Raket
Raket
Atəşfəşanlıq üçün istifadə olunan raketlə insanı Aya aparan raket eyni bir prinsip əsasında işləyir. Hər iki raketdə tezalışan maddələr yanaraq vahid zaman ərzində yanan qazlar əmələ gətirir. Bu qazların şirnağı dala buraxılır və raketi irəliyə itələyən qüvvə yaradır. Reaktiv təyyarələrdən fərqli olaraq uçuş üçün raketlərə hava lazım deyil və bu, onlara havasız kosmik fəzada- vakuumda hərəkət etməyə imkan verir.
Raketlərdən bir silah kimi Çində hələ XIII əsrdə istifadə etməyə başlayıblar. Süni peykləri və kosmik gəmiləri göyə müasir raketlərin köməyi ilə buraxırlar ki, bunları da İkinci Dünya müharibəsindən sonra yaradıblar. Onların hamısı çoxpilləlidir, başqa sözlə desək, hər bir kosmik raket birləşdirilmiş bir neçə raketdən ibarətdir. Raketin hər bir pilləsi yanıb qurtararaq raketdən ayrılandan sonra yeni pillə işə düşür.
İkinci Dünya müharibəsi dövrünün “Fau-2” kimi ilk alman raketləri üçün yanacaq oksigenlə ağ neftin qarışığından ibarət idi. Müasir raketlər hidrazin adlanan maye yanacaq və ya maye hidrogenlə işləyirlər. Maye yanacağın yanması üçün oksigen tələb olunur. Onu və maye yanacağı ayrı-ayrı çənlərə tökürlər.
Oksigen və maye yanacaq yanma kamerasına püskürdüləndə, onlar ani olaraq alışır və bu zaman ayrılan qazlar yüksək təzyiq altında ucluqdan çıxaraq kosmik gəmini irəli itələyirlər.
29.01.2019
Raket,[1] nadir hallarda raket[2] (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir.
Soyuz raketi start zamanıÇox pilləli raketlərin quruluşunun növləri. Soldan sağa:
1. Bir pilləli raket;
2. İki pilləli raket eninə arakəsmə ilə;
3. İki pilləli raket uzununa arakəsmə ilə;
4. Yandıqdan sonra ayrılan, xarici yanacaq çənləri ilə.
Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
"Proton-K" "Zvezda" modulunu beynəlxalq kosmik stansiyaya çıxaran zaman