Haskiler

78ia...UVzd
27 Jan 2024
29

Sibir haskisi


Mənşəyi
Ölkə


Ümumi məlumat

Bu itlər buz mavisi gözləriylə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlıqlarına düşkündürlər və inadcıldırlar, yaltaqlanmağı sevmirlər. Bəzilərinin göz rəngi fərqli ola bilər (hətta gözlərinin rəngləri ayrı-ayrı da olur). Uşaqlara qarşı çox xoşgörüşlüdür. Əslində hamı ilə yaxşı keçinir amma quş, siçan kimi balaca heyvanları ovlamaq istəyir, tək qalanda sıxılıb evdəki bəzi əşyaları gəmirə bilər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözleridir, bu orqanları çox həssas və daima nəzarətdə olmalıdırlar.
Orta ömürləri 11–13 ildir. Erkəyinin çəkisi: 20 ilə 27, dişisinin çəkisi: 16 ilə 23 kq arasıdır. Hündürlükləri: Erkək 54–60 sm, Dişi 51–56 sm.

Xüsusiyyətləri Ağıllı, çox oyunçu, ictimai, Ailələrinə bağlı ancaq inadçı və tənbəl itdirlər. Ağıllı və ictimai, çox asan öyrənirlər, amma öz məntiqlərində məqsədsiz tapdıqları əmrlərə gəlməməkdə israr edərlər. Əmr verilməsi çətin bir irqdir. Evdəki / ətraflarındakı digər heyvanlarla çox yaxşı dolanarlar ancaq siçan və kiçik quşlar kimi kiçik heyvanları ovlamağa meyillidirlər. Çox asan öyrənərlər ancaq əmrlərə cavab almaq üçün səbir və ardıcıllıq lazımdır. Hava isti olmadığı müddətcə qaçıb oynamağı çox sevərlər ancaq istilərdə qorunmalı sərin bir yerdə tutulmalıdırlar. Bu itlərin bir xarakterik xüsusiyyəti hürməyi sevməmələridir, ona görə də gözətçi iti olaraq çox uyğun deyil. Hürməklərinə qarşı uluma çox sevərlər. Uşaqlarla araları çox yaxşıdır, onlara qarşı çox tutarlı və səbirlidirlər. qalın kürklərinə görə istiyə dözümləri yoxdur. Azadca qaçıb oynamağı çox sevərlər. Boş buraxılmağa gəlməzlər, çünki qaçıb başı boş gəzməkdən xoşları gəlir.


Baxımları

Azadca qaçıb oynamağı çox sevən bir irqi olduqlarından ötəri ev həyatı üçün çox uyğun itlər deyildirlər. Hava isti olmadıqca çox yaxşı qaçış dostlarıdır. Tüklərinin uzun olmamasından ötəri nizamlı aralığla fırçalamaq lazımdır. Fırçalarkən incitməməyə diqqət edin, hirslənə bilərlər(hirsləndiyi zaman adama cumada bilər və bəzəndə cummaları öldürücü ola bilər). Olduqca çox məşq ehtiyacları vardır. Tək başlarına olmağı heç sevməzlər, tək başlarına qalanda ətrafdakı obyektləri gəmirməyə başlaya bilərlər.

Tarixçələri

Bu irqi əsrlər Sibirdə Çukçi xalqı tərəfindən xizək çəkmə, Ren maralı sürülərini otarmaq və gözətçi iti olaraq istifadə edilmişlər. 1905-ci ildə bu itlər Alaskaya aparılmışdır. Bölgədə 1925-ci ildə ortaya çıxan difteriya epidemiyası üçün lazım olan dərmanları, bu itlərdən ibarət bir çox bölgəyə gətirməyi bacarmışdır və bu hadisədən sonra insanların diqqətini çəkmişdir.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Elbrus

1 Comment