Bitcoin Nedir?
Bitcoin nədir?
Etibarlı və riski daha az olan investisiya dedikdə ağlımıza ilk növbədə qızıl, ev, torpaq və biznes məqsədli daşınmaz əmlak gəlir. Lakin təcrübə göstərir ki, hətta onları belə qlobal maliyyə durğunluğu dövründə ideal investisiya aləti hesab etmək olmaz. Müasir dövrdə yeni nəsil maliyyə aktivi kimi kriptovalyutalar kifayət qədər populyarlıq qazanıb. Kriptovalyutalar investorlar üçün yüksək riskli maliyyə aktivi olmaqla barəbər son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib. Rəqəmsal aktivlər arasında hazırda ən çox tanınan kriptovalyuta bitcoin hesb edilir.
Bitcoin (bitkoin) – rəqəmsal valyutanın bir növü olmaqla yanaşı ödəniş sistemi şəbəkəsidir. Kriptoqrafik protokola əsaslanan bitcoin istifadəçilər arasında vasitəçi olmadan kompüter və ya smartfonlar ilə xüsusi elektron cüzdanlar vasitəsi ilə köçürülə bilir. Bitcoin-cüzdan yaratmaq üçün e-poçt olması kifayət edir. Bitcoin hesabı 33 simvoldan (rəqəm və hərf) ibarət olur və hesab nömrəsi 1 və ya 3 ilə başlayır. Məsələn: 1DgDHCAmuDhZaAm9LZ5VBttzLgT9pk5JcY.
Bitcoin-in ilk portotipi olan “b-money” layihəsi kompüter mühəndisi və kriptoqraf Wei Da tərəfindən 1998-ci ildə təklif edilsə də faktiki olaraq ilk kriptovalyutanın yaradıcısı Satoşi Nakamoto hesab olunur. O, “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi (Bitcoin White Paper) internetdə dərc etməklə ilk kriptovalyutanın tarixi başladı. Bitcoin ilə bağlı məlumat ilk dəfə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin (Genesis block) 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin üçün əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər. Satoşi Nakamotonun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalmaqdadır. Onun şəxsiyyəti barədə hələ də dəqiq məlumat yoxdur lakin bəzi mənbələrdə onun adı və soyadının texnoloji şirkətlərin adlarının bir hissəsi olduğu təxmin edilir: Samsung, Toshiba, Nakayama və Motorola. İddia olunur ki, Satoşi Nakamotonu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb “genesis blok”-un heşində “The Times” nəşrindən olan «Chancellor on brink of second bailout for banks» adlı başlığının olmasıdır.
Bitcoin-in əldə edilməsi prosesi mədənçilik və ya mayninq (mining) adlanır və bu proses blokçeyn (blockchain) texnologiyasına əsaslanır. Bitcoin qabacadan müəyyən alqoritim əsasında emissiya edilir. Bitcoinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını blokçeyn texnologiyası təmin edir. Bitcoinlərin sayı məhduddur və maksimum sayı 21.000.000 ola bilər. Alqoritm üzrə sonuncu bitcoin 2140-cı ildə mayninq ediləcək. Bitcoin adətən qısa olaraq BTC yazılır və 100.000.000 satoşiyə bərabərdir. Yəni, satoşini bitcoin-in qəpikləri kimi hesab etmək olar.
Bitcoin hər hansı bir dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb və təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzənəsi ilə mübadilə edilə bilir. Bitcoin-dən istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz çünki rəqəmsal valyutaların dövriyyəsi birbaşa internetdə baş verir və onlardan istifadə edənlərə hər hansı nəzarət mexanizmi yoxdur.
Bitcoin-in qiymətinə 2 əsas amil təsir edir:
- Tələb və təklif amili. Bazarda tələb varsa qiymət də yüksək olacaq. Tələb isə o zaman yaranır ki, investorlar arasında bitcoin-ə maraq və inam artır. Nə qədər ki, bazarda bitcoin alanlar satanlardan çox olacaqsa qiymət də yuxarı olacaq.
