Şah haqqında

52Qi...qwS9
11 Feb 2024
31


İsmayılın rəhbərliyi altında qızılbaşlar 1500-cü ildə Şirvanşah Fərrux Yasarı Cabanı (Çobani) döyüşündə, 1501-ci ildə Ağqoyunlu Sultan Əlvəndi Şərur döyüşündə məğlub etdilər. Təbrizə daxil olan İsmayıl şah elan olundu və Azərbaycan Səfəvi dövləti yarandı. Şah İsmayıl 1503-cü ilin iyununda Almaqulağı döyüşündə Sultan Muradın ordusunu məğlub etdi və Səfəvilər tərəfindən indiki İranın Kirmana kimi əksər vilayətləri ələ keçirildi. 1506-1508-ci illərdə Ərəb İraqı, 1510-cu ildə isə Mərv döyüşündə Məhəmməd Şeybani üəzirndə qələbədən sonra Xorasan vilayəti Səfəvi dövlətinə birləşdirildi. Azərbaycan Səfəvi imperiyası şərqdə Şeybanilər, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Dövlətin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. 1514-cü ildə Çaldıran döyüşündən sonra Şərqi Anadolu və şimali İraq əraziləri Osmanlı dövlətinə verildi.   

Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514İsfahan – 14 may 1576Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci şahı. O, Şah İsmayılla Bəhruzə bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən BağdadŞərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir. I Təhmasibin əsas rəqiblərindən biri də tez-tez Xorasana yürüşlər edən özbəklər idi. O, hələ 14 yaşı olarkən özbəklərə qarşı yürüşə başlamış və onları Cam döyüşündə məğlub etmişdir. Bu döyüşdə o, artilleriyadan da yararlanmışdırTəhmasib incəsənətə hamilik etmiş, sarayında xeyli sayda rəssamxəttat və şair saxlamışdır. Hakimiyyətinin son dövrlərində o, şairləri xor görməyə başlamış və bir çoxunu Böyük Moğol imperiyası sarayına və Hindistanın fərqli yerlərinə sürgün etmişdir. O, dindarlığı ilə seçilmiş və dindarların hüquq və digər dövlət məsələlərində iştirak etmələrinə imkan vermişdir. Məsələn, Böyük Moğol imperatoru Hümayun ondan hərbi yardım istədiyi zaman Təhmasib yardım qarşılığında ondan şiəliyi qəbul etməsini istəmişdir. Hərbi yardım edilmiş və Hümayun taxtını geri qaytarmağı bacarmışdır. Lakin I Təhmasib xarici siyasət məsələlərində dini məsələlərin təsiri altında olmamış, əsas düşməni Osmanlı imperiyasına qarşı Venesiya RespublikasıHabsburq monarxiyası kimi xristian qüvvələrlə ittifaq danışıqları həyata keçirmişdir.
Səfəvi sülaləsinin ən uzun müddət — 52 il hakimiyyətdə qalmış nümayəndəsi olan I Təhmasibin 14 may 1576-cı ildə ölməsi taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb olmuşdur. Bu mübarizə nəticəsində şah ailəsinin bir çox nümayəndəsi həyatını itirmişdir. Müasir qərb qaynaqları onu atasının qurduğu imperiyanı qorumağı bacaran və genişləndirən, cəsur və hərbi istedada malik hökmdar kimi təsvir edirlər. Onun hakimiyyəti dövrü Səfəvi imperiyasının ideoloji siyasətində dəyişikliklə əlamətdar oldu. Beləki onun atasında olan Mehdi münasibətinə son qoyuldu və onun əvəzinə ictimaiyyətdə dindar və ya dini hökmdar imici yaradıldı. Onun hakimiyyəti illərində qızılbaş liderlərin mərkəzi hakimiyyətə tabe etdirilməsi üçün işlər görülmüş və buna nail olunmuşdu.

.



Səfəvilər dövləti — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü AzərbaycanİranErmənistanİraqƏfqanıstan, qərbi PakistanTürkmənistan, şərqi TürkiyəÖzbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[25] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir.[26] Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı,[27] Rumlu,[28] Mosullu,[29] Pornak, Şeyxavənd,[30] ÇəpniBayat,[31] Xınıslı, Təkəli,[32] BaharlıQaramanlı,[33] Sədlu, Bayburtlu, Varsaq,[34] Evoğlu, Qaracadağlı,[35] Ustaclı,[36] Zülqədər,[37] Əfşar,[38] Qacar.[39] Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir.[40]

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

0 Comments