savas

FV2Y...Zmy7
9 Apr 2024
31

Birinci Dünya müharibəsi (28 iyun 1914 – 11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great Warfr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır.
Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük BritaniyaFransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə AlmaniyaAvstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.

Mündəricat

Müharibənin əsas səbəbləri[redaktə | mənbəni redaktə et]

Müstəmləkəçi ölkələrin inkişafı, Almanların güclənməsi, və müstəmləkə uğrunda apardıği amansız müharibələr ilk növbədə almanlar və Antanta arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.
Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.
Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870–1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas-Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rus çarizmi isə Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

Müharibənin başlanması[redaktə | mənbəni redaktə et]

Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. Əslində Frans- Ferdinand taxt-taca yiyilənməyəcəkdi çünki o bir qız uğrunda taxt iddialarinda vaz keçmişdi. Yəni onun öldürülməsi müharibəni başlamaq üçün bir bəhanə olmuşdur. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.
1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.
Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.
1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. SuriyaFələstin və Qafqazda yeni cəbhələr açıldı.
Müharibənin başlanmasının xronologiyasıTarixMüharibəni elan edən dövlətMüharibə elan edilmiş dövlət28 iyul 1914Avstriya-MacarıstanSerbiya1 avqust 1914AlmaniyaRusiya3 avqust 1914AlmaniyaFransa3 avqust 1914AlmaniyaBelçika4 avqust 1914Böyük BritaniyaAlmaniya5 avqust 1914ÇernoqoriyaAvstriya-Macarıstan6 avqust 1914Avstriya-MacarıstanRusiya6 avqust 1914SerbiyaAlmaniya6 avqust 1914ÇernoqoriyaAlmaniya12 avqust 1914Böyük Britaniya və FransaAvstriya-Macarıstan23 avqust 1914YaponiyaAlmaniya2 noyabr 1914RusiyaOsmanlı İmperiyası5 noyabr 1914Böyük Britaniya və FransaOsmanlı İmperiyası23 may 1915İtaliyaAvstriya-Macarıstan14 oktyabr 1915BolqarıstanSerbiya9 mart 1916AlmaniyaPortuqaliya27 avqust 1916SerbiyaAvstriya-Macarıstan28 avqust 1916İtaliyaAlmaniya6 aprel 1917ABŞAlmaniya7 aprel 1917Panama və KubaAlmaniya27 iyun 1917YunanıstanAlmaniya22 iyun 1917SiamAlmaniya4 avqust 1917LiberiyaAlmaniya14 avqust 1917ÇinAlmaniya26 oktyabr 1917BraziliyaAlmaniya7 dekabr 1917ABŞAvstriya-Macarıstan11 noyabr 1918Müharibənin başa çatması

1914–1917-ci İllərdə hərbi əməliyyatlar[redaktə | mənbəni redaktə et]

