Şəlalə haqqında

52Qi...qwS9
29 Jan 2024
29

Dünyada ən böyuk şəlaləAnhel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalədir. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır.Anhel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1059 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın

parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir. Şəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılmışdır. Lakin buranın adı Ceyms Anheldən əvvəl belə çox tanınmır və hallanmırdı. 1935 – ci ildə amerikan pilot Ceyms Anhel filiz axtarışına görə uçuş edir. 1936 – cı ildə o, geri qayıdır və şəlalənin yuxarı hissəsində dayanır. Anhelin monoplan "Flaminqo" 


Flaminqo" – su şəlalənin yuxarı hissəsindəki bataqlıq olan torpaqda dayandırıldı və orada 33 il müddətində qaldı. Həmin yerdə onu digər vertolyotların köməyi ilə dartıb, çıxarana qədər qalmışdır. Anhel və onun üç şəriki şəlaləyə düşməyi bacardılar və 11 gün ərzində sivilizasiyaya geri qayırdılar. Hazırkı dövrdə Anhelin təyyarəsi Marakae muzeyində saxlanılır və şəlalənin yuxarısında isə onun əsl oxşarı yaradılmışdır. 1949 – cu ildə dünyanın ən hündür şəlaləsinə Milli coğrafi təbəqənin nümayəndələri tərəfindən ekspedisiya tərtib edildi. Bu səfər nəticəsində şəlalənin yüksəkliyi tam bəlli oldu və bura kitaba daxil edildi. Anhel şəlaləsi Venesuelanın ən vəhşi cəngəlliklər olan yerində yaradılmışdır və bura gedib, çatmaq üçün yalnız hava nəqliyyatından istifadə etmək mümkündür. Şəlaləyə turlar komplekt halda verilir və özündə Karkasdan yaxud Kanaymunun Syudad – Bolivar ərazisindəki pilotları birləşdirir. Kanaymoda yerləşən bu qəsəbə özündə milli parka gəzintidə iştirak edən işçiləri birləşdirmişdir. Həmçinin tura suda gəzinti, yemək və yüklərin daşınması, şəlalə üçün lazımı olan avadanlıqlar da daxil edilir. Bundan əlavə şəlalənin uçuş xəttindən də bilet alıb getmək mümkündür, lakin elə hallar ola bilər ki, səmadan şəlalə görülməsin. Quraqlıq dövründə xüsusən dekabrdan marta qədər olan müddətdə su olduqca az olur, lakin bəzən buludlu və dumanlı hava olan mövsümə də düşmək mümkündür. Bütünlükdə tur təxminən bir sutka vaxt tələb edir. Şəlalə 1935 – ci ildən ziyarətçilər üçün açıq elan edilmişdir. Bu da onu göstərir ki, bizim qəribə dünyamız hələ özündə nə qədər sirləri gizlədir.

Ümumiyyətlə bu şəlalənin yerləşdiyi yer çox əlçatmaz yer hesab olunur və məhz buna görə də şəlalə olduqca gec aşkar edilmişdir. Anhel Cənubi Amerikanın Venesuela ərazisində dağlıq massiv sayılan Auyan – Tepui hissəsində ( bu dağ İblis də adlandırılır) yerləşir. Məsaməli qum daşından ibarətdir və 2600 metr yüksəkliyə malikdir, həmçinin qayalıq divarlardan ibarətdir. Qayalıq divarları qalın selva tropik meşələri əhatə edir. 30 – ci illərdə Venesuelada "almaz həyəcanı" var idi. Yüzlərlə tədqiqatçı, həyəcan axtaran, müxtəlif kateqoriyaların insanları bura gəlir və nə isə tapmaq istəyirdilər. Anhel də çox da baha olmayan təyyarə alır və Auyan – Tepui massivinə doğru uçmağa başlayır. Çox vaxt dağların başı qarla əhatə olunur yaxud hava dumanlı görünürdü. Elə bu səbəblərə görə də Anhel həmin əraziyə açıq havada uçmağı qərarlaşdırır. Onun ilk gördüyü böyük tapıntı isə şaquli istiqamətdə olan su axını olur. Şəlalənin ümumi su həcminin miqdarı isə 300 kub metr hesablanmışdır. Anhel qızıl axtarışını davam etdirmədi, çünki onun təyyarəsi qəzaya uğradı və möcüzə nəticəsində canını qurtarmağı bacardı. Hətta bu şəlalə haqqında Konan Doyl da öz möhtəşəm romanı olan "İtirilmiş dünya" adlı əsərində bu haqda yazmışdır. Anhel canını qurtardıqdan sonra ilk poçt müəssisəsinə özünü çatdıraraq Birləşmiş Ştatlara dünya coğrafiyasına verdiyi töhfə haqqında ilkin məlumat verdi və bütün dünya xəritələrində hazırda onun adı həkk olunmuşdur. Latın Amerika ölkələrinin xəritələrində bu şəlalənin adı çox vaxt Salto – Anhel kimi adlanır. Bəzilər isə buranı "mələyin tullanması" kimi də mənalandırmağı sevir. Anhel öz həyatının son illərini Venesuelada keçirdi və Syudad – Bolivar ştatında 1956–cı ildə vəfat etdi. Anhelin öz vəsiyyətinə əsasən onun cəsədinin külləri şəlalədə dağıdıldı. 1949–cu ildə bura gedən amerikan və venesuelalı coğrafiyaçılar beş nəfərdən ibarət idi, onlar şəlaləyə çatmaq üçün çox böyük çətinliklər çəkdilər. Çünki şəlalənin yerləşdiyi selva meşə massivi liana və azğın bitkilərlə dolu idi. Yolun açılması üçün balta və müxtəlif ləvazimatlardan istifadə edildi. Son 36 km ərazini keçmək üçün isə ekspedisiya nümayəndələri 19 gün sərf etməli oldular. Lakin onların bu əziyyətləri yerdə qalmadı, çünki bütün dünya həmişə onları yada salacaq və unutmayacaqdır.
Açar sözlər Maraqlı

 

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

0 Comments