- Çətinlik əmsalı. Kriptovalyutanın sayının məhdud olması hər bir yeni bitcoin-in “mayninq”-nin ondan öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Çətinlik əmsalı artıqca bitcoin-in “maya dəyəri” də artır.
Kütləvi informasiya vasitələrində bitcoin haqqında dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. İstənilən fundamental faktor bazar iştirakçılarının əhval-ruhiyyəsindən aslı olaraq birbaşa investorların qərarlarına təsir edir. Əsas fundamental faktorlar:
- Dünyada baş verən qlobal iqtisadi böhranlar və siyasi gərginliklər. Məsələn: ABŞ-Çin ticarət müharibələri, ABŞ-İran münasibətlərinin gərginləşməsi və s;
- Koronavirus (Covid-19) pandemiyası;
- Beynəlxalq maliyyə tənzimləyici orqanlarının rəsmi açıqlamaları və dövlətlərin kriptovalyutalarla bağlı siyasətləri;
- Kriptovalyuta sənayesində baş verən yeniliklər, birjalara haker hücumları;
- İctimai şəxslər və nüfuzlu korporativ şirkətlərin açıqlamaları.
Bitcoin almaq və onu sonradan nağd pula çevirməyin 4 əsas üsulu var: kriptovalyuta birjaları, mübadilə servisləri, bitcoin ATM-lər və fiziki şəxlərin (əldən almaq) köməyi ilə.
Bitcoin ilə gəlir əldə etməyin 3 əsas üsulu var:
- İnvestor strategiyası – bitcoin alıb uzunmüddətli mövqedə bahalaşmasını gözləmək və bahalaşdıqdan sonra satmaq;
- Treyder strategiyası – bitcoin alıb kriptovalyuta birjalarında qısamüddətli mövqedə ticarət etmək və yaranmış məzənnə fərqində gəlir əldə etmək;
- Mayninq avadanlıqlarını almaqla bitcoin mayninq etmək – Bunu etmək üçün xüsusi texniki biliklərə malik olmaq şərtdir.
Bitcoin aldığınız zaman 3 mühüm risk faktorunu nəzərə almalısınız:
- Yüksək volatillik riski. Bu o deməkdir ki, tənzimlənməyən kriptovalyuta bazarında qiymətlər gün ərzində sürətlə qalxa və ya eyni zamanda enə bilər. Bu faktor kriptovalyuta bazarına xas olan xüsusiyyətdir. Buna psixoloji hazır olmaq lazımdır.
- Hüquqi risk. Kriptovalyutalar üzrə hələ də vahid beynəlxalq hüquqi tənzimləmə mexnizmi olmadığından investorların istədikləri vaxt bitcoin-i nəğdləşdirmək və ya ödəniş vasitəsi kimi istifadə imkanları olmur.
- Elektorn cüzdanın hak edilməsi və ya parolun itirilməsi riski. Bitcoin vahid mərkəzdən idarə olunmadığına görə hesab üzrə parolun itirildiyi və ya oğurlandığı zaman geri qalytarılması üçün müraciət etmək imkanı yoxdur. Elektron cüzdanların hak edilməsi riskindən isə heç kim sığortalanmayıb.
Bitcoin bir çox hallarda “rəqəmsal qızıl” adlandırılır. Bitcoin-in əsas xüsusiyyətləri: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiyası qeyri-mümkündür. Bitcoin şəbəkəsində insanlar bir-biri ilə bank və ya hər hansı digər üçüncü vasitəçi olmadan, qısa zaman ərzində və çox cüzi komissiya xərci ilə valyuta mübadiləsi edir. Bu konsepsiya maliyyə sahəsində inqilabi yenilkdir! Kriptovalyuta sənayesi hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə bitcoin-nin fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün qlobal və lokal səviyyədə müyyən qanunvericilik aktlarının qəbul edilməsi vacib şərtdir. Dövlətlər, beynəlxalq tənzimləyici qurumlar və iri maliyyə təşkilatları bu baxımdan tələsmirlər və rəqəmsal valtutaların imkanlarını, onların yarada biləcək riskləri araşdırırlar. Hələ ki, yalnız Yaponiya bitcoin-i rəsmi ödəniş vasitəsi kimi qəbul edib.
