Makedoniyalı İsgəndər

GX68...pcWB
9 Feb 2024
62

Makedoniyalı İsgəndər



Ellinizm dövründən gənc İsgəndərin büstü, Britaniya muzeyi
İsgəndər qədim yunan ayı Hekatombayonun altıncı günündə Makedoniya çarlığının paytaxtı Pellada doğulub. Dəqiq vaxt bilinməsə də[11] , doğum tarix e.ə. 356-cı ilin 20 iyuluna uyğun gəlir.[12] O, Makedoniya çarı II Filipin və Epir çarlığının hökmdarı I Neoptolemusun qızı Olimpiadanın oğludur.[13][14][15] Filipin yeddi və ya səkkiz arvadı olsa da, Olimpiada bəlkə də İsgəndəri dünyaya gətirdiyi üçün bir müddət Filipin əsas arvadı idi.[16]
Bir çox əfsanələr İsgəndərin anadan olmasını və uşaqlığını təsvir edir.[17] Qədim Yunanıstan bioqrafı Plutarxa görə Olimpiada Filiplə evliliyinin başlanğıc dövrlərində yuxuda görür ki, onun uşaqlığı ildırımla vuruldu və bu sönməzdən əvvəl hər tərəfə yayılan alova səbəb oldu. Toylarından bir müddət sonra Filipin yuxuda özünü arvadının uşaqlığına aslan təsviri həkk edilmiş möhür qoyarkən gördüyü deyilir.[18] Plutarx bu yuxuların müxtəlif təfsirlərini verib: uşaqlığın möhürlənməsindən başa düşüldüyü kimi Olimpiada evliliyindən əvvəl hamilə idi və ya İskəndərin atası Zevs idi. Qədim şərhçilər ambisiyalı Olimpiadanın İskəndərin müqəddəs valideyni hekayəsini elan etdiyi və ya günahkar kimi bu fikri rədd etdiyi haqqında ikiyə bölünüblər.[18]
İsgəndərin doğulduğu gün Filip Xalxidike yarımadasındakı Potidaye şəhərinin mühasirəsinə hazırlanırdı. Eyni gün Filipə xəbər çatdı ki, onun generalı Parmenion birləşmiş İlliriya və Peoniya ordularını məğlub edib və onun atları Olimpiya oyunlarında qalib gəlib. Həm də deyilir ki, o gün Dünyanın yeddi möcüzəsindən biri — Efesdəki Artemida məbədi yanıb. Yunan tarixçisi Hegesias Artemisin İsgəndərin doğumunda iştirak etmək üçün uzaqda olduğununa görə onun yandığını dedi..[14][19] Belə əfsanələr İsgəndər çar olanda ortaya çıxa bilərdi və bəlkə də bu İsgəndərin fövqəlbəşər olduğunu və əzəmətin onun taleyi olduğunu göstərmək üçün özü tərəfindən təşviq edilə bilərdi.[17]
Aristotel İsgəndərə dərs keçirJan Leon Jerom Ferris
İlk illərində İsgəndər gələcək generalı Klitin bacısı olan dayə Lanike tərəfindən böyüdülüb. Daha sonra İsgəndər anasının qohumu sərt Leonidas və Filipin generalı Lisimax tərəfindən tərbiyə edilib.[20] İsgəndər Makedoniyalı zadəgan gəncləri kimi böyüdülüb və oxumağı, lir çalmağı. at sürməyi, döyüşməyi və ovlamağı öyrənib.[21]
İsgəndər 10 yaşında olanda Fessaliyadan olan tacir Filipə at gətirdi və atı 13 talentə satmağı təklif elədi. At üzərinə minilməsinə imkan vermədi və Filip atın aparılmasını əmr etdi. Atın öz kölgəsindən qorxduğunu görən İsgəndər atı əhliləşdirmək istədi və buna nail oldu.[17] Plutarx qeyd edir ki, nümayəş etdirilən cəsarət və ambisiyaya valeh olan Filip gözyaşlarıyla oğlunu öpdü və bu zaman dedi: "Oğlum sən ambisiyaların üçün kifayət edəcək qədər böyük çarlıq tapmalısan. Makedoniya sənin üçün çox balacadır." Filip atı onun üçün aldı. İsgəndər onu Bukefalos adlandırdı və bunun mənası "öküz-baş" deməkdir. Bukefalos İsgəndəri Hindistana qədər daşıdı.[22] Heyvan öləndə (qocaldığına görə, Plutarxa görə 30 yaşında) İsgəndər bir şəhəri Bukefala adlandırdı.[15][23][24]

Gəncliyi və təhsili[redaktə | mənbəni redaktə et]