Alman piyada qoşunları hücuma keçir. 7 avqust 1914-cü il
Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu.
İngilis piyada əsgərləri
Alman qoşunlarının güclü qruplaşması Belçika ordusunu geri oturtdu və Fransaya daxil oldu. Fransızlar və Fransanın şimal sahilinə çıxarılmış ingilis korpusu daha üstün olan alman qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Alman ordusu Paris üzərinə yeridi. Almaniya imperatoru II Vilhelm payızda Fransanın təslim olacağını vəd edirdi. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq paytaxtı tərk etdi. Rusiyada isə səfərbərlik ləng gedirdi. Fransa hökuməti təcili kömək üçün Rusiyaya müraciət etdiyi zaman rus qoşunlarının cəbhə boyu düzülməsi, döyüş sursatı ilə təchiz olunması və cəmləşdirilməsi hələ başa çatdırılmamışdı. Buna baxmayaraq ruslar tələm-tələsik öz ordusunu hücuma göndərdi. Rusiyanın iki ordusu Şərqi Prussiya ərazisinə girdi, onun xeyli hissəsini tutdu və bu, Almaniyanın ordu komandanlığında narahatlığa səbəb oldu. Alman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını tələsik Fransadan çıxararaq şərq cəbhəsinə yolladı. Beləliklə, Fransaya hücum üçün nəzərdə tutulan ehtiyat qoşunların bir hissəsi Şərqi Prussiyaya göndərildi. Tannenberq döyüşü adlanan döyüşlərdə Rusiya ordusu üç dəfə çox say üstünlüyünə malik olsa da, ağır məğlubiyyətə uğradıldı. Alman ordusunun itkiləri 12.000 nəfər, Rusiya ordusunun itkiləri isə 170.000 nəfər idi. Daha sonrakı döyüşlərdə alman ordusu rusları Mazur gölü yaxınlığındakı döyüşlərdə bir daha ağır məğlubiyyətə uğradaraq onları tamamilə Almaniya ərazisindən kənarlaşdırdı. Lakin Rusiyanın bir neçə ordusu cənubda hücumlarını davam etdirirdi. Rusiya qoşunları Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yararaq, onları geri oturtdu və Polşanın Avstriyaya aid olan hissəsini və Qaliçiyanı (Qərbi Ukrayna) tutdu. Lakin alman ordusu köməyə gələrək rus ordusunu burada da bir neçə ağır məğlubiyyətə uğradaraq onları geri oturtdu. Rus ordusu böyük itkilər verdi, lakin Fransanı xilas etdi.
Fransadan qoşunların bir hissəsinin çıxarılıb Şərq cəbhəsinə göndərilməsi nəticəsində almanların Parisə getmək üçün qüvvələri çatışmadı. Onlar hücum xəttini qısaltmağa məcbur oldular və Parisin şimal-şərqində Marna çayına çatdılar. Burada onlar ingilis və fransızların böyük qüvvələri ilə üz-üzə gəldilər. 1914-cü ilin sentyabrında baş vermiş Marna sahilindəki vuruşmada hər iki tərəfdən 2,5 milyon nəfərdən çox adam iştirak edirdi. Fransız və ingilis qoşunları hücuma keçdilər. Sentyabrın 9-da almanlar cəbhə boyu geri çəkilməyə başladılar. Onlar hücum edən düşməni yalnız Ena çayı sahilində dayandıra bildilər.
Beləliklə, Almaniyanın ildırımsürətli müharibə planı boşa çıxdı. Almaniya iki cəbhədə uzun sürən ağır müharibə aparmalı oldu. 1914-cü ilin axırına yaxın Qərb cəbhəsi Şimal dənizindən İsveçrə sərhədinədək sabitləşdi. Əsgərlər səngərlərə çəkildilər. Manevr müharibəsi mövqe müharibəsinə çevrildi. Quruda müharibənin faktiki olaraq dalana düşməsi ilə əlaqədar olaraq hər iki tərəf yeni müttəfiqlər axtarırdı ki, yeni cəbhələr açsın və ya hətta qüvvənin kiçik ittihamının əlavə