Eth haqqında məlumat
Ofisdən çıxmadan kredit sifariş edin
ethereum logoKriptovalyuta exo sisteminin gətirdiyi yeniliklər içərisində bəlkə də ən maraqlı və bir çox insan üçün ən qarışıq olan Ethereum-u sizlər üçün araşdırdıq. Adını ilk eşitdiyimiz gündən etibarən səssiz-sədasız inkişafını izlədiyimiz bu yeniliyi sizlərlə bölüşməyin və diqqətlərinizi üzərinə çəkməyin vaxtının gəldiyini düşünürük.
Ethereum nədir?
İlk dəfə Cənubi Amerika Bitcoin Konfransında qurucusu Vitalik Buterin tərəfindən təqdimatı həyata keçirilən və özlərinin belə gözləmədiyi böyük bir marağa səbəb olan Ethereum xaricdən baxıldığında bir “altcoin” kimi görünsə belə əslində digər altcoinlərə nəzərən daha çox yeniliyə sahib olan bir sistemdir.
Tək bir cümlə ilə aydınlaşdırmaq lazım gələrsə, Ethereum Layihəsi ana güc qaynağı ETH (kriptovalyuta) olan bir Kripto Əməliyyat Sistemidir. Bitcoin-in blockchain məntiqindən yola çıxaraq yaradılan Ethereum platforması, özünə xas xüsusi bir əməliyyat dilindən istifadə edərək bu əməliyyat sistemi üzərində “mərkəzi olmayan” əməliyyat protokollarının inkişaf etdirilməsinə imkan yaratmaqdadır. Bu protokolların hesabına eyni ana əməliyyat sistemi daxilində və tək bir blockchain üzərindən qəbul olunmuş müqavilələrdən istifadə olunaraq minlərlə altcoin yaratmaq mümkün ola biləcək. Əksər insanlar Ethereum-u bu şəkildə ifadə edirlər: “Bitcoin Vol 2”.
Bitcoin-in taxtını əlindən alacaqmı?
Exo sistemdə uzun müddət müzakirə olunan və zaman-zaman müxtəlif reaksiyalara səbəb olan bir məsələ də Ethereum-un Bitcoin-ə alternativi, hətta onu taxtından edəcək bir kriptovalyuta sistemi olub-olmaması sualı idi. Lakin Ethereum heyəti tərəfindən verilən açıqlamada bu sualı açıq bir şəkildə aydınlaşdırmış oldu. Buterin tərəfindən verilən müxtəlif açıqlamaların xülasəsi belədir:
Vitalik Buterin“Əgər kriptovalyutalar ilə dünyada mövcud olan dəyərli mənbələri qarşılaşdırırıqsa və Bitcoin-i QIZIL, Litecoin-i GÜMÜŞ olaraq qəbul ediriksə, Ethereum BENZİN-dir. Çünki Ethereum-un altında yatan texnologiya dünyanın internet sistemindəki enerji qaynağı olacaqdır. Dünyada benzin necə bir sektor və texnologiyada tətbiq olunursa, Ethereum texnologiyası üçün də eyni şeylər keçərlidir. Bu səbəblə biz Ether-i “kripto yanacaq” olaraq adlandırırıq. Ethereum platformasının ehtiyyac duyduğu enerji Ether (ETH) ilə təmin olunacaq.”
Buradan da aydın bir şəkildə məlum olduğu kimi, Ethereum-un Bitcoin-in taxtında gözü yoxdur. Onsuzda Ethereum heyətini araşdırdığımızda hamısının Bitcoin-in ilk zamanlarından bu yana Bitcoin cəmiyyəti daxilində yer alan proqramçı beyinlər olduğunu görürük.
Ethereum-un qurucularından Vitalik Buterin, eyni zamanda hamımızın yaxından izlədiyi Bitcoin Magazine saytının qurucularından biridir. Çox yaxşı bir proqramçı olan Buterin, 2011-ci ildə tanış olduğu Bitcoin dünyası səbəbilə universiteti tərk edib bütün dünyada bitcoin cəmiyyətlərinin görüşmələrinə qatılaraq bu işin ana heyətində yer almağa başlamış bir idealistdir.
