Şamaxı
Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri Azərbaycan Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.
Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır.
Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır.
yerində tədricən bir şəhər kimi formalaşan Şamaxı obyektiv səbəblər üzündən zaman-zaman sərhədlərini dəyişdirməli olsa da, bəzən hətta xarabalıqlar içindən yenidən baş qaldırsa da, erkən orta əsrlərdə də bir şəhər kimi varlığını və əhəmiyyətini qoruyub saxlaya bilmiş, Xilafətin hakimiyyəti illərində isə tədricən mühüm ictimai-iqtisadi və siyasi mərkəzə çevrilmişdir.
IX əsrdən başlayaraq Şamaxı şəhəri haqqında mənbələrdə çox geniş məlumat verilir. Bu 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə bağlıdır.
əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.