Yupiter

52Qi...qwS9
17 Feb 2024
28


Yupiter (planet)


Bu adın digər istifadə formaları üçün bax: Yupiter.
Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur.[9] Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır.[10] Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir.[11] Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir.
Yupiter
momenti
0,2756±0,0006[6][7]
İkinci kosmik sürəti
59,5 km/s
Fırlanma dövrü
58,646 gün
Siderik fırlanma dövrü
9,925 saat
Ekvatorial fırlanma sürəti
12,6 km/s
Oxunun maililiyi
3,13°
Şimal qütbünün meyllənməsi
+64° 29′ 0″[8]
Albedo
0,503
Səth temp.minortamaksSelsi-108 °C
Görünən ulduz həcmi
−1,6, −2,94
Atmosfer
Atmosfer təzyiqi
20–200 kPa; 70 kPa
Atmosfer tərkibi
Hidrogen 89% ± 2,0%
Helium 10% ± 2,0%
Metan 0,3%±0,1%
Ammonyak 0,026%±0,004%
Etan 0,0006%±0,0002%,
Su 0,0004%±0,0004

Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur.[12] Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur. Buna nümunə olaraq XVII əsrdən etibarən teleskop tərəfindən müşahidə olunan Böyük qırmızı ləkəni göstərə bilərik. Yupiter onu əhatə edən zəif halqa və güclü maqnitosferə malikdir. Yupiterin məlum olan 79 peyki vardır ki,[13] bunlardan Qalileo peykləri olaraq adlandırılan dördü 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Qalileo peykləri arasında ən böyüyü olan Qanimed ölçüsünə görə Merkuri planetindən daha böyükdür.
Yupiter dəfələrlə kosmik cihazlar tərəfindən müşahidə olunmuşdur. Bunlardan Pioner və Voyacer yaxın uçuş missiyalarını, həmçinin Qalileo və Yuno orbit missiyalarını xüsusilə qeyd etmək olar. 2007-ci ildə Yeni üfüqlər missiyası Plutona gedən yolda sürətini artırmaq və yolunu düzəltmək üçün Yupiterin cazibə qüvvəsindən istifadə etmiş və bu zaman bir daha planeti yaxından müşahidə etmək fürsəti yaranmışdır. Yupiterə göndərilmiş sonuncu missiya olan Yuno planetin orbitinə 4 iyul 2016-cı ildə daxil olmuşdur.[14][15] Gələcəkdə Yupiterə buzla örtülmüş maye okeana sahib olan peyki Avropanı müşahidə etmək üçün yeni missiyanın təşkil olunması nəzərdə tutulub.

Formalaşması və


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

1 Comment