İsgəndərin 13 yaşı olanda Filip onun üçün müəllim axtarırdı. Filip İsokrat və Spevsip kimi akademiklər haqqında fikirləşdi və ikincisinə vəzifəni tutmaq üçün istefa etmək təklif edildi. Axırda Aristotel İsgəndərin müəllimi seçildi və Miezadakı Nimfalar məbədi dərs keçmək üçün yer kimi seçildi. İsgəndərə dərs keçməyin əvəzində Filip yerlə yeksan etdiyi Aristotelin vətəni — Staqiri yenidən inşa etməyə və kölə olmuş köhnə sakinləri satın alaraq və azad edərək və sürgündə olanları bağışlayaraq şəhəri yenidən doldurmağı qəbul etdi.[25][26][27]
Mieza İsgəndər və makedoniyalı zadəganların uşaqları (I Ptolemey, Hefestion və Kassandr) üçün yatılı məktəb idi. Şagirdlərin çoxu İsgəndərin dostları və gələcək generalları oldu və "Kompanyonlar" olaraq bilinirlər. Aristotel İsgəndərə və dostlarına təbabətfəlsəfəəxlaqdinməntiq və incəsənət haqqında dərs keçdi. Aristolel onun müəllimi olarkən İsgəndərdə Homerin əsərlərinə, xüsusilə İliada əsərinə sevgi yarandı; Aristotel ona İliadanın izahlı nüsxəsini verdi və İsgəndər bu nüsxəni hərbi yürüşlərində özü ilə apardı.[28][29][30]

Filipin varisi[redaktə | mənbəni redaktə et]

Naiblik və Makedoniyanın güclənməsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Makedoniyalı II Filip
İsgəndərin Bukefalosu əhliləşdirməsini göstərən heykəlEdinburq
16 yaşı olanda Aristotelin İsgəndərə dərs keçməsi başa çatdı. Filip İsgəndəri naib və varisi kimi öz yerinə qoyaraq Bizantiona qarşı müharibə apardı.[17] Filip olmayanda Traklar qrupunun Maedi qəbiləsi Makedoniyaya qarşı üsyan etdi. İsgəndər bu hərəkətə onları öz ərazilərindən qovaraq cavab verdi. O, yunanları bu ərazidə məskunlaşdırdı və Aleksandropolis adlanan şəhərin əsasını qoydu.[31][32][33]
Filip hərbi səfərdən qayıtdıqdan sonra İsgəndəri kiçik qüvvə ilə cənubi Trakiyadakı qiyamları yatırması üçün göndərdi. Yunan şəhəri Perintusa qarşı döyüşərkən İsgəndərin atasının həyatını xilas etdiyi bildirilir. Amfissa şəhəri Delfi yaxınlığında Apollon üçün müqəddəs qəbul edilən əraziləri idarə etməyə başlayanda bu hörmətsizlik Filipə Yunanıstan məsələlərinə qarışmaq üçün lazım olan fürsəti verdi. Filip hələ də Trakiya ilə məşğul olan İsgəndərə Yunanıstana hərbi yürüş üçün ordu toplamasını əmr etdi. Başqa yunan dövlətlərinin məsələyə qarışmasından qorxan İsgəndər İlliriyaya yürüş edirmiş kimi hərəkət etdi. Bu həngamə zamanı illirianlar Makedoniyanı işğal etdilər və İsgəndər tərəfindən məğlub edildilər.[34]
Filip və onun ordusu İsgəndərə eramızdan əvvəl 338-ci ildə qoşuldu və onlar Fiba qarnizonunun əzmkar müqavimətindən sonra Fermopili ələ keçirərək buradan cənuba yürüş etdilər. Onlar Afinadan və Fibadan bir neçə günlük məsafədəki Elateya şəhərini işğal etdilər. Demosfen tərəfindən idarə edilən afinalılar Makedoniya əleyhinə Fiba ilə ittifaqa səs verdilər. Afina və Filip Fibanın fəstəyini əldə etmək üçün elçilər göndərdi, ancaq mübarizəni Afina uddu.[35][36][37] Filip Amfisa (guya Amfiktioniya İttifaqının sözü ilə hərəkət edir) üzərinə yürüş etdi, Demosfen tərəfindən göndərilən muzdurları ələ keçirdi və şəhərin təslimiyyətini qəbul etdi. Filip sonra Elateyaya qayıtdı, onun Afina və Fibaya göndərdiyi sülh təklifi rədd edildi.[38][39][40]
Filip cənuba hərəkət edəndə rəqibləri Boetiyanın Xeroneya ərazisində onun qabağını kəsdi. Daha sonra baş verən Xeroneya döyüşündə Filip sağ qanadı, İsgəndər sol qanadı idarə edirdi və Filipin etibar etdiyi bir qrup general da onu müşayiət edirdi. Qədim mənbələrə əsasən iki tərəf də bir müddət sərt şəkildə savaşdı. Filip qəsdən əsgərlərin geri çəkilməsini təşkil elədi, bunu eləməyinin səbəbi təcrübəsiz afinalı hoplitlərin onları izləyəcəyinə və cərgələrini pozacaqlarına inanması idi. İsgəndər Fiba cərgələrini pozan ilk əsgər idi və Filipin generalları da onun dalınca getdi. Düşmənin birliyini pozan Filip əsgərlərə irəliyə təzyiq etməyi əmr etdi və onları sürətlə hərəkət etdirdi. Afinalılar məğlub olandan sonra fibalılar mühasirəyə alındı. Tək mübarizə aparmalı olduqları üçün təslim oldular.[41]
Xeroneya zəfərindən sonra Filip və İsgəndər heç bir düşmənlə qarşılaşmadan Peloponnesə yürüş etdilər və bütün şəhərlərdə xoş qarşılandılar; ancaq Spartaya çatanda rədd edilsələr də, müharibə etmədilər.[42] Filip Korinfdə Yunan ittifaqını (Yunan-İran müharibələrinin anti-İran ittifaqının əsasında) qurdu, Sparta istisna olmaqla yunan şəhər-dövlətləri bu ittifaqa daxil idi. Filip bu ittfaqın hegemonu oldu və İran imperiyasına hücum etmək planlarını açıqladı.[43][44]

