Ərəbistan yarımadası
Coğrafi xüsusiyyətləri
Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır. Bu yarımada Hind okeanının bir hissəsini və onunla əlaqədar Suriya-Ərəbistan səhrasını birləşdirir. Ərəbistan yarımadası, Ərəbistan dənizi, Qırmızı dəniz və İran körfəzi ilə üç tərəfdən əhatə olunub. Ərəbistanın sahəsi Sinay yarımadası və Suriya sərhədlərinin daxil etməklə 3.158.000 km²-dir. Bu da Avropa qitəsinin ərazisinin 25%-nə bərabərdir. Yarımadanın böyük hissəsi səhradır. Yaşıl vahələr və məhsuldar torpaqlar çox azdır. Ərəbistanda heç bir böyük çay yoxdur.Çünki həddindən artıq qızan qum suları tez qurudur. Ərəbistanda elə illər olur ki, heç yağış yağmır. Ərəbistanda ən məhsuldar torpaq sahələri Yəməndə, Qırmızı dənizin cənub-qərb sahillərində yerləşir. Ona görə bu vilayət həmişə məhsuldar və əhalisi çox olmuşdur.Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub.
Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir.
Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir