Saatın yaradılması tarixi

48bF...osq9
27 Feb 2024
44

Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər və çinliləryunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.
Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Boliviyada saat əqrəbləri hökumətin qərarına əsasən sağdan sola doğru hərəkət edir. Dəyişiklik ilk dəfə ölkənin paytaxtı olan La-Paz şəhərindəki parlament binasının üzərindəki saatda edilib.


Saatın növləri.

  • Günəş saatları
  • Su saatları ilk dəfə çində yaranmışdır və ilk yaranan saatlardan olmuşdur.
  • Qum saatları
  • Elektron saatlar
  • Astronomik saatlar
  • Atomik saatlar


Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür.Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər.Həmdə bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır.Çünki Praqaya gələn turistlər qohumlarını və ya orda yaşayanları Astronomik saatın yanına çağırırlar.
Vençeslav Çerni — Saatsaz Hanuş, təxm. 1900.
Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik sferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Əvvəllər belə hesab edilirdi ki, Orloy 1490-cı ildə saat ustası Yan Ruze (həm də Hanuş kimi tanınır) tərəfindən quraşdırılıb; lakin hazırda bunun tarixi səhv olduğu bilinir. Alois Jirasek tərəfindən nəql edilən əfsanəyə görə başqa yerdə belə bir saat işləyə bilməməsi üçün saatsaz Hanuş Praqa Bələdiyyə Məclisi üzvləri tərəfindən kor edilmişdi; öz növbəsində saatsaz isə yaratdığı gözəl sənət əsərini sındırmış və növbəti yüz il ərzində heç kim onu bərpa edə bilməmişdir.
Saat qülləsinin ümumi görünüşü
1552-ci ildə saat usta Yan Taborski tərəfindən təmir edilir, həmin usta təmir haqqında məlumat da yazır və bu izahatında saatın müəllifi kimi Hanuşun adını qeyd edir. Bu səhv dövrün məlumatlarının düzgün şərh edilməməsindən qaynaqlanmışdı. 1962-ci ildə Zdenek Horskinin Orlojda 1410-cu ilə aid sənədlərin kopyaları ilə kitabça aşkarlamasından sonra tarixi həqiqətlər üzə çıxarılmışdı. Usta Hanuşun müəllifliyi məsələsi isə, ehtimal ki, 1470–1473-cü illərdə saatın təmir edilməsi işləri ilə əlaqəlidir. İstifadəyə verildikdən sonra saat dəfələrlə fəaliyyətini dayandırmış və təmir olunmuşdur.
1629 və ya 1659-cu ildən sonra saata taxta fiqurlar əlavə edilmişdir, 1787–1791-ci illəri əhatə edən əsaslı təmir işindən sonra isə saata həvarilərin fiqurları əlavə edilmişdir. 1865–1866-cı illəri əhatə edən növbəti əsaslı təmir zamanı isə saata qızıl banlayan xoruz fiquru əlavə edilmişdi.
7 may, xüsusilə 8 may 1945-ci ildə, Praqa üsyanı zamanı almanlar şəhərin bəzi hissələrini yandırmışdılar, bu zaman saata da zərər dəymişdi. Divarında saat yerləşdirilmiş bina və ona qonşu olan tarixi binalar da yandırılan binalar arasında idi. Yanğın zamanı saatın qiymətli taxta fiqurları və Yozef Manes tərəfindən hazırlanmış təqvim sferblatının üzü də yanmışdı. Uzun müddətli çalışmalar və ustaların səylərindən sonra saatın əkdər mexanizmləri təmir edilmiş, həvarilərin taxta heykəlləri isə Voytex Suçarda tərəfindən bərpa edilmişdir, bundan sonra Orloy 1948-ci ildə yenidən fəaliyyətə başlamışdır.
Saat sonuncu dəfə 2005-ci ildə təmir edilmişdir. Bu təmir zamanı saatın taxta fiqurları və aşağı halqası Yozef Manes tərəfindən bərpa edilmişdir. Taxta fiqurlar hamısı göyərçinlərə qarşı örtüklə müdafiə edilmişdir.

600 illik yubileyi

9 oktyabr 2010-cu ildə saatın 600 illik yubileyi qeyd edilmiş və bu münasibətlə işıq şousu göstərilmişdir. Hər biri 1920x1080 ölçülü olan iki ədəd 2x Christie 18K HD projektoru ilə saat qülləsi üzərində müxtəlif təsvirlər canlandırılmışdır. Təsvirlərdə saatın quraşdırılması, sökülməsi, yenidən qurulması, daxili mexanizmi, məşhur fiqurları və tarixi ilə bağlı müxtəlif hadisələr göstərilmişdir
Ayın fazalarının göstərilməsi.
Ayın ekliptik üzərində hərəkəti günəşin hərəkəti kimi göstərilib, lakin sürəti daha böyük təşkil edilib (ayın yer ətrafında hərəkətinə uyğun olaraq). Yarım gümüşlənmiş sfera ayın fazalarını göstərir. Ay mexanizmin içində yerləşdirilmiş 379 ötürücü mexanizm üzərində yerləşdirilib.

Praqa Orlojunun kompüter modeli

Real vaxtı dəyərləndirə bilmək üçün astronomik sferblatın müxtəlif mexaniki hissələrinin hərəkəti çox ləngdir, lakin Orlojun proqram modeli nəticəsində, animasiya fomasında onun iş prosesini anlamaq daha asan olur. Həmin animasiyalardan birini "Prague à la carte Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine" səhifəsində və ya birbaşa burada Arxivləşdirilib 2010-05-06 at the Wayback Machine izləmək olar. İzahlı və animasiyalı şəkillər və saatın iş mexanizmi haqqında cədvəllər üçün Didaktik şərhlər səhifəsinə baxın.
Windows Phone 7iPhone və iPad üçün də Orloj əsasında tətbiqi proqramlar hazırlanmışdır. Həmin proqramları Zune Marketplace, App Store və ya yuxarıda qeyd edilmiş səhifələrdən əldə etmək olar



Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to iftixar

3 Comments