Sürgün və qayıdış[redaktə | mənbəni redaktə et]

İstanbul Arxeologiya Muzeyində İsgəndərin heykəli.
Filip Pellaya qayıdanda generalı Attalın qohumu Kleopatraya aşiq oldu və onunla evləndi.[45] Evlilik İsgəndərin varis kimi vəziyyətini şübhəli etdi, çünki İsgəndər yalnız ata tərəfən makedoniyalı olduğu halda Kleopatranın oğlu təmiz makedoniyalı qanı daşıyan varis olacaqdı.[46] Toy ziyafəti zamanı sərxoş Attal açıq şəkildə tanrılara yalvardı ki, evlilik qanuni varis versin.[45]
Filipin aşiq olduğu və evləndiyi, Filipdən çox gənc olan Kleopatranın toyunda onun əmisi Attal sərxoş vəziyyətdə arzu elədi ki, makedoniyalılar onun qohumu vasitəsilə çarlığa qanuni varis verilməsi üçün tanrılara yalvarsın. Bu İsgəndəri əsəbləşdirdi, badələrdən birini onun başına atdı, "Yaramaz", o dedi: "Səncə mən bicəm ?" Sonra Filip Attala tərəf çıxaraq ayağa qalxdı və o, oğlunu öldürə bilərdi; ancaq hər ikisinin qismətindən ya onun həddindən tez əsəbləşməsinə görə, ya da içdiyi şəraba görə ayağı sürüşdü, beləcə yerə yıxıldı. Onda İsgəndər tənəli-tənəli onu təhqir etdi: "Ora baxın", o dedi: "Avropadan Asiyaya keçmək üçün hazırlaşan adam bir oturacaqdan digərinə keçəndə yıxıldı."PlutarxFilipin toyundakı davanın təsviri.[47]
İsgəndər anası ilə Makedoniyadan qaçdı. Anası Olimpiada Dodonada qardaşı Epir çarı I İsgəndərin yanında qaldı.[48] İsgəndər isə İlliriyaya qədər yoluna davam etdi.[48] Burada o, İlliriya çarından sığınacaq istədi və bir neçə il əvvəl onları döyüşdə məğlub etməsinə baxmayaraq ona qonaq kimi davranıldı. Ancaq belə görünür ki, Filip heç vaxt siyasi və hərbi cəhətdən təlim görmüş oğlundan imtina etməyə cəhd göstərməyib.[48] Buna görə də İsgəndər 6 ay sonra geri qayıtdı. Onun geri qayıtmasında iki tərəf arasında vasitəçilik edən ailə dostu Demaratusun əməyi var idi.[49][50]
Növbəti il Kariyanın fars satrapı Piksodar öz böyük qızını İsgəndərin atabir qardaşı Filip Arrideyə təklif etdi.[48] Olimpiada və İsgəndərin bir sıra dostları irəli sürdü ki, bu Filipin Arrideyi öz varisi etmək istədiyini göstərir.[48] İsgəndər Korinfin Fessala adlı aktyorunu göndərərək reaksiya verdi və mesaj da bu idi ki, Piksodar öz qızı ilə evlənməyi qeyri-qanuni oğula yox, onun yerinə İsgəndərə təklif etməlidir. Filip bunu eşidəndə danışıqları dayandırdı, İsgəndəri kariyalının qızı ilə evlənmək istədiyinə görə danladı və bunu da belə izah etdi ki, o, İsgəndər üçün daha yaxşı gəlin istəyir.[48] Filip İsgəndərin dörd dostunu — Harpal, Nearx, Ptolomey və Erigini sürgün elədi və korinflilərə Fessalanı zəncirdə Makedoniyaya gətirməyi əmr etdi.[46][51][52]

