İt
İnsanlar dörd yüzədək it cinsi yetişdirmişlər. Qəribəsi budur ki, bütün itlər bir əcdaddan – canavardan törəmişlər.
Qoyun itlərini götürək. Onlar çoxdur: əzələli, qayışbaldır Şərqi Avropa qoyun itləri; yumşaqtüklü kolli (Şotlandiya qoyun itləri); nəhəng qıllı, qısa ayısifət Qafqaz qoyun itləri; ağ, uzun qıvrım tüklü Cənubi Rusiya qoyun itləri. Bunların hamısı iri, güclü itlərdir. Şərqi Avropa qoyun itləri əla xidmət itləridir. Onlardan sərhəddə, cinayət axtarışında istifadə edilir. Xidmət itlərini xüsusi “it” məktəblərində öyrədirlər. Şotlandiya, Cənubi Rusiya və Qafqaz qoyun itləri qoyun sürülərini yırtıcı heyvanlardan qoruyur, uzaq otlaqlara, çölə və ya dağlara çıxdıqda qoyunları müşayiət edir.
İri, ağır ayı pəncəli, quyruğu yumşaqtüklü, qara qıllı nəhənglərin – nyufaundlendlərin (və ya dalğıcların) xüsusi xidməti var. Bu itlər üzməyi bacardığından, onlara suda boğulanları xilas etməyi öyrədirlər.
Bilirsinizmi ki, minaaxtaran itlər müharibə vaxtı adamlara necə kömək etmişlər? Onlar minaları axtarıb tapırdılar. İt partladıcı maddəni duyan yerdə otururdu. Özü də elə bir hal olmamışdır ki, it nahaq yerə “həyəcan” qaldırsın. İtlərin daha bir hərbi “ixtisası” sanitar xidmətidir; onlar döyüş yerində yaralıları axtarıb tapırdılar. İtlərlə məlumat da göndərilirdi. Onlar açıq yerdə sürünür, güllələrin altından şütüyüb keçir, adamların gedə bilmədiyi yerə gedirdilər.
Xidmət itləri arasında böyük, sakit və qıllı, sarı və ya boz xallı ağ itlər də var. Bunlar senbernarlar – xilaskarlar adlanır. Neçə yüz il bundan əvvəl Alp dağlarında çətin və təhlükəli keçidlərdə monastır var idi. Bu cinsdən olan itləri də orada yetişdirmişlər. Çovğundan sonra və ya gecələr itləri darvazadan bayıra buraxırdılar. Onların hər birinin kürəyində yorğan və yemək qoyulmuş paket olurdu. İt on kilometrlərlə məsafəni qaçır, qarın altında qalanları, azmış yolçuları axtarıb tapırdı.
Ov itləri çoxdur. Ov iti – layka öz əcdadı olan canavara çox oxşayır. Şimalda layka marallara çox yaxşı “çobanlıq” edir. İt kirşələri adam və yük daşıyır.
Tazıların dar, uzun sifəti, yaraşıqlı bədəni, güclü və uzun ayaqları var. Bu cins Rusiyada yaradılıb. Onlar vəhşi heyvanın ardınca çox iti sürətlə qaçırlar. Sürətli atlara minmiş ovçular da bəzən onlardan geri qalırlar. Qəribə sifəti, qısa ayaqları, uzun bədəni olan it isə taksadır. O, porsuqların və tülkülərin qənimidir. Porsuq və tülkü həmişə dərin, bir neçə girişi və çıxışı olan yuvasında gizlənir. Onları oradan çıxarmaq asan deyil. Bu halda yuvaya balaca və çevik taksanı salırlar. Belə ov üçün kiçik və çevik foksteryerdən də istifadə edirlər.
Vəhşi heyvanı ov tulaları hürməklə qovur. Ovçu heyvanın yolu üstündə bir yerdə dayanır, it isə tülkünü və ya dovşanı birbaşa onun üstünə qovur. Ov tulaları qoçaq, dözümlü itlərdir.
Qəşəng setterlər və balaca spaniyellər meşə və bataqlıq quşlarını ovlayırlar. Onlar quşu hiss edir, bir neçə addımlığında dayanır və qabaq pəncəsini düz qoyaraq çömbəlirlər. Bu, dayaq vəziyyəti adlanır. İt elə bil quşu göstərir. Yumşaq tüklü xallı itləri nahaq yerə poynterlər (ingiliscə “göstəricilər” deməkdir) adlandırmırlar. İtlərin böyük bir qrupu ev-dekorativ (bəzək) itləridir. Kiçik məzəli bolonka və toyteryerləri rəqs etməyə öyrətmək və ya halqadan hoppandırıb keçirmək olur. Ev itlərinin, əsasən, hamısı balacadır, toyteryer isə lap balacasıdır – çəkisi 600-700 qramdır. Lakin bu itlər öz sahiblərinə çox sadiqdirlər, bəzən
baxmayaraq, itlər çaşmır və bir çox qoxunun arasından axtardıqlarını asanlıqla seçirlər.
