Virus
Virus
Virus xəstəlikləri — viruslar çox kiçik hüceyrəsiz həyat formaları olub, nuklein turşuları və zülal molekullarından təşkil olunmuş örtükdən (kapsiddən) ibarətdir. Bundan başqa, bilirsiniz ki, bütün viruslar hüceyrədaxili parazitlərdir, yalnız sahibinin müəyyən hüceyrələrinə daxil olduqdan sonra canlı orqanizmin xüsusiyyətlərini göstərir.Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür:
- antroponoz - yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit)
- zooantroponoz - heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq)
Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli - bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX - kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur[1]. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur. Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir. Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır[2]. [3] Yayılma xarakterinə görə virus xəstəlikləri hava-damcı yolu ilə, təmas zamanı, o cümlədən cinsi əlaqələr, əşyalardan ümumi istifadə, qida və su vasitəsilə yoluxa bilər. Viruslar müxtəlif orqanların hüceyrələrini zədələdiyinə görə onları: dəri, cinsi (zöhrəvi
tənəffüs yolları, tənəffüs orqanları (respirator xəstəlikləri), qaraciyər, göz, bağırsaq viruslarına ayırırlar[4]. Dəri virus xəstəliklərinə dərinin qabıq verməsi, dəmrovlar, ekzema, saç və dımaqlann zədələnməsi aiddir.
Hepatit virusları
QİÇS
Bitki virusları və xəstəlikləri
İstinadlar
- hüceyrənin ribosomundan istifadə edir.
- 7. Genetik parazitdir. Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
- 1. Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
- 2. Bəzi hallarda genləri əhatə edən protein qatı
- 3. Proteinləri əhatə edən lipid təbəqəsi. Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.
RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.