Mauqli
Həqiqi Mauqlinin həyat hekayəsi – 1872-ci ildə tapılan və qurd sürüsü tərəfindən böyüdülən uşaq
Mauqlinin hekayəsi ilə bir çox insan tanışdır. Bu gün isə sizi real həyatda yaşamış olan Mauqli ilə tanış edəcəyik.
Mauqli haqqında çəkilən filmə də yəqin ki, bir çoxlarınız baxmısınız. 2016-cı ildə yayımlanan "Mogli" filmi, Hindistan cəngəlliyində bir canavar dəstəsi tərəfindən böyüdülən insan övladının hekayəsindən bəhs edir.
Meşədəki heyvanlarla böyüyən kimsəsiz bir uşağın hekayəsini izah edən bu film, əslində fantaziya deyil. Çoxları filmin 1872-ci ildə meşədə olan və canavarlar tərəfindən böyüdülən Dina Saniçardan ilhamlandığına inanırlar.
Sizlərə əsl Mauqlinin, Dina Saniçarın hekayəsi haqqında məlumatları təqdim edəcək.
1872-ci ildə meşədə Dina Saniçar adlı hindistanlı bir oğlan tapıldı. Hindistanda bu cür hekayələr çoxdur. Orada canavar, toyuq və hətta panterlər tərəfindən böyüdülən uşaqların hekayələri dildən-dilə dolaşır.
Dina Saniçar 1872-ci ildə Hindistanın Uttar Pradeş bölgəsində bir qrup ovçu tərəfindən tapılıb. Dina qurd sürüsü ilə birlikdə eynilə ilə onlar kimi gəzirdi. Ovçular bir müddət Dina və canavarları izləyib. Daha sonra ovçular uşağı götürməyə qərar veriblər. Buna görə də onlar mağaranı atəşə tutaraq canavarları oradan çıxartmağa çalışıblar.
Ovçular Dina və qurdları mağaradan çıxarmağı bacarıblar. Onlar canavarları öldürüb Dinanı da özləri ilə aparıblar. Dina o zaman təxminən 6-7 yaşında olduğu üçün uşaq evinə gətiriblər.
Burada uşağa Urdu dilində "Şənbə" mənasını verən “Sanichar” adı verildi, çünki uşaq evinə gəldiyi gün şənbə günü idi. Saniçar çox çətin uşaq idi, ünsiyyət qura bilmirdi. İlk dəfə uşaq evinə gələndə bişmiş yeməkdən imtina edirdi və sümüklərlə qidalanmaq istəyirdi. Uşaq evində bir çox insan ona danışmağı, oxumağı və yazmağı öyrətməyə çalışırdı. Ancaq o, bunları heç vaxt öyrənmədi. Heyvan səsləri ilə əlaqə qurdu və “4 ayaq” üzərində gəzməyə davam etdi.
Uzun bir müddə sonra 2 ayağı ilə gəzməyi öyrəndi. Ancaq bu dəfə paltarlara alışa bilmədi və çılpaq gəzməyə üstünlük verdi.
Saniçar insan ünsiyyətlərini mənimsəyə bilməsə də, özünə bir insan dostu tapmışdı. Görünür, qaldığı yerdə- vəhşi təbiətdə heyvanlarla böyümüş daha bir uşaq da var idi.
Saniçarın həyatına inteqrasiya etdiyi insan vərdişlərindən biri siqaret çəkmə idi. Dina 1895-ci ildə 29 yaşında vərəm xəstəliyindən ölüb.
Dinanın yerləşdiyi yerdə heyvanlar tərəfindən böyüdülən daha 4 uşaq da tapılmışdı. Bu say həmin illər ərzində daha da artıb. Bunlardan ən maraqlısı Amala və Kamala adlı iki qızdır. Onları tapan şəxs, uşaqların uladıqlarını, dörd ayaq üzərində qaçdıqlarını və yalnız çiy ət yediklərini gördüyünü demişdi.