Venera
Venera
Venera (planet)
Avqust 12, 2021
Bu adın digər istifadə formaları üçün bax: Dan ulduzu (dəqiqləşdirmə).
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə dönür. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan
sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və -4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47.8°-dır.
VeneraŞərəfinə adlandırılıb
VeneraOrbital xarakteristikasıAfelisi108 939 000 km
0,728213 AVPerigelisi107 477 000 km
0,718440 AVPeriapsidi107.476.002.161,25 m, 107.476.259 kmApoapsidi108.941.836.897,31 m, 108.942.109 kmBöyük yarımoxu
108 208 000 km
0,723332 AVOrbitinin ekssentrisiteti0,006772Sinodik fırlanma dövrü
50.450.688 san.Orta anomaliyası0,87 RadianƏyilməsi0,059248 Radian, 0,059 Radian, 0,038 RadianQalxan milinin uzunluğu
1,338316 RadianPerisentr arqumenti
2,296896 RadianNəyin peykidirGünəşÖzünə xas ekssentrisitet
0,00677672Fiziki xarakteristikalarıOrta radiusu
6,0518 ± 1,0 km
0,9499 Yer radiusuQütb sıxılması0Səthinin sahəsi
4,6023 × 108 km2
0,902 Yer sahəsiHəcmi9,2843 × 1011 km3
0,866 Yer həcmiKütləsi4,8675 × 1024 kq
0,815 Yer kütləsiOrta sıxlığı
5,243 q/sm³
0,95 Yer sıxlığıSərbəstdüşmə təcili
8,87 m/s2
0,91 Yer qravitasiyasıFırlanma dövrü
224,701 gün
0,615198 ilEkvatorial fırlanma sürəti
35,02 km/sanOxunun maililiyi
177,36°Şimal qütbünün meyllənməsi
+67° 09′ 0″Albedo0,77 (bond albedosu)
0,689 (geometrik albedo)Temperatur464 °CSəth temp.minortamaksSelsi462 °C
Görünən ulduz həcmi
−4,8AtmosferAtmosfer tərkibiKarbon dioksid 96,5 %
Azot 3,5 %
Kükürd dioksid 0,015 %
Arqon 0,007 %
Su buxarı 0,002 %
Karbon monoksid 0,0017 %
Helium 0,0012 %
Neon 0,0007 %
Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür, ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır. Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb. Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür, ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır. Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb. Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.
Səmadakı ən parlaq göy cisimlərindən biri olan Venera yazılı qeydlərin olduğu dövrlərdən bu yana mədəniyyətdə mühüm yer tutmuşdur. Venera çoxlu qədim mədəniyyətdə müqəddəs ilah kimi qəbul olunmuş, şair və yazıçılara səhər ulduzu, axşam ulduzu kimi adlarla ilham qaynağı olmuşdur. Venera e.ə. II minillik kimi erkən tarixdə hərəkətləri müəyyənləşdirilən ilk planetdir.
Yerə ən yaxın planet olan Venera planetlərarası ilk kəşflər üçün ən önəmli hədəf olmuşdur. 1962-ci ildə Mariner 2 kosmik gəmisinin etdiyi səfər başqa planetə edilmiş ilk kosmik səfərdir. Həmçinin 1970-ci ildə Venera 7 kosmik gəmisi ilə ilk dəfə başqa bir planetin səthinə enilmişdir. Veneranın qalın buludları səthinin görünməsinə əngəl olduğu üçün 1991-ci ildə Magellan kosmik gəmisinin səfərinə qədər planetin səthinin detallı təsvirləri yoxdu. Planeti daha dərindən öyrənmək üçün mürəkkəb missiyalar və roverlərin göndərilməsi kimi planlar təklif olundu, ancaq planetin sərt təbii şəraiti buna əngəl oldu.
Fiziki xüsusiyyətləri
Venera Günəş sistemindəki dörd Yer tipli planetdən biridir. Venera da Yer tipli daxili planetlər kimi qaya quruluşludur. Ölçüsünə və kütləsinə görə Yerə oxşadığı üçün çox vaxt Yerin bacısı və ya əkizi olaraq adlandırılır. Veneranın diametri 12092 kilometrə bərabərdir və bu göstərici Yerin diametrindən 650 kilometr azdır. Veneranın kütləsi Yerin kütləsinin 81,5%-ni təşkil edir. Veneranın təbii şəraiti Yerlə müqayisədə olduqca radikal təsir bağışlayır. Sıx olan atmosferinin 96,5%-ni karbon dioksid, 3,5%3,5%-ni isə azot təşkil edir.
