Şuşə istehsalatı haqqinda.

48bF...osq9
23 Feb 2024
25

İnsanlar şüşədən həm bəzək əşyası, həm də tikinti materialı kimi istifadə edirlər. Şüşə günümüzdə sadə alətlərdən tutmuş kosmik texnologiyaların hazırlanmasına kimi istifadə olunur.
Bəs gəlin görək şüşə nədir?
  Şüşə kristal quruluşlu süni materialdır. Şüşə həmçinin şəffaf və qırılan maddədir. Fiziki xassələrinə görə şüşə qeyri-üzvi maddələrə aid edilir.
  Şüşənin kəşfi
  Şüşənin tarixi eramızdan əvvəl 4-cü minilliyə təsadüf olunur. Bir çox mənbələrdə şüşənin finikiyalılar tərəfindən kəşf olunduğu qeyd olunur. Finikiyalı səyyahlar sahildə natrium tərkibli qayalardan tonqal qaladıqları zaman tonqalın kənarlarında parlaq maddə görürlər. Sonradan məlum olur ki, tonqalın yandırılması nəticəsində əriyən soda dəniz qumu ilə qarışır və şüşə yaranır. Başqa mənbələrdə isə şüşənin vətəninin Misir, İkiçayarası, Qafqaz olduğu da qeyd olunmuşdur. Lakin ən qədim şüşə nümunəsi Misirdə tapılmışdır. Bu şüşə e.ə.1551-1527-ci illərə aiddir. Həmçinin Misir fironu I Amenhotepə aid olduğu da bilinir.
  Ölkəmizdə də şüşənin istehsalı qədim zamanlara gedib çıxır. Lakin arxeoloji qazıntılar nəticəsində tapılmış şüşə məhsullarının tarixi miladdan öncə I minilliyin başlanğıcından o tərəfə keçmir.