Niyə Bitcoin?
Bitcoin-ə dəyər qazandıran əsas xarakteristikaları:
- Blokçeyn texnologiyası. Bitcoin bu texnologiyanın ilk məhsuludur. Blokçeyn tək kriptovalyuta seqmenti üçün deyil maliyyə-bank, səhiyyə, təhsil, loqistika, media, turizm sektorlarında da tətbiq edilir və çox güclü potensiala malikdir.
- Mərkəzi idarəetmənin olmaması. Mərkəzləşdirilmiş strukturlardan fərqli olaraq bitcoin şəbəkəsində heç kimin təkbaşına qərar vermək və ya dəyişiklik etmək hüququ yoxdur. Bitcoin hər hansı bir dövlətin siyasi və iqtisadi vəziyyətdən, Mərkəzi Bankların monetar siyasətlərindən asılı deyil.
- Maliyyə senzurasının olmaması. Bitcoin şəbəkəsində ünvan və e-cüzdan sayı, köçürmə məbləği və balansda vəsait limitləri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bank köçürmələrindən fərqli olaraq bitcoin tranzaksiyaları dəyişdirilə, dondurula və ya ləğv edilə bilməz. Sizin razılığınız olmadan vəsaitləriniz heç bir yerdə istifadə edilə bilməz.
- İstifadə rahatlığı. Bitcoin almaq və ya göndərmək üçün hər hansı bir elektron cüzdanın mobil tətbiqini yükləməyiniz kifayət edir. Hesabınızda olan vəsaitlərinizi istifadə etmək üçün şəxsiyyətinizi təsdiqləməyiniz, əlavə sənədlər yükləməyiniz və ya qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.
- Təhlükəsizlik, etibarlılıq və şifrələmə. Bitcoin şəbəkəsindəki məlumatlar çox yaxşı qorunur. Şəbəkə daxilində göndərənin və ya alıcının kimliyini bilinmir. Şifrələmə sistemi əməliyyatlardakı iştirakçıların anonimliyi təmin edilir.
- Kriptovalyutaların tətbiqi imkanlarının artması. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə rəqəmsal valyutaların verə biləcəyi imkanlar fiat pullar ilə müqayisədə daha çoxdur. Qlobal maliyyə böhranı və koronavirus pandemiyası dövrü buna əyani sübut oldu. Rəqəmsal ödənişlərin real sektorda tətbiqi kriptovalyutaların faydalı olmasını daha da tezləşdirəcək və bitcoin-i ödəniş vasitəsi kimi daha populyar edəcəkdir.
- Qiymət artımı prespektivi. Bir çox fiat valyutalar maliyyə böhranları nəticəsində dəyərni itirdikləri halda bitcoin əskinə olaraq dəyəri zaman keçdikcə daha da artıb. Nə qədər ki, dövlətlər maliyyə problemlərinin həllini iri həcmli pul kütləsini çap etməkdə görəcək bitcoin də dəyər qazanmaqda davam edəcək.
