Azot haqqında

52Qi...qwS9
26 Jan 2024
41

Azot haqqında
Azot, simvolu N və atom sayı yeddi olan kimyəvi elementdir. Otaq temperaturunda, bu qaz rəngsiz və qoxusuz olub, iki atomlu molekullardan ibarətdir. Azot qalaktika və Günəş sistemində bütöv kütləsinə görə yeddinci yerdədir və kainatda geniş yayılan elementlərdən biri hesab olunur. Yer kürəsində bu elementə əsasən qaz molekulları kimi rast gəlinir və atmosferin təxminən 78%-ni təşkil edir. Azot elementi 1772-ci ildə Şotland fiziki Daniel Rutherford tərəfindən havanın ayrılmaz hissəsi kimi kəşf edilib.


Ammonyak, azot turşusu, üzvi nitratlar (yanacaqlar və partlayıcılar) və sianidlər kimi bir çox sənaye əhəmiyyətli mürəkkəb maddələrin tərkibində azot vardır. Elementar azotda həddindən artıq güclü əlaqənin olması onun kimyəvi təbiətinin bir xassəsidir, bu, N2-nin faydalı mürəkkəb maddələrə çevrilməsi prosesində həm orqanizmlər, həm də sənaye üçün çətinliklər yaradır, eyni zamanda mürəkkəb maddələr toqquşduqda, partlayışa səbəb olduqda və ya yenidən azot qazına parçalandıqda böyük həcmdə faydalı enerji ayrılması baş verir. Sintetik formada istehsal olunan ammonyak və nitratlar əsas sənaye gübrələridir və gübrə nitratlar su sistemlərində evtrofikasiya prosesinin yaranmasına (biogen elementlərin köməyi ilə, yəni azot, kalium, fosfor vasitəsilə mavi-yaşıl yosunların artımı deməkdir) səbəb olan əsas çirkləndirici vasitələrdir.



Oksidləşmə karbon qazı olan və ya karbon qazı ilə qarışmış atmosfer halında zərərli olduğu üçün, bir çox funksiyalara malik olan azot qazı onunla reaksiyaya girməyərək qablaşdırılmış və ya kütləvi məhsulların xarab olmasının qarşısını almaq məqsədilə (oksidləşdirici təsir altında yaranmış çürümə və tez xarab olma prosesinin qarşısını almaqla) havada süst mühit yaradır. Qida konservantı kimi azot qazı Avropa İttifaqında E941 nömrəli E ilə işarələnib.
© Münasib alternativ kimi arqonu əvəz edərək közərmə lampalarında.
© Oksigenin güclü şəkildə udulmasının qarşısını almaq üçün tünd ultrabnövşəyi şüaların fotolitoqrafiyasında.
© Yüksək gərginlikli avadanlıqlar üçün olan dielektrik qaz kimi qurudulmuş və sıxılmış.
© Paslanmayan poladın istehsalı.
© Yanğın təhlükəsini azaltmaq üçün bəzi təyyarə yanacaq sistemlərində istifadə olunan (Təsirsiz qaz sisteminə baxın).
© Təhlükəsizlik meyarı kimi maye partlayıcılarının üst hissəsində.
© Havadan fərqli olaraq hərəkətsizlik və nəmliyin az olmasına və ya oksidləşdirici keyfiyyətlərinin olmasına görə avtomobil və təyyarə şinlərinin doldurulmasında istifadə olunması.


Sənayedə istifadəsi
© Azotdan tez alışan xammalı oksigenlə hər hansı təmasdan qorumaq üçün istifadə olunur. Azotun istifadəsi yanğın və ya partlayış riskini əhəmiyyətli dərəcədə azaldaraq, materialların təhlükəsizliyini təmin edir.
© Qida sənayesində azot ərzaq məhsulları (kartof çipsləri, çərəz və s.) ilə oksigen arasında hər hansı təmasın qarşısını alan qoruyucu mühit rolunu oynayır, çünki oksigen bu məhsulları istehlak üçün yararsız edə bilər.
© Maye Azot (-196°C) kəskin şəkildə soyudula bilən ərzaqları dondurmaq üçün istifadə olunur.

