Tarixi şəxsiyyət I Şah İsmayıl Xətai
döyüş Naxçıvan yaxınlığındakı Şərur düzündə baş verir. Əlvənd Mirzənin ordusunda Venesiyalıların köməyi ilə top və tüfənglərin olmasına baxmayaraq onlar məğlub olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə canını qurtarıb Ərzincana qaçır. Ağqoyunluların birinci qolunun məğlub olduğu bu şöhrətli qələbədən sonra İsmayıl Təbriz istiqamətində yol alır. O, burada özünü şah elan edirək Səfəvilər dövlətinin əsasını qoyur, adına xütbə oxudur. Bir müddət sonra Şah İsmayıl Səfəvilər dövlətinin sərhədlərini genişləndirir. 1503-cü ildə Mazandaran, 1504-cü ildə Yəzd, Kirman, Fars, Kaşan, 1506-cı ildə Mərəş, Diyarbəkir, 1508-ci ildə Bağdad da daxil olmaqla bütün İraq Səfəvilər xanədanlığına qatılır. Şah İsmayılın ordusu hələ Bağdada daxil olmazdan əvvəl onun adına xütbə oxunur. O, Bağdadda olduğu müddətdə ziyarətgahlara böyük qayğı göstərir, bir çox quldurluqla məşğul olan dəstələri məhv edir.
Səfəvilərin ikinci mühüm mərkəzinə çevrilir. İsmayılın oğlu Təhmasib Herat mərkəz olmaqla Mərkəzi Asiyaya vali təyin edilir. İsmayıl 1510-cu ilin qışına qədər Heratda qalır.
Səfəvilərin sürətli inkişafı, qısa bir müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsi, qızılbaş idealogiyasının qonşu dövlətlərin, eləcə də osmanlıların idarəsində olan ölkələrin əhalisi arasında geniş yayılması həmin dövlətlərin Səfəvilərə düşmən münasibəti yaratmasına səbəb olur.
Şah İsmayıl hələ Səfəvilərin ilk çağlarından Çaldıran döyüşünün başlanmasına qədər, Osmanlılarla ehtiyatla davranmışdır. Osmanlı sultanı Bəyazidin ilk əvvəl səfəvilərə düşmən münasibət bəsləməsinə baxmayaraq sonralar İsmayılla aralarında xoş münasibətlər yaranmışdır. Bu Osmanlıların 1504-cü ildə Səfəvilər dövlətini tanıması ilə sübut olunur. Bu dövrlərdə Trabzon hakimi olan Yavuz ləqəbli Səlim, Sultan Bəyazidin Şah İsmayılla münasibətinə xor baxırdı. O Türkiyədə gündən-günə güclənən, ətrafına çoxlu tərəfdar toplanan qızılbaşlıq hərəkatına imperiya üçün təhlükəli bir qüvvə kimi baxırdı. Məhz buna görə də o, qəti tədbirlərə əl atmaq fikrində idi.
Sultan Səlim 1512-ci ildə hakimiyyət başına keçən kimi ölkəsini daxilən möhkəmləndirməyə başladı. Yeniçərilərin və bir çox dövlət idarəçilərin etirazlarına baxmayaraq, qızılbaşların siyahısını tutdurub, qırx mindən çoxunu edam etdirib, ibrət almaq üçün bəzi qızılbaşlara qızmar dəmirlə damğa vurdurur. Bundan sonra isə din nümayəndələrini toplatdırıb qızılbaşlar əlehinə fitva verdirir. Bu hazırlıqdan sonra Sultan Səlimin iki yüz minlik odlu silah və ağır səhra topları ilə silahlanmış ordusu Səfəvilər üzərinə yürüşə başlayır.
Maku yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlıq çağında qəfil hücum etmək təklifinə Şah İsmayıl "mən karvan basan quldur deyiləm" cavabı ilə etiraz edir. Nəhayət günün aydınlanan vaxtında iki möhtəşəm türk ordusu qarşılaşır. Döyüş üç gün davam edir. Xüsusi rəşadət göstərən İsmayılın və sərkərdələrinin cəsarətlə vuruşmasına baxmayaraq döyüşdə osmanlılar qalib gəlir. Ağır yaralanan İsmayıl döyüş bölgəsindən uzaqlaşdırılır.
Çaldıran məğlubiyyətinin əsas səbəblərindən biri İsmayılın öz gücünə hədsiz inanması, özünü məğlubedilməz hesab etməsi, ağıllı məsləhətlərə qulaq asmaması və bir sıra taktiki səhvlərə yol verməsi ilə bağlıdır. Digər bir tərəfdən İsmayılın bu döyüşə yaxşı hazırlaşmaması və döyüş gününə qədər osmanlılarla müharibənin olmasına inanmaması onun uduzma səbəblərindən sayılır.
Şah İsmayılın bu ilk məğlubiyyətinin ağır nəticələri tədricən özünü göstərir. Diyarbəkir, daha sonra Ərzincan Osmanlı torpaqlarına qatılır. Çaldıran məğlubiyyəti İsmayılı dərindən sarsır, bundan sonra o, bir daha özünə gələ bilmir. Çünki, bu məğlubiyyət adi bir məğlubiyyət deyildi. Bütün arzularının məhv olması demək idi.
Çaldıran döyüşündən sonra Şah İsmayıl ömrünün sonuna kimi heç bir ciddi hərbi səfər etmir. Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına gəlir. Şəki mahalına gələn Şah İsmayıl Şahdağa ov etmək üçün hazırlaşdığında yerli adamlardan birinin yüksəkliyin onun sağlamlığına zərər gətirəcəyini bildirsə də buna əhəmiyyət vermir. Nəhayət ov zamanı onun səhhətində problemlər yaranır, özünü yaxşı hiss etməyən Şah İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə yola düşürlər. Sərab yaxınlığında halı o qədər pisləşir ki, Manqutayda düşərgə salmalı olurlar. Bütün müdaxilələrə baxmayaraq hökmdarın həyatını xilas etmək mümkün olmur. Görkəmli dövlət xadimi 1524-cü ilin iyun ayının 23-də əbədiyyətə qovuşur. Sərkərdələri onun cəsədini Ərdəbilə gətirərək, babalarının yanında Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Ömrünün 38 yaşında vəfat edən Şah İsmayıl Azərbaycanla bağlı arzularından və istəklərindən ayrılmalı olur. Qısa müddətdə gördüyü işlər onu daim könüllərdə yaşadacaqdır. Şah İsmayılın bu mübarizəsi vahid Azərbaycan dövləti yaratmaq istəyindən irəli gəlirdi. O, Azərbaycan - türk dilini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafında inanılmaz dərəcədə böyük bir işlər görmüşdür.
Əntiqə Rəşidqızı
Ədalət.- 2010.- 8 iyun.- S. 5.