Makedoniya çarı[redaktə | mənbəni redaktə et]

Taxta çıxması[redaktə | mənbəni redaktə et]

Filip eramızdan əvvəl 336-cı ildə Ayqeydə qızı Kleopatranın Olimpiadanın qardaşı I İsgəndərlə toyunda iştirak edərkən mühafizəçilərinin başçısı Pavsaniy tərəfindən qətlə yetirildi. Pavsaniy qaçmağa çalışanda büdrədi və İsgəndərin dostları Perdikka və Leonnatın daxil olduğu mühafizəçilər tərəfindən öldürüldü. İsgəndər 20 yaşında zadəganlar və ordu tərəfindən çar elan edildi.[53][54][55]

Hakimiyyətinin güclənməsi[redaktə | mənbəni redaktə et]

Eramızdan əvvəl 336-cı ildə Makedoniya çarlığı (tünd qırmızı) və Əhəmənilər imperiyası (bənövşəyi)
İsgəndər taxta potensial namizəd olan şəxsləri məhv edərək hakimiyyətinə başladı. O, əmi oğlusu IV Amintanı edam etdirdi.[56] İsgəndər həm də Linkestiya regionundan olan iki makedoniyalı şahzadəni öldürdü, ancaq üçüncü şahzadəyə — İsgəndərə qıymadı. Olimpiada Filipin arvadı Kleopatranı və ondan olan qızı Evropanı diri-diri yandırdı. İsgəndər bunu öyrənəndə əsəbləşdi. İsgəndər həmçinin Kiçik Asiyada ordunun öncü birliyinin komandiri və Kleopatranın əmisi Attalın öldürülməsini əmr etdi.[57][58]
Düşmən Afinaya qoşulma ehtimalıyla bağlı olaraq həmin vaxtlarda Attal Demosfenlə əlaqə saxlayırdı. Attal İsgəndəri çox sərt təhqir etmişdi və Kleopatranın ölümündən sonra İsgəndər onu sağ saxlamaq üçün həddindən artıq təhlükəli gördü. İsgəndər Arxidayı bağışladı. Arxiday bəlkə də Olimpiada tərəfindən zəhərləndiyi üçün bütün mənbələrə görə əqli cəhətdən xəstə idi.[53][55][59]
Filipin ölüm xəbəri bir çox yerlərin qiyam etməsinə səbəb oldu və Fiba, Afina, Fessaliya və trakiyalı qəbilələr buna daxil idi. Qiyam xəbərləri İsgəndərə çatanda o, tez cavab verdi. Diplomatiyanı istifadə etməsi məsləhət görülsə də, İsgəndər 3000 makedoniyalı süvari əsgər yığdı və cənuba, Fessaliyaya tərəf getdi. O, Fessaliya ordusunu Olimp dağı ilə Ossa dağı arasındakı keçidi tutmuş vəziyyətdə tapdı və əsgərlərinə Ossa dağı üzərindən getməyi əmr etdi. Fessaliyalılar növbəti gün oyananda İsgəndəri arxalarında tapdılar və tez təslim olaraq, öz süvarilərini İsgəndərin gücünə əlavə etdilər. O, daha sonra cənuba, Peloponnesə doğru getməyə davam etdi.[60][61][62][63]
İsgəndər Fermopildə dayandı və cənuba, Korinfə getməzdən əvvəl burada Amfiktioniya İttifaqının lideri kimi tanındı. Afina sülh istədi və İsgəndər qiyamçıları bağışladı. İsgəndər və Diogenin rastlaşması İsgəndər Korinfdə qalarkən baş verdi. İsgəndər Diogendən onun üçün nə edə biləcəyini soruşanda Diogen sayğısızca ondan bir az kənarda durmasını istədi, çünki o, günəş işığının gəlməsinə mane olurdu.[64] Bu cavab İsgəndərə xoş gəldi və İsgəndərin "Şübhəsiz ki, əgər mən İsgəndər olmasa idim, Diogen olmaq istəyərdim" dediyi bildirilir.[65] Korinfdə İsgəndər hegemon ("rəhbər") titulunu götürdü və atası kimi İrana qarşı gələcək müharibə üçün komandir olaraq seçildi. O, həmçinin Trakiya üsyanının xəbərini aldı.[61][66]

Balkan yürüşü[redaktə | mənbəni redaktə et]