Ətraf-mühitə təsiri
© Hava ilə doldurulmuş şinlərdən fərqli olaraq azotla doldurulmuş şinlər təzyiqi uzun müddət saxlayır. Bu da öz növbəsində şinlərə daha az hava vurulması ilə bağlı yaranan riskləri və yanacaq istehlakını azaldır.
© Aşınmaya məruz qalan şinlər maye azotla təmasdan sonra çürüyə bilər. Dağıdılmış və xırdalanmış şinlər yandırılmaq əvəzinə yenidən emal olunur.
© Maye Azot həmçinin ozonla çirklənmiş üst təbəqələrin alışmasına səbəb olan uçucu üzvi maddələrin (VO C s) atmosferə buraxılmasının qarşısını almaq üçün istifadə olunur. Bu maddələr sənayedə həlledicilər və ya antioksidləşdiricilər kimi istifadə edilir. Soyudulduqdan sonra bu qazlar mayeləşdirilmiş, sıxılmış və havaya buraxılmasının qarşısını almaq üçün yenidən 

Maye azot həddindən artıq aşağı temperaturda maye halında azotdur. Maye havanın fraksiyalı distillə edilməsi üsulu ilə sənaye məqsədləri üçün istehsal olunur. Qaynama temperaturunda sıxlığı 0.807 q/ml və dielektrik stabilliyi 1.43 olan maye azot rəngsiz şəffaf mayedir. Maye azotun qısaldılmış forması LN2 və ya "LIN" və yaxud "LN" kimidir, və BMT siyahısı üzrə nömrəsi 1977-dir. Maye azot iki atomlu maye halında olur və azot qazında (N 2) kovalent rabitəli azotun (N) ikiatomlu xassəsi hətta mayeləşdirildikdən sonra eyni olaraq qalır. Maye azot təzyiqə ehtiyac olmadan azot qazının sıx və asanlıqla nəql olunan mənbəyidir. Bundan başqa onun suyun donma temperaturundan da aşağı temperaturda saxlaması qabiliyyəti əsasən açıq-dövriyyəli soyuducu sistemi kimi bir sıra geniş tətbiq sahələrində xeyli faydalı edir, buraya daxildir: Əlavə olaraq, onun temperaturları suyun donma temperaturundan daha aşağı dərəcədə saxlamaq qabiliyyəti ona aşağıdakılar da daxil olmaqla, əsasən açıq-dövriyyəli soyuducu sistem kimi bir sıra funksiyaları yerinə yetirmək imkanı verir:
© Ziyil və aktinik keratozlar kimi xoşagəlməz və potensial bədxassəli dəri zədələnmələrinin aradan qaldırılması üçün krioterapiyada
© Hüceyrələri laboratoriya işi üçün aşağı temperaturda saxlamaq üçün
© Kriogenikada
© Buxarlanma yolu ilə sürətli donmaya nail olmaq üçün Krioforda
© Hipoksik yan hava yanğın təhlükəsizliyi sistemlərində ehtiyat azot mənbəyi kimi
© çox quru azot qazının mənbəyi kimi
© ərzaq məhsullarının suda saxlanılması, dondurulması və daşınması üçün
© Qanın, reproduktiv hüceyrələrin (sperma və yumurtalar) və digər bioloji nümunələr və materialların kriokonservasiyası üçün
© cərrahiyyə yolu ilə çıxarılan toxuma nümunələrinin gələcək tədqiqatlar üçün saxlanılması üçün
© iş sahəsinə maye axınının qarşısını almaq üçün klapanın mövcud olmadığı hallarda onlar üzərində işləmək məqsədilə su və neft borularının "buz tıxacı" kimi tanınan və hazırda elektrikli istilik nasosları ilə əvəz olunan (kiçik diametrli borular üçün) dondurulma metodu kimi
© promessiyada cəsədlə bağlı proseslərin icra üsulu kimi
© gələcəkdə yenidən canlandırma ümidi ilə krionik qoruma üçün
© mexanizmin hissələrinin qaynaq edilərək bir yerdə kiçildilməsi üçün
© astronomiyada CCD kameraları üçün bir soyuducu maye kimi
© Pnevmatik nasos turbinlər üçün yüksək keçiriciliyə nail olmaq, eləcə də kimya sənayesində tənzimlənmə-buxarlanma prosesində lazımi temperatura qədər yüksək temperaturlu superkeçiriciliyi əldə etmək məqsədilə
© (Strela 3 $ kimi raketlərin infraqırmızı məntəqə axtaran başlıqlarının həssaslığını artırmaq üçün) maşınların yığılması zamanı mexaniki hissələri müvəqqəti olaraq birləşdirmək və kompüterlər ilə əlaqədar, o cümlədən prosessorun takt tezliyinin artırılmasında təkmilləşdirilmiş gərilmə ilə oturtma təchizatından istifadəyə icazə vermək üçün
© kosmik gəminin termik sınağının aparılması zamanı vakuum kamerasında kosmosun görünüşünün simulyasiyası üçün
© qidaların hazırlanmasında, məsələn ultra-hamar dondurmaların hazırlanması üçün. Həmçinin, molekulyar qastronomiyaya baxın.
© möhürləməzdən və ya qapamazdan öncə müəyyən qədər maye azotun təzyiqlə vurulduğu boş konteynerdə.
© içkilərə tüstülü və köpüklü “kaldron effekti” verən kosmetik yenilik kimi. Maye azot kokteylinə baxın.
© enerji saxlama vasitəsi kimi.
© mal-qaranın damğalanması üçün.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

1 Comment