu isə Yerdən Plutona və əks istiqamətdə olan məsafə qədərdir.
- İnsan yaddaşı 1 kvadrillion bit informasiya saxlaya bilər.
- İnsan ürəyi orta ömürü ərzində 1,5 milyon barel qan vurur. Bu, 200 dəmiryol sisternini doldurmağa yetir.
- İnsan orqanizmi saatda 180 milyon qırmızı qan hüceyrəsi yaradır.
- Hamiləlik zamanı ananın hər hansı orqanı zədələnsə, döl bu orqanın bərpası üçün kök hüceyrə ötürür.
- Bir addım atmaq üçün 200 əzələ işləməlidir.
- Bir hüceyrədə 6 milyard DNT spiralı var.
- İnsan həyatının 1/3 yuxuda keçirir.
- İnsan iki ay qidasız qala bilər.
- Dil dad reseptorları olan yeganə orqan deyil. Bu peseptorlar mədədə, bağırsaq traktında, mədəaltı vəzdə, beyində də var.
- Oksigensiz 5-10 dəqiqiə qalmaq olar. Bundan sonra beyin hüceyrələri məhv olmağa başlayacaq.
- Beyinin 60 faizi yağdan ibarətdir.
- İnsan beyni bəzi informasiyaları unudur. Beyin bunu özünü yüklənmədən qorumaq üçün edir.
- Skeletdə 200 sümük və 630 skelet əzələsi var.
- Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdıqda isə saatda 170 kilometr təşkil edir.
- Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.
- Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır.
- İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.
- Açıq gözlə asqırmaq mümkün deyil.