İsgəndər Asiyaya keçməzdən əvvəl şimal sərhədlərini mühafizə etmək istəyirdi. Eramızdan əvvəl 335-ci ilin yazında o, bir sıra qiyamları yatırtmaq üçün hücum etdi. Amfipolisdən başlayaraq, o, şərqə, "Müstəqil trakiyalılar"ın ölkəsinə səfər etdi. Himes dağında Makedoniya ordusu hündürlükləri tutan Trakiya ordusuna hücum etdi və onları məğlub etdi[67], Makedoniyalılar Tribali ölkəsinə yürüş etdilər və Liqinis çayı yaxınlığında onların ordusunu məğlub etdilər.[68] (Dunayın qolu) İsgəndər daha sonra üç gün ərzində Dunaya doğru getdi və qarşı sahildə olan Qeta qəbiləsi ilə qarşılaşdı. Gecə çayı keçərək o, düşmənə qəfil hücum etdi və onları ilk süvari toqquşmasından sonra geri çəkilməyə məcbur etdi.[69][70]
İsgəndərə xəbər çatdı ki, İlliriya çarı Klit və Tavlanti çarı Qlavkiya onun hakimiyyətinə qarşı açıq qiyam edirlər. İsgəndər qərbə, İlliriyaya yürüş edərək hər birini sırayla məğlub etdi və hər iki hökmdarı orduları ilə qaçmağa məcbur etdi. Bu qələbələrlə İsgəndər şimal sərhədini möhkəmləndirdi.[71][72]
İsgəndər şimala yürüş edəndə fibalılar və afinalılar bir daha üsyan etdilər. İsgəndər dərhal cənuba hərəkət etdi.[73] Başqa şəhərlər tərəddüd edəndə Fiba döyüşməyə qərar verdi. Fibanın müqaviməti səmərəsiz oldu. İsgəndər şəhəri yerlə yeksan etdi və onun ərazisini başqa Boetiya şəhərləri arasında böldü. Fibanın sonu Afinanı qorxutdu və bütün Yunanıstanda müvəqqəti olaraq sülh hakim oldu.[73] İsgəndər Antipatrı naibi qoyaraq Asiya yürüşünə başladı.[74]

Əhəmənilər imperiyasının işğalı[redaktə | mənbəni redaktə et]

Pellalıların və makedoniyalıların və yunan Amfiktioniyasının və lakedemonluların və korinflilərin ... və bütün yunan xalqlarının gəncləri, əsgər yoldaşlarınıza qoşulun və özünüzü mənə həvalə edin, beləcə biz barbarlara qarşı hərəkət edərik və özümüzü İrana köləlikdən xilas edərik, əsl yunanlar kimi biz barbarlara qul olmamalıyıq.Makedoniyalı İsgəndər, Psevdo-Kallisfen, İsgəndər haqqında roman [75]

Kiçik Asiya[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Qranik döyüşü
İsgəndərin imperiyasının və onun marşrutunun xəritəsi.
İsgəndərin ordusu eramızdan əvvəl 334-cü ildə Hellespontu keçdi. Ordu təqribən 48100 əsgər, 6100 süvari və əsgər sayı 38000-ə çatan ekipajlarla 120 gəmilik donanmadan ibarət idi. Onlar Makedoniyadan və müxtəlif yunan şəhər-dövlətlərindən idilər, Trakiya, Peoniya və İlliriyadan muzdlu əsgərlər və varlı ailələrdən çıxmış əsgərlər idilər.[76] (Ptolemeyi mənbə kimi istifadə edən Arrian deyib ki, İsgəndər 5000-dən çox at və 30000-dən çox piyadayla keçib. Siciliyalı Diodor da eyni cəmi verib, ancaq 5100 at və 32000 piyada olaraq verib. Diodor həmçinin artıq Asiyada olan öncü qüvvə haqqında məlumat verib, hansı ki, Polien 10000 sayda olduqlarını deyirdi.) O, Asiya torpağına nizə ataraq və Asiyanı tanrılardan hədiyyə kimi qəbul etdiyini deyərək İran imperiyasının tamamını işğal etmə niyyətini göstərdi.[73] Bu həm də İsgəndərin diplomatiyanı üstan tutan atasının əksinə olaraq müharibə etmək istəməsini göstərirdi.[73]
Qranik döyüşündə farslara qarşı ilk qələbədən sonra İsgəndər fars əyalət paytaxtı Sardisi və onun xəzinəsini qəbul etdi; o, daha sonra İoniya sahili boyunca hərəkət etdi. İsgəndər döyüşdə əsgərlərin canını xərcləmək üçün ilahi hüquqa malik olduğuna inansa da, kədərlənirdi, ölən şəxslər səxavətlə mükafatlandırılırdı: "İsgəndər müharibədə ölmüş əsgərlərin qohumlarını vergidən və ictimai xidmətdən azad etdi." Öz əsgərləri və ya qarşı tərəf olmasından asılı olmayaraq, İsgəndər ölən şəxslərə hörmət bəsləyirdi. O, uzağa gedərək onları şərəfləndirmək və onlara hörmət göstərmək üçün heykəllər tikdirirdi.[77] Kariyadakı Halikarnasda İsgəndər mühasirələrin birincisinə başladı və qarşı tərəfdəki muzdlu kapitan Rodoslu Memnon və Kariyanın Əhəməni satrapı Orontobatı dənizlə geri çəkilməyə məcbur etdi.[78] İsgəndər idarəçiliyi onu övladlığa götürən Adaya verdi.[79]
İsgəndər fars hərbi-dəniz bazası olmaqdan imtina edən bütün sahil şəhərlərində hakimiyyətini təsdiq edərək Halikarnasdan dağlıq Likiyaya və Pamfiliya düzənliyinə keçdi. Pamfiliyadan sonra sahil heç bir böyük limana sahib deyildi və İsgəndər dənizdən aralı düşən ərazidən hərəkət etdi. Termossosda Pisidiyan şəhəri İsgəndərə itaət etsə də, İsgəndər bu şəhəri hücumla ələ keçirə bilmədi.[80] İsgəndər qədim Frigiya paytaxtı Qordionda həmin vaxta qədər çözülməmiş Qordion düyününü açdı, hansı ki gələcək "Asiya hökmdarı"nı gözləyən qəhrəmanlıq idi.[81] Rəvayətə görə, İsgəndər bildirdi ki, düyünün necə açılmasının heç bir əhəmiyyəti yoxdur və onu qılıncı ilə kəsdi.[82]