Bitcoin haqqında maraqlı faktlar:
- Bitcoin sayı məhduddur və maksimum 21.000.000 ola bilər. Alqoritm üzrə sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək;
- İlk bitcoin tranzaksiya – Satoşi Nakamoto 21 yanvar 2009-cu ildə Hal Finney adlı şəxsə 100 BTC göndərməklə ilk bitcoin tranzaksiyası həyata keçirib;
- 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollar/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1.309,03 BTC;
- Bitcoin ilə ilk sövdələşmə – 2010-cu ilin may 22-də Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə 10.000 BTC müqabilində 2 pizza alıb. Həmin vaxt 1 BTC 0.003 dollara bərabər idi;
- İlk bitcoin bankomat 2013-cü ilin oktyabr ayında Kanadanın Vankuver şəhərində istifadəyə verilib. CoinATMradar.com-a əsasən hazırda dünyada 35.700-dən çox kripto-ATM var;
- Ödəniş vasitəsi kimi bitcoin qəbul edən ilk avtomobil şirkəti Lamborghini olub. 2014-cu il istehsalı Lamborghini Gallardo 216.8433 BTC-yə (həmin vaxt 209,995.00 USD bərabər idi) satılıb;
- Kiprdə yerləşən Nicosia Universiteti 2013-cü ilin noyabr ayında bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi qəbul etmiş ilk universitetdir;
- SkyCraft Airplanes dəyəri 55.000 dollar olan “SD-1 Minisport” modelini BTC ilə satışa çıxaran ilk təyyarə şirkət olub;
- Spice Girls qrupunun keçmiş üzvü Mel B öz çıxışı müqabilində Bitcoin qəbul edən ilk şou-biznes ulduzu olub;
- 2013-cü ilin noyabr ayında BTC-nin qiyməti ilk dəfə olaraq qızılın qiymətini keçib.
- Bitcoin qiymətində ən böyük enmə 2013-cü ilin aprel ayında müşahidə olunub. BTC-nin qiyməti 24 saat ərzində 80% enmişdi;
- Silk Road – bütün ödənişlər BTC ilə olan ilk sayt idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan saytda yüngül narkotiklər, incəsənət əsərləri, soyuq silahlar, həmçinin saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu;
- 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq qəbul etdi;
- Bitcoin-in qadağan edildiyi ilk ölkə Taylad olub. Qadağa üçün əsas səbəb kimi BTC-nin vergiyə cəlb edilə bilməməsi idi. Lakin bir müddət sonra bu qadağa aradan götürüldü. Hazırda BTC-nin qadağan edildiyi ölkələr – Vyetnam, Boliviya, Nepal, Ekvador, Mərakeş, Banqladeş;
- Yaponiya 2017-ci ilin aprelin 1-də bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk dövlət oldu;
- Daşınmaz əmlak üzrə ən bahalı bitcoin-müqavilə 2018-ci ilin fevral ayında bağlanıb. Bitcoin investor Michael Komaransky Mayamidəki villasını 455 BTC-yə (həmin vaxt 6.5 mln dollara bərabər idi) satıb.
Nəticə:
Bitcoin yanvarın 7-si tarixi maksimum qiymətini yenilədi və 41.200 dollara qədər qalxmağı bacardı. Nəticədə bitcoin 766 milyard dollarlıq bazar kapitalizasiyası ilə Alibaba, Tencent, Berkshire Hathaway, Samsung, VİSA, Walmart, JP Morgan kimi iri şirkətləri keçməyi bacardı. Bununla da, son 1 il ərzində 556% artım ilə bitcoin bir daha sübut etdi ki, yeni nəsil maliyyə aktivi kimi digər ənənəvi maliyyə alətlərindən (qızıl, səhm, istiqraz, əmtəə, daşınmaz əmlak) daha sərfəli investisiyadır. 2020-ci ildə MicroStrategy, Square, MassMutual kimi şirkətlərin, müxtəlif investiysiya və hedc fondların (SkyBridge Capital, Ruffer Investment Company, One River Asset Management) bitcoin-ə investisiya etməsi ümumilikdə kriptovalyuta bazarının canlanmasına şərait yaratdı və növbəti “bitcoin ralli”-yə təkan verdi. Korporativ investorlar bitcoin-i qızıla alternativ olaraq rəqəmsal yığım aləti kimi görür və öz investisiya portfellərini dünya valyutalarının inflyasiyası fonunda hedc etmək istəyirlər. “Fidelity Investments”-in apardığı sorğu nəticəsində məlum olub ki, ABŞ və Avropadakı 774 iri institusional investorların 36%-i artıq bitcoin və digər rəqəmsal aktivlərə investisiya edib. Nəticələr rəqəmsal valyutaların yeni bir investisiya aktivi olaraq qəbul edilməsindəki artım tendensiyasını təsdiqləyir. Nəzərə almaq lazımdır ki, bazar iştirakçıları adətən ənənəvi aktivlər istənilən gəliri gətirmədiyi zaman bitcoin kimi riskli alternativ aktivlərə müraciət edirlər.