Ethereum-un ilk danışılmağa başladığı günlərdən etibarən izləyənlərin xatırlayacağı qədərilə layihə sadəcə 4 şəxslə başlamışdı. (Vitalik Buterin, Charles Hoskinson, Anthony Dilorio, Gavin Wood). Layihə heyəti 2 ayda 32 nəfərlik saya çatmışdır və işlərinə davam edirlər. Hələlik rəsmi olaraq bazara belə daxil olmayan Ethereum-un bu qədər insan tərəfindən dəstəklənməsi gələcəyi baxımından ciddi ipuçları verir. Bununla yanaşı, heyətdə yer alan proqramçıların əksəriyyəti dünyaca tanınan yenilikçilərdir.
GPU mədənçiliyi ilə qazılacaq olan Ethereum-un nə vaxt bazara daxil olacağını tam olaraq bildirilmədi. Lakin yenilikçilərin verdiyi açıqlamaya əsasən 2014-cü ilin sonlarında exo sistemdə yerini alacaq kimi görünürdü.
Ethereum alqoritması etibarilə scrypt mədənçiliyi ilə Asic cihazlara qarşı müqavimətli bir quruluşa sahibdir. Bunun sayəsində hər şəxsi kompyuter rahatlıqla mədənçilik edə biləcək və sistem şəbəkəsi çox daha geniş kütlələr tərfindən bəslənilə biləcəkdir.
Ethereum haqqında ən düzgün və ən geniş məlumatı əldə edə biləcəyiniz mənbələrin siyahısı aşağıda verilmişdir. Əgər bu yazıda verdiyimiz qısa giriş sizin Ethereum haqqında başqa şeylər ilə də maraqlanmağınıza səbəb oldusa, aşağıdakı saytlarda bütün cavabları tapa bilərsiniz.
Hər şeydən öncə Ethereum White Paper-i oxumağınızı tövsiyyə edirəm. Burada Ethereum-un çıxış nöqtəsindən, Ether məntiqinə, gələcək planlarından inkişaf mərhələsinə qədər hər növ texniki və qurumsal məlumatı əldə edə biləcəksiniz. (Çox uzun bir hekayəyə addım atmış olacaqsınız. Geniş bir vaxt ayırmağınızda fayda var.)
Ethereum ana veb saytı sizləri təməl qaydada salamyacaq bir saytdır.
Bitcointalk-da Ethereum haqqında bir şeylər axtarmış ola bilərsiniz. Lakin ən yeni məlumatların yer aldığı əsas forumsaytlarını indidən çox sıx və təsirlidir. Bitcointalk-da daha çox Ethereum-un nə vaxt bazara daxil olacağı ilə maraqlananların izlədiyi bir səhifələri var. Ona da burdan daxil ola bilərsiniz.
Ən yeni xəbərləri yayımladıqları Ethereum Blog saytını mütləq izləməlisiniz. Çünki bütün rəsmi açıqlamalar buradan edilir.
Sosial mediyada izləmək istəsəniz, facebook ve twitter rəsmi hesablarını bəyənməyiniz və izləməniz kifayətdir.
Gördüyünüz kimi Ethereum digər heç bir altcoin kimi deyil. Ən sadə dildə desək, hələlik sadəcə açıq mənbə bir test olmasına rəğmən qarşılaşdığı maraq alt quruluşunda ciddi bir gözləntinin yaranmasının sübutudur. İnsanlar heç bir qarşılıq gözləmədən tərcümələrini edir, tanıdır və fəal olaraq layihəyə qatqı sağlayırlar.
Biz də Kripto.az olaraq Ethereum haqqındakı yenilikləri yaxından izləyərək sizlərlə bölüşəcəyik.
Ethereum-un hazırki qiyməti
Bu məqalə yazılan gün Ethereum qiyməti