Levant və Suriya[redaktə | mənbəni redaktə et]

İss vuruşmasını təsvir edən İsgəndər mozaikası, Faun evi, Pompey
 Əsas məqalə: İss vuruşması
İsgəndər cənuba səyahət etdi və III Daranın əhəmiyyətli dərəcədə böyük ordusu ilə rastlaşdı. O, ordunu rahatlıqla məğlub etdi və Daranın təlaşlanmasına səbəb oldu. Bəzi əsgərlər tərəfindən qovulmasına baxmayaraq, "İsgəndər onlarla (onun ailəsi) təsəvvür edilməyəcək dərəcədə hörmətlə davrandı." Bu onun tutduqlarına qarşı davamlı alicənablıq və xeyirxahlığını göstərir.[83] Dara döyüşdən qaçdı və onun qaçışı ordunun dağılmasına səbəb oldu. Dara arvadını, iki qızını, anası Sisiqambanı və möhtəşəm xəzinəni tərk etdi.[84] Daha sonra Dara artıq itirdiyi ərazilərin daxil olduğu sülh müqaviləsi və ailəsi üçün 10000 talent fidyə təklif etdi. İsgəndər cavab verdi ki, o, artıq Asiyanın hökmdarıdır və ərazi bölgülərinə tək o qərar verir.
Qələbə zamanı səxavətli olan Makedoniyalı İsgəndər axırda müharibədə düşmənə qalib gələndə sahib olduğu gücü başa düşdü. İsgəndərin məğlub etdiyi düşmən — III Dara qeyd-şərtsiz təslimiyyətin şərtlərini təqdim etməyə çalışdı, ancaq İsgəndər amansız oldu. O anladı ki, o nəzarət edir və daha çoxun əldə edə bilər. Beləliklə Dara geri çəkilmək məcburiyyətində qaldı. "Bu dəfə təklif güclü idi, Dara Fərata qədər bütün əraziləri … ailəsi üçün 30000 talent kimi böyük fidyə təklif etdi … onun böyük qızıyla evlənməsi üçün dəvət etdi." Diplomatik əlaqələrdəki bu yeni dəyişiklik ətrafdakı xalqların liderləri arasında təlaş yaratdı, çünki onlar oxşar məğlubiyyətdən qorxurdular. Bu barbar mədəniyyətlərin mütləq ölümdən qaçmaq üçün idarəçiliyi İsgəndərə verməyi seçməslərinə səbəb oldu.[85]
İsgəndər Suriyanın və Levantın sahilinin çox hissəsini tutmaq üçün hərəkət etdi.[79] Növbəti il, eramızdan əvvəl 332-ci ildə o, Tirə hücum etməyə məcbur qaldı və onu uzun və çətin mühasirədən sonra tutdu.[86][87] İsgəndər hərb üçün yaralı yaşda olan kişiləri öldürdü və qadın və uşaqları kölə kimi satdı.[88]

Misir[redaktə | mənbəni redaktə et]