Azərbaycanda sayı elə də çox olmayan yerli kripto-treyderlər və həvəskar investorlar son 2 həftə ərzində kriptovalyuta bazarında baş verən qiymət yüksəlişini diqqətlə izləyirlər. Bitcoin-in qısa müddətdə bu cür sürətli dəyər qazanması böyük əkəsəriyyət üçün gözlənilməz olsa da ümumilikdə “kripto cəmiyyətdə” müsbət qarşılanıb. Hətta bugünə qədər ümumiyyətlə rəqəmsal valyutalar barəsində xəbəri olamayan şəxslər belə mövcud qiymət artımından sonra kriptovalyutalar (əsasən bitcoin) ilə maraqlanmağa başlayıblar. Hazırda ölkəmizdə kriptovalyutalar ilə bağlı müvafiq qanunvericilik bazası və ya tənzimlənmə mexanizmi olmadığından yerli korporativ şirkətlər kripto-investisiyalara maraq göstərsələr də faktiki olaraq hər hansı bir fəaliyyət yoxdur. Bu səbəbdən də Azərbaycanda kriptovalyuta alqı-satqısı üzrə dövriyyə və ya rəqəmsal valyuta istifadəçiləri haqqında hər hansı bir statistika yoxdur.
Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə və kriptovalyuta sektorunda real təcrübəniz yoxdrsa o zaman çalışın bitcoin-ə itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Ümid edirəm ki, yuxarıda qeyd etdiklərim sizə faydalı olacaq. Uğurlar!!!
Müəllif: Elnur Quliyev / Crypto Consulting MMC
Kriptovalyuta nədir?
Azərbaycanda kriptovalyuta üzrə təlim
Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə
DeFi maliyyəsi nədir?
NeoBank – yeni nəsil bankçılıq
AirDrop nədir?
Azərbaycanda dövlətin maliyyə dəstəyi mexanizmləri
Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri
Like this:
Loading...
Related
ATV-nin “İqtisadi Zona” verlişində bitcoin mövzusu (video)
02.03.2021
In "Bitcoin"
Kriptovalyuta nədir?
13.01.2018
In "Araşdırma"
Bitcoin 10 ilə 9.000.000% dəyər qazanıb
05.01.2020
In "Bitcoin"
- ARAŞDIRMA ELNUR QULİYEV KRİPTO BİLİKLƏR MARAQLI STANDART
- B-MONEYBAZAR KAPİTALİZASİYASIBİTCOİNBİTCOİN (BİTKOİN)BİTCOİN ALBİTCOİN CÜZDANBİTCOİN HAQQINDABİTCOİN HESABIBİTCOİN NEDİRBİTCOİN NƏDİRBİTCOİN RALLİBİTCOİN WHİTE PAPERBİTKOİNBİTKOİN ALMAQBİTKOİN NƏDİR?BTC NƏDİR?ELNUR QULİYEVFİDELİTY INVESTMENTSGENESİS BLOCKİLK KRİPTOVALYUTAKRİPTO XƏBƏRLƏRKRİPTOİNVEST.AZKRİPTOVALYUTAKRİPTOVALYUTA SƏNAYESİMAYNİNQNƏDİR?RƏQƏMSAL QIZILRƏQƏMSAL VALYUTASATOŞİ NAKAMOTOWEİ DA
Published by kriptoinvest.az
View all posts by kriptoinvest.az
Yazı naviqasiyası
Previous