olunması tarazlığı dəyişdirməli idi. Almaniyaya və Avstriya-Macarıstana tezliklə Osmanlı İmperiyası qoşuldu. Axırıncının düşməni Rusiya imperiyası və həmçinin 1913-cü il Balkan müharibəsində özünü Serbiya tərəfindən incidilmiş sayan Bolqarıstan idi. Daha mühüm perspektivə malik olan İtaliya idi. Lakin İtaliya İttifaq dövlətlərinə rəsmi olaraq üzv olmasına baxmayaraq, xeyli əvvəl bu ittifaqdan uzaqlaşmışdı və 1914-cü il böhranında iştirak etməmişdi. Hər iki tərəf İtaliya hökumətindən xahiş edirdi, onun özü də hər iki tərəflə sakitcə sövdələşməyə hazır idi. İtalyan ictimaiyyəti parçalanmışdı, ehtimal ki, xalqın əksəriyyəti sülhün saxlanmasını istəyirdi, bunu həm katolik, həm də sosialist rəhbərlər məsləhət görürdülər. Qatı millətçilər öz irredentalarını, italyanlar yaşayan, lakin İtaliyaya tabe olmayan sərhəd regionları ələ keçirmək şansını görürdülər. İtalyan hökuməti Avstriya-Macarıstanla danışıqlara başladı, əgər Trentino və Cənubi Tirol təslim edilərsə hücum edən Avstriyanın onlardan əl çəkməsini təklif etdilər. Avstriya ilə danışıqlar həmçinin Antantanı qorxutmaq üçün istifadə edildi, axırda İtaliya özünə çox sərfəli şərtlər əsasında müharibəyə qoşuldu. 1915-ci il London məxfi müqaviləsi ilə Britaniya, Fransa, Rusiya və İtaliya razılığa gəldilər ki, əgər Antanta müharibədə qalib gəlsə İtaliya Trentinonu, Cənubi Tirolu, İstriyanı, Triyest şəhərini və Dalmasiya adalarının bəzilərini alacaqdı. Əgər Türkiyə parçalansa, İtaliya Kiçik Asiyada Adaliyanı alacaqdı və əgər İngiltərə və Fransa Almaniyanın Afrikadakı müstəmləkələrini tutsa, İtaliya Liviya və Somalidə ərazi artımı əldə edəcəkdi. Qısaca, London müqaviləsi ərazi ekspansiyasının müharibədən əvvəlki praktikasını davam etdirirdi.
Hər bir tərəf digərinin torpağında yaşayan milli azlıqları və narazı qrupları satın alırdı. Almanlar Rusiyanı sıxışdırmaq üçün Polşaya müstəqillik vəd etdi. Onlar Ukraynadakı yerli millətçiliyi hərəkətə gətirdilər. Belçikada isə almanpərəst flamand xalqının qiyamını qaldırdılar. Onlar Osmanlı sultanını xəlifə kimi inandırdılar ki, o, Şimali Afrikada müqəddəs müharibə elan etsin, ümid edirdilər ki, bu yolla hiddətləndirilən müsəlmanlar ingilisləri Misirdən, fransızları isə Əlcəzairdən qovacaqlar. Bu təşəbbüs uğursuz oldu. Alman agentləri İrlandiyada iş aparırdılar və bir irland millətçisi Rocer Keysment alman sualtı qayığında İrlandiyaya gəlib 1916-cı il Pasxa qiyamına hazırlıq gördü və başlanan qiyam Britaniya tərəfindən yatırıldı.
1915-ci ildə Almaniya və onun müttəfiqləri əsas zərbəni Rusiyaya qarşı yönəldərək onu tam məğlubiyyətə uğratmaq və müharibədən çıxarmaq planını hazırladılar. Fevral-mart aylarında alman qoşunları hücuma keçdilər. May ayında qüvvə cəhətdən üstün olan Almaniya və Avstriya-Macarıstan qoşunları Qorlitsa ərazisində cəbhəni yardılar. Almanlar Varşavadan şimalda da hücuma başladılar və avqust ayında şəhəri tutdular. Onlar silah və sursat cəhətdən çox pis təchiz olunmuş rus qoşunlarını bir sıra ağır məğlubiyyətlərə uğratdılar. 