Hər hansı bir it 5 litr suyun içində qanın olduğunu hiss edir.
Donuz, öküz, at, qoyun, dovşan kimi heyvanlara aid qoxuları aradakı böyük bənzərliyə baxmayaraq bilir və ayırd edir.
Bir-birinə əkizlər qədər yaxın olsalar da, insanların qoxularını asanlıqla ayırd edir.
Çox güclü qoxu verən maddələrlə örtülsə də, tapmaq istədiyi şeyin qoxusunu ayırd edə bilir. Aparılan təcrübələr təlim keçmiş itin skuns qoxusu vurulmuş əşyalar arasından lazım olan qoxunu tapdığını göstərmişdir.
İz axtaran it arxasınca düşdüyü canlının (insan və ya heyvan) qoyduğu qoxu izlərini təqib edir. İzlənən adam müəyyən yerdən velosipedə minsə belə, it heç dayanmadan onun qoxusunu təqib edir. Torpaq və ya ot kimi qoxu tutan materiallar üzərindəki qoxu izlərini saatlar sonra da duya bilirlər.
İtlər qoxular haqqında hərtərəfli məlumata malikdirlər. Hər bir gül yarpağının fərqli qoxusunu ayırd edirlər. Bu fərqli qoxular itə çiçəyə müxtəlif həşəratların qonduğunu və bu həşəratların digər çiçəklərdən aldığı tozcuq izlərini qoyduğunu bildirir. İtlər çiçəyə toxunan insanların fərdi qoxularını bilməklə yanaşı, təqib etdikləri insanların ayaq izinin qoxusunun digərindən fərqli olduğunu belə müəyyən edirlər.
Qoxubilmə hissi itlərə vaxt haqqında məlumat verir. Bir it qoxunun tündlüyü arasındakı fərqi analiz edərək aradan keçən vaxtı müəyyən edir, təqib etdiyi insanların və ya başqa cisimlərin oradan nə vaxt keçdiyini belə təxmin edirlər. Havadan qoxusu gələn başqa itlərin, insanların qoxusunu alaraq nə qədər uzaq məsafədə olduqlarını müəyyənləşdirirlər.
İtlər insanların və qabaqcıl elektron cihazların bacarmadığı işləri bacarırlar. Narkotik maddələri, oğurluq əşyaları, itkin düşmüş insanları, partlayıcı maddələri, qaz sızmasını, ov heyvanlarını, caniləri, qəza və fəlakət qurbanlarını tapmaqda bu canlıların üstün xüsusiyyətlərindən faydalanırlar.
Tibbdə, təhlükəsizlik xidmətində və təbii fəlakətlərdə itlərin üstün qoxubilmə xüsusiyyətindən faydalanırlar
İtlərin xüsusi təlimlə xərçəngi müəyyən etdikləri məlum olmuşdur. Aparılan tədqiqatlar xüsusi təlim keçmiş itlərin 100 xərçəng xəstəliyindən 71-ni müəyyən etdiyini, ağciyər xərçəngi olmayan 400 nəfərdən 372-ində də xəstəliyin olmadığını bildiklərini göstərmişdir. Belə ki, ağciyər xərçəngi xəstələrinin nəfəslərində müxtəlif kimyəvi maddələr olduğuna görə, xəstəlik ilkin mərhələdə olsa belə, itlər qoxubilmə duyğuları ilə xəstəliyi müəyyən edirlər. İtlərin dəri, sinə və bağırsaq xərçəngini də müəyyən etdikləri məlum olmuşdur.
Xilasetmə fəaliyyətlərində də itlərin qoxubilmə xüsusiyyətlərindən istifadə edilir. İtlər bədən qoxumuzu təqib edərək bizi tapırlar. Bizim hiss etmədiyimiz bu qoxu ölü hüceyrələrimiz tərəfindən ətrafa yayılır və itlər bunu çox aydın hiss edirlər. “Rafts” adlanan bu hüceyrələr dəqiqədə 40 min ədəd yayılır və insanın özünəməxsus qoxusunu atmosferə yayır. Bu qoxu külək və digər atmosferlə uzaq məsafələrə daşınır. İtlər yaşayan insanın qoxusunu bu hüceyrələri vasitəsilə tapırlar. Axtarma cihazları huşunu itirmiş yaralıların ürək döyüntülərini qəbul etmədikdə dağıntı altında qalmış yaralılardan yayılan qoxu itlərin onları tapmasına kömək edir.
Partlayıcı maddə axtaran itlər partlayıcı maddələrin qoxusunu başqa qoxulara baxmayaraq, ayırd edə bilirlər. İtin həssas burnu partlayıcı maddələrlə partlayıcı olmayan üzvi qoxuları seçici və həssas xüsusiyyəti sayəsində ayırd edir. Partlayıcını tapmaqda təlimçisi ilə uyğunluq içində fəaliyyət göstərən yaxşı təlim keçmiş it qədər həssas başqa vasite yoxdur.