JP Morgan: Bitcoin 146.000 dollar olacaq
Leave a Reply
AXTARIŞ:
Top 10
NamePriceBitcoin
(BTC)
$43,139.79Ethereum
(ETH)
$2,236.47BNB
(BNB)
$0.00Solana
(SOL)
$100.24XRP
(XRP)
$0.00Cardano
(ADA)
$0.563Dogecoin
(DOGE)
$0.0829Polkadot
(DOT)
$0.00TRON
(TRX)
$0.00
Saytın xəritəsi
- Əsas səhifə
- Araşdırma
- Kripto xəbərlər
- Kriptovalyuta
- Blockchain
- ICO
- Maliyyə
- Beynəlxalq resurslar
- Maraqlı
- Avto
- COVİD-19
- Tədbirlər
- Haqqımızda
BTC
1.00
AZN
₼73,337.63
Change: -5%
Volume: $19.7B
Source:
Mənim Favoritlərim
NamePriceChainlink
(LINK)
$0.00VeChain
(VET)
$0.00Algorand
(ALGO)
$0.2046Flow
(FLOW)
$0.848The Sandbox
(SAND)
$0.525EOS
(EOS)
$0.776Tezos
(XTZ)
$0.981GALA
(GALA)
$0.00IoTeX
(IOTX)
$0.0517Enjin Coin
(ENJ)
$0.00Flux
(FLUX)
$0.00Reef Finance
(REEF)
$0.00Bella Protocol
(BEL)
$0.00
Ən çox oxunan
- FİN kod nədir?
- BakıKart balansını onlayn artırmaq qaydası
- İnstagram hesabını silmək və dondurmaq qaydaları
Bizi İzləyin
- Bitcoin(BTC)$43,139.79-4.69%
- Ethereum(ETH)$2,236.47-5.93%
- BNB(BNB)$0.000.640%
- Solana(SOL)$100.24-7.85%
- XRP(XRP)$0.00-8.27%
- Cardano(ADA)$0.563-8.82%
- Dogecoin(DOGE)$0.0829-10.21%
- Polkadot(DOT)$0.00-9.82%
- Shiba Inu(SHIB)$0.00-9.05%
- Stellar(XLM)$0.00-8.13%
- VeChain(VET)$0.00-8.78%
- Algorand(ALGO)$0.2046-10.75%
- Theta Network(THETA)$0.00-13.68%
- The Sandbox(SAND)$0.525-11.77%
- EOS(EOS)$0.776-11.18%
- Tezos(XTZ)$0.981-11.76%
- IOTA(IOTA)$0.00-12.12%
- IoTeX(IOTX)$0.0517-3.75%
- Holo(HOT)$0.00-7.08%
- Harmony(ONE)$0.0191-7.43%
- IOST(IOST)$0.00-2.22%
- Reserve Rights(RSR)$0.00-16.39%
- Serum(SRM)$0.00-2.38%
- Keep Network(KEEP)$0.008.70%
- Bitcoin(BTC)$43,139.79-4.69%
- Ethereum(ETH)$2,236.47-5.93%
- BNB(BNB)$0.000.640%
- Solana(SOL)$100.24-7.85%
- XRP(XRP)$0.00-8.27%
- Cardano(ADA)$0.563-8.82%
- Dogecoin(DOGE)$0.0829-10.21%
- Polkadot(DOT)$0.00-9.82%
- Shiba Inu(SHIB)$0.00-9.05%
- Stellar(XLM)$0.00-8.13%
- VeChain(VET)$0.00-8.78%
- Algorand(ALGO)$0.2046-10.75%
- Theta Network(THETA)$0.00-13.68%
- The Sandbox(SAND)$0.525-11.77%
- EOS(EOS)$0.776-11.18%
- Tezos(XTZ)$0.981-11.76%
- IOTA(IOTA)$0.00-12.12%
- IoTeX(IOTX)$0.0517-3.75%
- Holo(HOT)$0.00-7.08%
- Harmony(ONE)$0.0191-7.43%
- IOST(IOST)$0.00-2.22%
- Reserve Rights(RSR)$0.00-16.39%
- Serum(SRM)$0.00-2.38%
- Keep Network(KEEP)$0.008.70%
Share This