1915-ci ilin payızında almanlar bütün Polşanı və Baltikanın bir hissəsini tutdular. Almanların bu hücumu ruslar üçün fəlakətlə nəticələndi. Almaniya və onun müttəfiqləri cüzi itkilər verməklə böyük əraziləri tutdular. Rusiya isə təkbaşına qalaraq bu döyüşlərdə 11 milyon əsgər itki (onların 3 milyonu döyüşlərdə öldürülmüş, qalanları isə yaralanmış və ya əsir düşmüşdülər) verdi. Çarizm Rusiya ordusunun təchizatının çox pis olduğunu yəqin edərək demək olar ki, bütün ölkənin iqtisadiyyatını hərbi sənaye üçün işləməyə məcbur etdi. Bunun nəticəsində ordunun təchizatı nisbətən yaxşılaşdı, lakin imperiyanın iqtisadiyyatı tənəzzülə uğradı, ölkədə qida və geyim qıtlığı yarandı ki, bu da nəticədə 1917-ci ildə Oktyabr inqilabına və vətəndaş müharibəsinə səbəb oldu.
1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə vurmağa cəhd göstərdi. Almaniya İngiltərəyə lazımi xammal və ərzaq gətirilməsinin qarşısını almaq üçün ilk dəfə olaraq daha yeni silahdan, sualtı qayıqlardan istifadə etdi. Yüzlərlə gəmi məhv edildi, onların heyətləri və sərnişinləri həlak oldu. İngiltərə isə gəmiqayırmanı artırmaq və sürətləndirmək yolu ilə, habelə sualtı qayıqlara qarşı səmərəli müdafiə tədbirləri hazırlamaqla başı üzərini almış təhlükəni aradan qaldırdı. Həmin ilin yazında Almaniya müharibələr tarixində ən yeni silah olan zəhərləyici maddələrdən istifadə etdi. Lakin bu silah yalnız taktiki müvəffəqiyyəti təmin etdi.
Almaniya Rusiyanı tamamilə gücdən saldıqdan sonra bütün diqqətini Fransaya qarşı yönəltdi. 1916-cı il fevralın 21-də alman qoşunları Verden yaxınlığında cəbhənin bir hissəsində hücuma keçdilər. Alman komandanlığı burada çox böyük qüvvə toplamışdı. Hücum çox güclü artilleriya bombardmanı ilə başladı. Lakin alman piyadası hücuma keçdikdə gözlənilmədən fransızların qızğın atəşinə rast gəldi. Burada yarım il davam edən döyüşlərdən sonra almanlar yalnız cüzi irəliləyiş əldə edə bildilər. Həmin ilin iyul ayında Almaniyanın qüvvələrinin zəifləməsindən istifadə edən ingilis və fransız qoşunları Somma çayı sahilində hücuma keçdilər. Burada qanlı vuruşmalar payızın axırına kimi davam etdi. Burada ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. Onların texnikası indi almanların texnikasından daha üstün idi. Onlar burada ciddi müvəffəqiyyət əldə edə bilmədilər, lakin almanların Verden üzərinə təzyiqi zəiflədi və dekabrda alman qoşunları orada müdafiəyə keçməli oldu. "Verden qəssabxanası"nda bir milyona yaxın alman və fransız əsgəri və zabiti qırıldı.
1917-ci ilin aprelində ABŞ Almaniyaya qarşı müharibə elan etdi. Lakin Almaniya artıq gücdən düşmüşdü və ingilis və fransızların birgə qüvvələrinə qarşı müqavimət göstərə bilmirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini ABŞ ilə bölüşdürmək istəməyən Fransa və İngiltərənin hakim dairələri cəhd edirdilər ki, ABŞ diviziyaları Avropaya gələnə qədər Almaniyanı məğlubiyyətə uğratsınlar. Lakin Almaniya və Avstriya-Macarıstan qoşunları 1917-ci ilin oktyabrında Kaporetto yaxınlığında italyanların cəbhə xəttini yardılar, İtaliya ordusunun xeyli hissəsini darmadağın edib İtalyanın ən mühüm mərkəzlərinə yaxınlaşdılar. Onların hücumu təcili olaraq avtomaşınlarla buraya gətirilmiş ingilis və fransız qoşunları tərəfindən dayandırıldı.