Misir heroqliflərində İsgəndərin adı (sağdan sola yazılıb), təqribən eramızdan əvvəl 330-cu illərLuvr muzeyi.
İsgəndər Tiri dağıdanda, Qəzzə istisna olmaqla, Misir yolundakı şəhərlərin çoxu təslim oldu. Qəzzədəki istehkam yaxşı möhkəmləndirilmişdi və təpə üzərində tikilmişdi. Buna görə də mühasirəyə ehtiyac var idi. İsgəndər şəhərə hücum etdi və gözlənilməz müqavimət və istehkamatla qarşılaşdı. "Mühəndisləri ona bildirəndə ki, təpənin hündürlüyünə görə bu qeyri-mümkün olacaq … bu İsgəndəri daha bir cəhd etmək üçün həvəsləndirdi". İsgəndərin inandığı ilahi hüquq ona inam verirdi.[89] Üç uğursuz həmlədən sonra istehkam ələ keçirildi. Ancaq bundan əvvəl İsgəndər çiynindən ciddi yara aldı. Tir şəhərində olduğu kimi hərbə yararlı yaşdakı kişilər qılıncdan keçirildi və qadın və uşaqlar qul kimi satıldı.[90]
Yerusəlim təslim olaraq qapılarını açdı və İosifusə görə, İsgəndərə Danielin kitabının kəhanəti, böyük ehtimalla İran imperiyasını işğal edəcək qüdrətli yunan hökmdarını təsvir edən VIII fəsil göstərildi. O, Yerusəlimi dağıtmadı və cənuba, Misirə doğru getdi.[91]
Erazmızdan əvvəl 332-ci ilin axırlarında İsgəndər Misirə hücum etdi. Burada o, xilaskar olaraq qiymətləndirildi.[92] O, Liviya səhrasında, Siva vahəsinin orakulunda yeni kainatın sahibi və tanrı Amonun oğlu elan edildi.[93] Bundan sonra İsgəndərin atası Zevs-Ammon olaraq qiymətləndirilir və daha sonra dövriyyəyə buraxılan pullar onu ilahiliyin simvolu olaraq qoç buynuzları ilə bəzədilmiş olaraq təsvir edir.[94] Misirdə qalarkən İsgəndər İsgəndəriyyə şəhərinin əsasını qoyur. Bu şəhər İsgəndərin ölümündən sonra Ptolomiv dövlətinin çiçəklənən paytaxtı olur.[95]

Assuriya və Babil[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Qavqamel döyüşü
E.ə. 331-ci ildə Misiri tərk edən İsgəndər şərqə, Mesopotamiyaya (indiki şimali İraq) yürüş etdi və Qavqamel döyüşündə yenə də III Daranı məğlub etdi.[96] Dara bir daha müharibə meydanını tərk etdi və İsgəndər onu Ərbilə qədər qovaladı. Qavqamel iki sərkərdə arasında sonuncu və həlledici qarşılaşma oldu. İsgəndər Babili işğal edərkən Dara dağlardan Ekbatana (müasir Həmədan) qaçdı.[97]

İran[redaktə | mənbəni redaktə et]

İsgəndər Babildən Əhəmənilərin paytaxtlarından biri Susaya getdi və onun əfsanəvi xəzinəsini ələ keçirdi.[97] O, ordusunun əsas hissəsini Padşah yolu üzərindən Persepolisə göndərdi. İsgəndər özü seçilmiş əsgərlərini şəhərə birbaşa istiqamətdə götürdü. O, Ariobarzan tərəfindən tutulmuş İran darvazalarının keçidinə (müasir Zaqros dağları) hücum etməli oldu və onun qarnizonu şəhərin xəzinəsini talamazdan əvvəl Persepolisə tələsdi.[98]
İsgəndər Persepolisə daxil olanda əsgərlərinə bir neçə gün şəhəri talan etmək üçün icazə verdi.[99] İsgəndər beş ay Persepolisdə qaldı.[100] O, burada qalarkən I Kserksin şərq sarayında yanğın baş verdi və şəhərin qalan hissəsinə yayıldı. Yanğın səbəbi olaraq sərxoşluq və ya Yunan-İran müharibələrində Afinanın Akropolisinin yandırılmasının intiqamı hesab edilir.[101]

İmperiyanın və şərqin çöküşü[redaktə | mənbəni redaktə et]

İsgəndər Daranı Midiyaya, sonra isə Parfiyaya qədər qovaladı.[102] İran hökmdarı III Dara qohumu olan Baktriya satrapı Bess tərəfindən həbs edildi.[103] İsgəndər yaxınlaşanda Bessin adamları Daranı ölümcül yaraladılar və Bess özünü V Artakserks kimi Daranın varisi elan etdi. O, İsgəndərə qarşı partizan müharibəsi aparmaq üçün Mərkəzi Asiyaya qədər geri çəkildi.[104] İsgəndər hökmdarlara layiq dəfn mərasimi ilə Daranın cəsədini onun Əhəməni sələflərinin yanında basdırdı.[105] İsgəndər iddia etdi ki, Dara onu Əhəməni taxtına varis elan edib.[106] Əhəmənilər imperiyası Dara ilə birlikdə süqut etmiş hesab edilir.[107]
İsgəndər Bessi qəsbkar hesab etdi və onu məğlub etmək üçün hərəkətə keçdi. Başlanğıcda Bessə qarşı olan bu yürüş mərkəzi Asiyanı əhatə edən böyük səfərə çevrildi. İsgəndər bu yürüş zamanı İsgəndəriyyə adlandırılan yeni şəhərlərin əsasını qoydu. Bunlara Əfqanıstandakı müasir Qəndəhar şəhəri və Tacikistandakı İsgəndəriyyə Eskata (mənası Ən Uzaq İsgəndəriyyə) şəhəri daxildir. Yürüş zamanı İsgəndər MidiyaParfiya, Ariya (Qərbi Əfqanıstan), Dranqianu, Araxozia (Cənubi və Mərkəzi Əfqanıstan), Baktriya (Şimali və Mərkəzi Əfqanıstan) və Skifiyadan keçdi.[108]
Soqdiana satraplığında qeyri-müəyyən vəzifə tutan Spitamen eramızdan əvvəl 329-cu ildə Bessi İsgəndərin ən etibar etdiyi dostlarından biri I Ptolemeyə satdı və Bess edam edildi.[109] Daha sonra İsgəndər Yaksartda köçərilərin hücumuna qarşı mübarizə aparanda Spitamen Soqdianada qiyam qaldırdı. İsgəndər Yaksart döyüşündə şəxsən skifləri məğlub etdi və dərhal Spitamenə qarşı yürüşə başladı. O, Spitameni Qabay döyüşündə məğlub etdi. Məğlubiyyətdən sonra Spitamen öz adamları tərəfindən öldürüldü və onun adamları sülh üçün müraciət etdilər.[110]

