Zəfəri başladan insan

78ia...UVzd
11 Jan 2024
38

Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975VəndamQutqaşen rayonu – 14 iyul 2020Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı;[1]Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru;[2]Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).[2]
Polad Həşimov
Şəxsi məlumatlar
Doğum tarixi
2 yanvar 1975
Doğum yeri

Vəfat tarixi
14 iyul 2020 (45 yaşında)
Vəfat yeri

Dəfn yeri

Vətəndaşlığı

Həyat yoldaşı
Ofelya Salmanova
Uşaqları
Aybəniz, Davud, Teymur
Atası
İsrayıl Həşimov
Anası
Səmayə Həşimova
Təhsili

Hərbi fəaliyyəti
Mənsubiyyəti
 Azərbaycan Ordusu
Qoşun növü
 Quru Qoşunları
Hərbi hissə
 3-cü Ordu Korpusu
Xidmət illəri
1992–2020
Rütbə
General-mayor
Döyüşlər
Qarabağ müharibəsi
 •  Murovdağ əməliyyatı
Aprel döyüşləri
Tovuz döyüşləri
Təltifləri
           Vikianbarda əlaqəli mediafayllar
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsininbaşlamasına aparan prosesdə mühüm rol oynamışdır.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.[3]

Həyatı
redaktə

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonuVəndam qəsəbəsində anadan olmuşdur.[4] Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərininAlüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir.[5] O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[6] Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsininveteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.[7] Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.[7]1975-cı ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundanSumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.[6][7][8]

Təhsili
redaktə

Polad Həşimov 5 yaşı olan zaman (1980-cı il)
Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır.[8]Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır.[8] Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir.[8] 1992-ci ildə oradan məzun olmuşdur.[2]
Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı.[6] 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir.[6] Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinəvermişdir.[6]
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.[2] 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.[2]

Ailəsi
redaktə

Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova ilə ailə həyatı qurmuşdur.[6] Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı var.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Elbrus

1 Comment