Şərq cəbhəsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Birinci dünya müharibəsində Şərq cəbhəsi

Qərb cəbhəsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Birinci dünya müharibəsində Qərb cəbhəsi

Qafqaz cəbhəsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Qafqaz cəbhəsi (Birinci Dünya Müharibəsi)
1914-cü il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qafqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə Sarıqamış döyüşündə endirilməli idi. Əməliyyata Ənvər Paşa özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 4 dekabr 1914-cü ildə başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu. Canlı qüvvə və texnikasının çoxluğu rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiyat edərək orduya çağırmırdı. 1916-cı ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.

İran cəbhəsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Həmədan əməliyyatı

Diplomatik mübarizə[redaktə | mənbəni redaktə et]

1915-ci ilin aprelində Londonda Antanta dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. Antanta İtalyanın hakim dairələrinə Almaniyanın və Balkanlarda İtaliya ilə maraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta" tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. ABŞ Rusiyanın məğlub olaraq müharibədən çəkilməsindən sonra onun müttəfiqləri olan Antantanın məğlub olacağından ehtiyat edirdi. Belə ki, ABŞ hökuməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit vermişdi. Əgər Antanta məğlub olsaydı onlar öz borclarını ödəyə bilməyəcəkdi və buna uyğun olaraq da ABŞ iqtisadiyyatı da tənəzzülə uğrayacaqdı. ABŞ ordusunun müharibəyə qoşulması Antanta qoşunlarında çox böyük ruh yüksəkliyi yaratdı. Ümumiyyətlə 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən ədalətsiz, işğalçılıq müharibəsi idi.

Müharibənin sonu[redaktə | mənbəni redaktə et]

Alman tankı Fransanın Roye şəhərində
1918-ci ilin yazında alman komandanlığı ABŞ-nin iri silahlı qüvvələri Avropaya gəlib çıxana qədər ingilis-fransız qoşunlarını darmadağın etməyə cəhd göstərdi. Alman komandanlığı əsgərləri inandırmağa çalışırdı ki, bu, həlledici və son döyüş olacaqdır. Beləliklə, Almaniya martın axırında hücuma başladı. Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndərməyə başlamışdılar. Əsgərlər əldən düşmüşdülər və vuruşmaq istəmirdilər, bəziləri isə ordudan qaçırdı. Alman qoşunlarının hücumu müvəffəqiyyətsizliyə uğradı və təşəbbüs Antantaya keçdi. İngilis-fransız orduları və artıq gəlib çıxmış ABŞ birləşmələri Almaniya qoşunlarını əvvəlki mövqelərinə geri oturtdular. Avqustun 8-də Fransa, İngiltərə və ABŞ qoşunları fransız marşalı Foşun ümumi komandanlığı altında hücuma başladılar. Onlar almanların cəbhəsini yararaq bir gündə 16 diviziyanı darmadağın etdilər. Vuruşmaq istəməyən alman əsgərləri əsir düşürdülər. Alman baş qərərgahının faktiki rəhbəri olan general Lüdendorfun sözləri ilə desək, bu, dünya müharibəsi tarixində alman ordusunun ən qara günü idi. Almaniyanın silahlı qüvvələri Fransa-İngiltərə və Amerika qoşunlarının əsas hücumuna qarşı müqavimət göstərə bilmirdilər. İngiltərə-Fransa və Serbiya qoşunları Balkan cəbhəsində də hücum edirdilər. Bolqar ordusu əzildi və Bolqarıstan təslim oldu. İngilis-Fransız qoşunları Fələstində və Suriyada türk ordusunu məğlub etdikdən sonra Osmanlı imperiyası da təslim oldu. Avstriya-Macarıstan ordusunun əsgərləri vuruşmaqdan imtina edirdilər. Avstriya-Macarıstan imperiyası dağıldı. Onun ərazisində bir sıra müstəqil milli dövlət yarandı. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı Antantanın diqtə etdiyi barışığı imzaladı. Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi. Ölkə respublika oldu. Yeni hökumət yaradıldı. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, general Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh müqaviləsi imzalandı. Noyabrın 11-də saat 11-də ali baş komandanın qərargahının qarşısında duran siqnalçı "Atəşi dayandırın!" əmrini verdi. Bu siqnal bütün cəbhəyə çatdırıldı. Həmin anda döyüş əməliyyatları dayandırıldı. Birinci dünya müharibəsi başa çatdı.
Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

Nəticə[redaktə | mənbəni redaktə et]

