⚡️Kripto ilə məşğul olanların həyat tərzi

72HB...au7p
16 Jan 2024
42

Kripto dünyası bizə pul 💰 qazandırsada bunun bəzən bizim sağlamlığımız bahasına başa gəldiyini düşünsək yanılmarıq.Bu işlə məşğul olan insanlar bəzən saatlarla zərərli şüaya məruz qalır,gündəlik 8 saatdan az yuxu və ya doğru düzgün olmayan qida tərzi və ya hərəkətsiz günlər keçirirlər.Birdə bu işin üzərinə stress,həyəcan,gərginlik və əsəb gəldiyini düşünsək sağlamlığımızın ciddi təhlükədə olduğunu demək olar ...Belə bir vəziyyətdə biz nə etməliyik ?

⚙️Əvvəla sağlamlığın hər şeydən üstün olduğunu anlamağa çalışmalıyıq və lazım gələrsə bu işdən bir müddət uzaq qalmalıyıq.(Necə ki bəzi koinlər geriyə çəkilmə edir😉)


Doğru düzgün qidalanma : Daha çox beyin üçün faydalı olan qidalardan qəbul etmək hərçəndki beynimiz və yaddaşımız nə qədər güclü olarsa o qədər bu sahədə güclü olarıq
1. Yağlı balıq əti
Bu cür balıqların tərkibində çoxlu sayda vitamin və faydalı elementlər var. 
2. Giləmeyvə 
Giləmeyvə yaddaşı yaxşılaşdıran antioksidantlar ehtiva edir. 
3. Tam buğda unundan bişmiş çörək.
Tam buğda unundan bişmiş çörəyin tərkibində beyin mərkəzini enerji ilə təmin edən karbohidratlar var.
4. Kakao 
Kakaonun tərkibində qan dövranı sistemini yaxşılaşdıran təbii antioksidantlar var. 
5. Pomidor
Pomidorda optimal beyin funksiyasına kömək edən bir çox antioksidanlardan biri olan likopin var.
6. Brokoli
K vitamini ilə zəngindir. Tərkib salatlar və şorbalar üçün çox uyğundur.
7. Balqabaq toxumu
Onların tərkibində düşüncə prosesini optimallaşdıran kimyəvi element sink var. 
8. Adaçayı
Konsentrasiyanı artırmaq üçün əla bitkidir. 
9. Qoz
Zülallar, turşular və E vitamini ilə zəngin olduğu üçün beynin fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
10. Yumurta
Zülallar, yağlar və vitaminlərlə zəngindir. Yumurta qaynadılmış və qızardılmış şəkildə istehlak edilə bilər.
Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?
*Spirtli içkilər
*Fast-food
* Çox duzlu qidalar
*Rafinə edilmiş zülallar
*Həddən çox şəkər

2️⃣ Müntəzəm idmanla məşğul olmaq: İdman stressdən uzaqlaşmağa köməklik edəcək və sizə özgüvən bəxş edəcək


Məşqlər vasitəsilə stressə nəzarət

Müntəzəm idman edərək stressi nəzarət altında saxlamağın mümkün olduğunu bilirdinizmi?

İdman dedikdə hamının ağlına ilk olaraq fiziki sağlamlıq gəlir. Amma onun həm də mənəvi cəhətdən bir çox üstünlükləri var! Gəl bu mövzu haqqında daha ətraflı danışaq.

Yəqin sən də nə vaxtsa idmandan sonra özündə ruh yüksəkliyi müşahidə etmisən. Bunun əsas səbəbi diqqətinin fiziki fəaliyyət zamanı bədəninə cəmlənməsi, zehninin narahatlıq verən şeylərdən uzaqlaşmasıdır. Bunu idmanın mənəvi olaraq qısamüddətli təsiri saya bilərik; uzunmüddətli təsirlərdən ən önəmlisi isə zamanla özünə inamın artması və stressi nəzarət altında saxlamaq bacarığıdır.


Etməkdən zövq aldığımız istənilən fiziki fəaliyyət stress üçün faydalı ola bilər.

Stressdən uzaqlaşmaq üçün sadəcə sənə maraqlı olan idman növünü tapmağın kifayətdir.

Məsələn, suda vaxt keçirmək əyləncəlidirsə, onda üzgüçülük və ya avarçəkmə kimi məşqləri yoxlaya bilərsən.


İdmana iş kimi yox, əyləncə kimi yanaşmaqla, idman etmək həvəsini daha da artıracaq, zehnini yorucu fikirlərdən azad edəcəksən.

Əgər hansı idman növünün sənə daha maraqlı gələcəyini bilmirsənsə, fərqli fəaliyyətləri yoxlamaqdan çəkinmə.



🎹Musiqi dinləməyin faydaları...


Musiqi bir çox insan üçün əvəzolunmazdır. Gündəlik əhvalımızın musiqi seçimimizə çox təsiri olur. Dinlədiyimiz musiqinin tərzindən asılı olaraq əhvalımız düzələ və ya korlana da bilər. Hərəkətli və ya yavaş musiqidən asılı olaraq insanlar həmin andakı psixoloji vəziyyətlərini bəlli edirlər. Musiqi dinləyərkən ruhumuz da bədənimiz də istirahət edir. Musiqi bədən və ruh sağlamlığına müsbət təsir edir.






Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to kenan999

1 Comment