Şüşənin növləri
Şüşənin 3 növü vardır:
1) Soda-əhəng
2) Qurğuşun
3) Borosilikat
  1) Soda-əhəng şüşə fiziki və kimyəvi xassələrinə görə optik şüşə kimi istehsal olunur. Bundan əlavə, soda-əhəng şüşənin hazırlanmasına az temperatur sərf olduğuna görə maliyyəti də azdır. Soda-əhəng şüşənin mənfi cəhəti isə tərkibində olan sodanın yüksək istidən genişlənmə xassəsinə malik olmasıdır.
  2) Adi kalium şüşəsindəki kalsium-oksid yerinə qurğuşun oksidindən istifadə qurğuşun şüşəsi kimi tanınan şüşə növünü yaradır. Tərkibində 24 % PbO olan şüşə kristal halında olan şüşələrə daxildir. Qurğuşun şüşə yumşaq quruluşludur və yüksək qırılma göstəricisinə malikdir. Tərkibində 65 % PbO olan qurğuşun şüşə radiasiyadan qoruyucu eynəklərin hazırlanmasında istifadə oluna bilər, çünki qurğuşun, qamma şüalarını və müxtəlif zərərli şüaları udma qabiliyyətinə malikdir.
  3) Borosilikat şüşə 70-80% silisium, 7-13% bor-oksiddən, az miqdarda qələvi oksidləri (natrium- və kalium-oksid) və alüminium-oksiddən ibarətdir. Borosilikat yüksək istiliyə davamlılığı ilə seçilir. Borosilikat şüşə suya, turşulara, duz məhlullarına, üzvi maddələrə və halogenlərə (xlor və brom) davamlıdır.
  Şüşə nələrdən və necə hazırlanır?
  Şüşənin tərkibi kvars qumu, soda və əhəngdən ibarətdir.
  Rəngli şüşələr isə ərimiş şüşə kütləsinə müxtəlif metalların oksidlərini əlavə etməklə alınır. Məsələn, dəmir oksidi şüşəyə qırmızı, nikel oksidi bənövşəyi və ya qəhvəyi, uran oksidi isə sarı rəng verir. Mis və ya xrom vasitəsi ilə yaşıl rəngin müxtəlif çalarlarını almaq olar.
  Hazırlanma texnologiyası isə 2 tipdə mövcuddur:
  1) ərintini qəliblərə tökmə üsulu
  2) ərintini boru ilə götürüb üfürmə üsulu.
  Ərintini qəlibə tökmə üsulunun tarixi daha qədimlərə dayanır. Qəlibə tökmə üsulu miladdan öncə III minillikdə Misirdə, üfürmə üsulu isə miladın başlanğıcında İsgəndəriyyə şəhərində kəşf edilmişdir.
    Ərintinin qəlibdə hazırlanmış ən qədim üsulunu mütəxəssislər belə təsvir edirlər: gil və qumun qarışığından qəlib hazırlanır, qəlibin üstünə duru şüşə kütləsi sap şəklində dolandırılır və daş lövhə üstündə irəli-geri diyirləndirilir. Şüşə hamarlanaraq qəlibin qabığı halını alır. Sonra qəlib oyularaq şüşə qabdan çıxardılır. Belə şüşə qabların üst səthi hamar, içərisi isə bir qədər kələ-kötürlü olurdu.
    Üfürmə üsulu naxış müxtəlifliyi üçün daha çox imkan yaradırdı. Qəlibdəki naxışlar ona üfürülən şüşədə öz əksini tapırdı. Ən sonuncu üsul isə adi üfürmə üsuludur. Bu üsul bizim dövrümüzə qədər başlıca üsul olaraq qalmaqdadır. Üfürmə üsulu özü də iki formada icra olunur: sadə üfürmə və formaya üfürmə.
Şüşə mayedirmi, yoxsa bərk haldadır?
  Bütün kristal maddələr bərk halda deyil. Elə bunlardan biri də şüşədir. Şüşə qızdırıldıqda maye kimi, otaq temperaturunda isə qatı kimi görünür.
  Qatı maddələr, kristallar da daxil olmaqla, çox nizamlı bir quruluşa sahibdir. Bərk halda bir maddənin tərkibində olan atomlar nizamlı quruluşa malikdir. Lakin şüşə dediyimiz maddənin atomları nizamlı deyil. Eyni zamanda şüşə atomları mayelərə nisbətdə daha çox nizamlıdır. Maye halda olan maddələr isə yüksək axıcılıq xassəsinə malikdir. Lakin şüşənin axıcılıq sürəti çox aşağıdır. Şüşənin axması üçün çox uzun bir müddət lazımdır. Alimlərin fərziyyələrinə görə, şüşə molekulların otaq temperaturunda şəklini dəyişdirməsi üçün tələb olunan vaxt milyardlarla ildir.
  Yəni şüşə nə bərk, nə də maye haldadır. Şüşə mahiyyətcə amorf bir maddədir; yəni tam olaraq normal kristal və tam olaraq maye deyil.
  Qırılmayan şüşə nədir?
  Qırılmayan şüşə 1903-cü ildə fransız kimyaçı Eduard Benediktus tərəfindən kəşf edilmişdir. Benediktus laboratoriyada təcrübə aparan zaman təsadüfən əlindəki kolba (sınaq şüşəsi) masaya dəyərək yerə düşür. Beləliklə, kolba parça-parça oldu, lakin parçalar bir-birindən ayrılmadı. Bu hadisə Benediktusda təəccüb doğurdu. Kolbanı yaxından incələdiyi zaman o, şüşənin divarlarının plastik nitrosellüloza ilə örtüldüyünü, elə bu səbəbdən də hissələrə ayrılmadığı qənaətinə gəldi. Bu təcrübə sayəsində sonralar milyonlarla insanın xilas edilməsinə səbəb olan qırılmayan şüşənin yaranmasının başlanğıcı qoyuldu. Gündəlik qəzetlərin avtomobil qəzası və qəza zamanı bir insanın qırılıb dağılan şüşə parçalarından ciddi şəkildə yaralanması hadisəsini oxuyur. Və beləcə Benediktus avtomobillər üçün qırılmayan şüşə hazırlamaq qərarına gəlir. 1911-ci ildə, avtomobil qəzalarındakı yaralanmaları azaltmaq üçün şüşə-plastik kompoziti istehsal edən “Société du Verre Triplex”i yaratdı. Tripleks şüşə istehsalı ləng və çox zəhmət tələb edirdi, bu da onun bahalı olmasına səbəb olurdu. Bu şüşə avtomobillər üçün nəzərdə tutulsa da, ilk illərdə avtomobil istehsalçıları tərəfindən dərhal qəbul edilmədi və daha başqa məqsədlər üçün işlədildi. Belə ki, ilk tripleks şüşə I Dünya müharibəsi illərində əleyhqazların (qaz maskaları) göz mərcəklərinin istehsalında istifadə edilmişdir. Eduard Benediktusun bu ixtirası milyonlarla insanın həyatını xilas etməklə yanaşı, təhlükəsizlik şüşəsinin gələcəkdə modernləşdirilməsinə də zəmin yaratmışdır.


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to iftixar

0 Comments