1914-cü ildə Almaniya müharibəyə öz rəqiblərindən daha yaxşı hazırlaşmışdı. Lakin dünya müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. Amerika Birləşmiş Ştatları da Antanta tərəfində idi. Almaniya]], Rusiyada, Avstriya-Macarıstan da və Osmanlı imperiyalarında mövcud olan quruluş dünya müharibəsi sınaqlarından çıxmadı və dağıldı. Məğlubiyyətlər və inqilablar nəticəsində bu imperiyaların dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla adamı məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914–1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesininkənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu. 1772–1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl dollar hesabı ilə) təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu. Bu soyğunçuluq müharibəsinin müsibətləri və onun nəticələrinin bütün ağırlığı zəhmətkeş kütlənin üzərinə düşmüşdü.
1914–1918-ci İllər Ərzində Əhalinin AzalmasıÖlkələrCəbhədəki İtkilərÖlümün Artması və Doğumun Azalmasından İtkilərCəmi1914-cü ildəki əhalinin sayına görə faizləFransa1,4 milyon2,0 milyon3,4 milyon8,0Britaniya İmperiyası0,7 milyon1,0 milyon1,7 milyon3,7Almaniya İmperiyası2,0 milyon4,2 milyon6,2 milyon10,0Avstriya-Macarıstan1,4 milyon4,4 milyon5,8 milyon11,0İtaliya0,5 milyon1,6 milyon2,0 milyon6,0ABŞ0,08 milyon0,32 milyon0,4 milyon0,41914–1918-ci illərdə müharibəyə çəkilən xərclərÖlkələrÜmumi məbləğAdambaşına düşən məbləğÖlkənin sərvətinə görə faizləFransa11.208 milyon dollar280,2 dollar19,4Böyük Britaniya24.143 milyon dollar524,9 dollar34,5Almaniya19.894 milyon dollar292,6 dollar24,7Avstriya-Macarıstan5.438 milyon dollar108,8 dollar18,1İtaliya4.489 milyon dollar124,6 dollar20,6ABŞ17.337 milyon dollar17,9 dollar8,8
== Birinci Dünya müharibəsində yeni silah texnologiyaları İlk dəfə 1915-ci il hərbi əməliyyatlarda Almaniya tərəfindən: 1. İngiltərəyə qarşı sualtı qayıqlardan 2. Belçika ərazisində zəhərli xlor qazından istifadə edilmişdir. 1916-cı ildə baş vermiş Somma döyüşündə ingilislər və fransızlar dünya tarixində ilk dəfə olaraq, tanklardan istifadə etmişdilər.

Azərbaycan Birinci dünya müharibəsində[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Azərbaycan Birinci dünya müharibəsində
İlk azərbaycanlı təyyarə pilotu Fərrux Qayıbov
Özündən asılı olmayaraq Azərbaycan da Birinci dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.
Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırmırdı. Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti Birinci dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy MehmandarovƏliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, general İbrahim ağa Usubov, polkovnik Qalib bəy Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər. General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə onuncu ordunun komandanı olmuşdu. General-leytenant Səməd bəy Mehmandarov Birinci dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib bəy Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur bəy Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov , yunker Sayad Zeynalov da döyüşlərdə göstərdikləri rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdülər. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov müharibə dövründə "İlya Muromets −16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. Fərrux ağa Qayıbov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.
Müharibə illərində Azərbaycanlı gənclərdən "Tatar süvari alayı" təşkil edilmişdi. Qorxmaz döyüşçülərdən ibarət olan bu alayı ruslar həqarətlə "vəhşi diviziya" adlandırırdılar.
Müharibə dövründə Azərbaycanın da iqtisadiyyatı imperiyanın müharibə siyasəti tələblərinə uyğunlaşdırılmışdı. İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431,7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzin istehsal olunmuşdu. Neft sənayesində işçi qüvvəsi azalmışdı. 13 min işçi cəbhəyə göndərilmişdi. Gədəbəydəki mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H. Z. Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi.
Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəlki 910 min desyatindən 1918-ci ildə 620 min desyatinə enmişdi. Taxıl istehsalı 50% azalmışdı. Pambıq əkini sahələri 1916-cı ildəki 105 min desyatindən 1917-ci ildə 37 min desyatinə enmişdi. İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı.
Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300–500 faiz yüksəlmişdi. Bakıya taxıl və digər məhsulların gətirilməsi yarıbayarı azalmışdı. Əhalinin vəziyyəti olmazın dərəcədə pisləşmişdi. Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. BakıdaŞəkidəTovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915–1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi.[1]

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to paneliyev

0 Comments