Problemlər və sui-qəsdlər[redaktə | mənbəni redaktə et]

Klitin öldürülməsiAndrey Kasteyn, 1898–1899
Bu zaman İsgəndər farsların "şahlar şahı" (Şahənşah) titulunu götürdü və fars paltarları və adətlərinin bəzi elementlərini mənimsədi. Bunlardan ən diqqət çəkəni farsların sosial cəhətdən üstün olanlara göstərdiyi proskineza (əli simvolik olaraq öpmək və ya yerə qədər səcdə etmək) idi.[111] Yunanlar bunu tanrılara aid jest hesab edirdilər və inanırdılar ki, İsgəndər bunu tələb edərək özünü ilahiləşdirmək istəyir. Bu hərəkət İsgəndərin öz həmyerlilərinin dəstəyini itirməsinə səbəb oldu və axırda o, bundan vaz keçdi.[112]
İsgəndərin həyatına qarşı ilk sui-qəsd aşkarlandı və onun əsgərlərindən biri olan Filota İsgəndərə xəbərdarlıq etmədiyi üçün edam edildi. Oğulun ölümü atanın ölümünü vacib etdi və beləliklə, Ekbatandakı xəzinəni qorumaq həvalə edilmiş Parmenion intiqama cəhd etməsin deyə İsgəndərin əmriylə öldürüldü. Ən pisi isə İsgəndərin Marakandada (hal-hazırkı Səmərqənd) sərxoş halda baş verən kəskin münaqişə zamanı Qranikdə onun həyatını xilas edən Kliti şəxsən öldürməsi idi. Bu mübahisə zamanı Klit İsgəndəri bir sıra mühakimə səhvləri etməkdə və xüsusilə şərqə məxsus pozğun həyat tərzi üçün Makedoniya adət-ənənəsini unutmaqda günahlandırdı.[113]
Daha sonra Mərkəzi Asiya yürüşündə İsgəndərin həyatına qarşı ikinci qəsd aşkara çıxdı. Bu qəsd onun öz pajları tərəfindən dəstəklənmişdi. Onun rəsmi tarixçisi Olinf şəhərindən Kallisfen bu cinayətə qarışmışdı. Ancaq tarixçilər hələ ki onun qəsdlə əlaqəsi haqqında fikir birliyinə gələ bilməyiblər. Kallisfen həm də proskinezaya qarşı müxalif olduğuna görə gözdən düşmüşdü.[114]

İsgəndərin yoxluğunda Makedoniya[redaktə | mənbəni redaktə et]

İsgəndər Asiyanın fəthinə başlayanda öz generalını — təcrübəli hərbi və siyasi lider Antipatrı Makedoniyada məsul şəxs olaraq qoydu.[74] İsgəndərin Fibanı talan etməsi onun yoxluğunda Yunanıstanın sakit olmasını təmin etdi.[74] Tək istisna eramızdan əvvəl 331-ci ildə Sparta çarı III Aqisin silah çağrısı idi. Antipatr növbəti il Meqalopolisdəki döyüşdə onu məğlub etdi və öldürdü.[74] Antipatr spartalıların cəzası üçün Korinf ittifaqına müraciət etdi. Ancaq sonra qərar vermək İsgəndərə həvalə edildi, o, isə onları bağışlamağı seçdi.[115] Həmçinin Antipatr və Olimpiada arasında əhəmiyyətli dərəcədə toqquşma oldu və hər biri digəri haqqında İsgəndərə şikayət etdi.[116]
Ümumiyyətlə, İsgəndərin Asiya yürüşü zamanı Yunanıstanda sülh və rifah dö

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Vuqar85

3 Comments