Azcoin nedir?
AZCOİN NƏDİR?
AZƏRBAYCANDA İLK MİLLİ KRİPTOVALYUTA - AzCoin
(Pilot Layihə)
Məqsədimiz
Azərbaycanda ilk olaraq ən etibarlı və uğurlu milli kripto valyuta yaradılması üçün dayanıqlı baza formalaşdırmaq
Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, xidmətlərin ASANlaşdırılması, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, Azərbaycanda sərhədsiz elektron valyutan yaratmaq, Dövlət xərclərinin optimallaşdırılmasına yardım etmək, lokal və qlobal səviyyədə elektron, optik şəbəkələrdə ani saniyədə mübadilələr, bu sahədə fəaliyyət protokolarının texniki əsaslandırılması və standartlaşdırılması, müasir ödəniş sistemi, milli rəqəmsal valyuta üzrə gənc mütəxəssislərin yetişdirilməsi qarşımızda duran məqsədlərdəndir.
Azərbaycan dünyaya Günəş kimi doğacaq!
Ulu öndər Heydər Əliyev
AzCoin Nədir?
Söz ədəbiyyatda keçərlidir, burada rəqəmlər idarə edir...
"AzCoin" heç bir halda hazırda istifadədə olan kağız və dəmir naminallara alternativ deyil və tətbiqinə rəsmi dövlət səviyyəsində icazə verilməyənə qədər ödəniş vasitəsi və alqı-satqı predmeti kimi istifadə edilə bilməz. Bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq. O ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. AzCoin alqı-satqı və məişət tələbatlarının təmin edilməsi üçün tarixən istifadə olunmuş və olunan ödəniş vasitələrinin (barter üsulu, dəmir və kağız naminallar) keçdiyi ikişaf mərhələsində yeni səhifədir. Yaxın tarixə qədər: Simli telefon aparatı, Hesablayıcı abaküs, Yazı makinası istifadə etmiş dünya hal hazırda:Smartfonlara, Hesablayıcı elektron maşınlara(kalkulyator), Kompyuterlərə və bu kimi müassir texnologiyalara qədər inkişaf edibsə, deməli, növbəti mərhələdə də elektron valyutanı özünün tələbatına çevirməli idi. Artıq texnoloji proses email-ə, Mesenger-ə, WhatsApp-a qədər inkişaf mərhələsi keçib. AzCoin sistemi hazırki mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur.
Ən Etibarlı və
Dayanıqlı kripto,
Azərbaycanda və eləcə də qonşu ölkələrdə ilk olan "AzCoin" olacaq!
İlk Nümunələr Ənənəsi
Azərbaycan ilk nümunələrin yarandığı ölkə kimi bu gün bütün dünyada şöhrət qazanıb. Hazırda Azərbaycanda həyata keçirilən bir çox layihələr hətta aparıcı ölkələr üçün də yeni təcrübə kimi qəbul olunur. AzCoinin yaradılması da məhz bu ənənənin davam etdirilməsi, ölkəmizin MDB məkanında kriptovalyuta tətbiq edən və dünya ölkələri arasında milli rəqəmsal valyuta yaratmış ilk ölkə kimi tarixə düşməsi məqsədinə yönəldilib.
Elektron Cüzdan
AzCoinlər elektron cüzdanlarda saxlanılır. Elektron cüzdan hazırda istifadədə olan bütün smartfonlar üçün əlçatandır və xüsusi proqramlarla tənzimlənir. Cüzdana giriş istifadəçinin müəyyənləşdirdiyi kod vasitəsilə mümkün olur və bütün maliyyə aməliyyatları(mal və məhsulların alqı-satqısı, pul köçürmələri, koinlərin mübadiləsi, koinlərin klassik valyuta nümunələrinə dəyişdirilməsi və tədricən proqramlaşdırılacaq digər çeşidli əməliyyatlar) bu cüzdan vasitəsilə həyata keçirilir.
Maliyyə Şəffaflığı
Digər kriptovalyutalardan fərqli olaraq AzCoin dövlətin maliyyə sisteminin bir parçasına çevrilir, istehsalçı və istehlakçı (Alıcı və satıcı) arasında bu rəqəmsal ödəniş vasitəsi ilə həyata keçirilən bütün əməliyyatlar qanunvericiliklə tənzimlənir. AzCoinlə həyata keçirilən əməliyyatlar zamanı məxfilik siyasəti özünün bütün ciddiliyi ilə qorunur. Sistemin özü sahələr üzrə təhlilin aparılmasını və israflı inkişafın qarşısını almaqla bütün sahələrin paralel şəkildə inkişafını, eləcə də maliyyə-kredit siyasətinin real analitik təhlillər üzərində idarə olunmasını təmin edəcək.
Cibdə Muhasibatlıq
Hazırkı dövrün əsas çətinliklərindən biri istehlakçıların gündəlik, aylıq və illik xərclərinə nəzarət imkanının olmamasıdır. AzCoinin tətbiqi isə həyatımızın sosial-məişət hissəsi üzərində dəqiq mühasibatlıq sistemi yaradacaq.
Xərclərin Effektliyi
Biz gündəlik, aylıq və illik xərclərimizə sadə nəzarət imkanı əldə etməklə həyatımızı daha səmərəli istiqamətlərə yönəldəcəyik. Cibimizdəki smartfona yüklənmiş rəqəmsal cüzdan bizə müntəzəm olaraq xərclərimiz barədə məlumat verəcək və beləliklə biz adi və cüzi hesab etdiyimiz xərclərin də il ərzindəki ümumi miqdarını müəyyənləşdirməklə fərdi hesabatlılıq sistemi yarada biləcəyik.
Mikro Ödəmələr
Mikro ödəmələr anlayışı cəmiyyətimizdə tədricən formalaşan bir anlayış olacaq. Beləki. hal-hazırdakı maliyyə sisteminin yaratdığı məhdudiyyətlər bizə mikro ödəmələrin müvəffəqiyyətlə həyata keçirilməsinə və yeni xidmət növlərinin yaranmasında baş verən maneələri aradan qaldıracaq.
ASAN Ödəniş
AzCoin bizə sadə və sürətli alış-veriş imkanı yaradacaq. Bu rəqəmsal valyuta vasitəsi ilə biz ən adi ödənişlərimizi də edə bilərik. AzCoinin tətbiqindən sonra bank kartlarına da ehtiyac qalmayacaq. Hər şey sadəcə smartfonda bir əməliyyat edəcək qədər sadədir. Hətta "Messenger"lərlə də (Tencent, QQ, WeChat) pul köçürməsi həyata keçirmək mümkün olacaq. Marketlərdə alış-veriş zamanı da QR kodlar vasitəsilə bu sistemdən istifadə etmək mümkündür. Bu zaman xüsusi sistem smartfonunuzdakı QR kodu sürətlə oxuyub elektron cüzdanınızdan müvafiq miqdarda vəsaiti çıxaracaq.
Dayanıqlıq və Təmərküzləşmə
AzCoin mövcud resurslardan istifadə olunaraq yaradılmış, özündə yeni texnoloji yenilikləri birləşdirməklə gələcəyə məhz rəqəmlər üzərində körpü salan sistemdir. AzCoinin dayanıqlılığı, davamlılığı və möhkəmliyi dəqiq riyazi hesablamalardan və alqoritmik ardıcıllıqdan qaynaqlanır. "Azərbaycan təcrübəsi" adlandıra biləcəyimiz bu elektron valyuta rəqəmlərin düzgün təhlil olunması kimi məsələləri də tənzimləyə biləcəkdir.