Coğrafiyası
Veneranın ölçüsünün Yerlə müqayisəsi
Veneranın səthinin quruluşu XX əsrdə planetologiya elminə məlum olana qədər bununla bağlı müxtəlif nəzəriyyələr vardı. 1975 və 1982-ci illərdə göndərilmiş Venera zondları vasitəsilə səhtin çöküntü ilə örtülmüş və maili qayalara sahib olan şəkilləri əldə olundu. 1990-1991-ci illəri əhatə edən Magellan missiyası zamanı səthin detallı xəritəsi hazırlandı. Səthin vəziyyəti geniş vulkanizmin izlərini özündə əks etdirir. Atmosferdə olan kükürdün bəzi yeni vulkanik fəaliyyətlərin nəticəsi olduğu düşünülür.
Veneranın səthinin təqribən 80%-i düzənlik və vulkanik ovalıqlardan ibarətdir. Müvafiq olaraq düzənliklərin 70%-i qırışıq yüksəkliklər və 10%-i isə hamar ovalıqlardan ibarətdir. İki dağlıq "materik" isə planetin şimal yarımkürəsində və ekvatordan cənubdakı bölgədə yerləşir. Şimal yarımkürəsində yerləşən dağlıq bölgə təqribən Avstraliya böyüklüyündədir və Akkad sevgi ilahəsi İştarın şərəfinə İştar Terra olaraq adlandırılmışdır. İştar Terra bölgəsində 11 kilometr yüksəkliyi ilə Veneranın ən yüksək zirvəsi olan Maksvell Montes yerləşir. Cənub yarımkürəsində yerləşən dağlıq bölgə yunan sevgi ilahəsi Afroditanın şərəfinə Afrodita Terra olaraq adlandırılır. İki dağlıq bölgənin birgə böyüklüyü Cənubi Amerika materikindən daha çoxdur. Çat və qırılmaların şəbəkəsi bu sahənin çox hissəsini əhatə edir.
Səth geologiyası
Magellan tərəfindən əldə olunmuş radar təsvirləri əsasında formalaşdırılmış Maat Mons vulkanının təsviri
Veneranın səthinin böyük hissəsi vulkanik fəaliyyətlər nəticəsində formalaşmışdır. Venera Yerdən bir neçə dəfə çox vulkana sahibdir və bunlardan 167-i diametri 100 kilometri keçən böyük vulkanlardır. Bu böyüklükdə vulkanik kompleksin Yerdəki tək örnəyi Havay adasıdır. Bunun səbəbinin Veneranın Yerdən daha vulkanik aktiv olması ilə bağlı deyil, qabığının daha qədim olması ilə bağlıdır. Yerin okean qabığı tavaların sərhəddində daima yeniləndiyi üçün təqribən 100 milyon illikdir. Halbuki Veneranın səthinin 300-600 milyon illik olduğu təxmin olunur.
Vulkanik fəaliyyətlə bağlı yaranmış olan kanallar Veneranın hələ də davam edən vulkanik aktivliyinə dəlil kimi göstərilir. SSRİ-nin Venera proqramı ərəfəsində Venera 9 kosmik gəmisi planetdə ildırımların çaxması ilə bağlı sübutlar əldə etdi. Venera 12 kosmik gəmisinin eniş zondu ildırım çaxması və göy gurultusu ilə bağlı əlavə sübutlar əldə etdi. 2007-ci ildə Avropa Kosmik Agentliyi tərəfindən göndərilmiş Venera Ekspress kosmik gəmisi vistler dalğalarını müəyyən etdi ki, bu da Venerada ildırım çaxması hadisəsini təsdiqlədi. Bir ehtimala görə vulkanik partlayışların saçdığı kül ildırımın çaxmasına səbəb olur. Digər sübut kimi də Venera atmosferindəki kükürd dioksid sıxlığının ölçülməsində ortaya çıxan fərqlər göstərilir. 1978-1986-cı illərdə kükürd dioksid sıxlığı 10 dəfə azalmış, 2006-cı ildə göstərici anidən yüksəlmiş və yenidən 10 dəfə azalmışdır. Bu göstəricilərin kəskin şəkildə dəyişməsinə böyük vulkanik partlayışların səbəb olduğu düşünülür.