Real madrid
Real Madrid FK
İspan futbol klubu
"Real Madrid" (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib[6][7][8]. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir[9][10]. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 12 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 14 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb[11]. Ev oyunlarını Santyaqo Bernabeu stadionunda keçirir.
Real Madrid FK
Real Madrid CF
Klubun tam adı
Real Madrid Futbol Klubu (isp. Real Madrid Club de Fútbol[1])
Ölkə
İspaniya
Ləqəb(lər)
Los Blancos (Ağlar)
Los Merengues (Merenqlər)
Los Vikingos (Vikinqlər)[2]
La Casa Blanca (Ağ Ev)[3]
Kodu
RMA
Rəng(lər)
ağ, Al-qırmızı
Yaranma tarixi
6 mart 1902 (121 il əvvəl)
Madrid Football Club kimi[4]
Stadionu
Santyaqo Bernabeu
Alfredo Di Stefano
Tutumu
81,044[5]
6,000
Prezident
Florentino Peres
Baş məşqçisi
Karlo Ançelotti
Liqa
La Liqa
2021-22
1
Rəsmi saytı
Vikianbarda əlaqəli mediafayllar
"Deloitte" təşkilatının məlumatına görə 2016/2017-ci il mövsümündə "Real Madrid" 674,6 milyon avro pul qazanaraq dünyanın ən çox gəlir əldə edən klubları sırasında 2-ci yerdə qərarlaşıb[12]. Dəyəri 4,1 milyard dollar olan "Real Madrid" həmçinin dünyanın ən dəyərli futbol klublarından biridir[13].
Tarix
redaktə
Erkən illər (1902–1943)
redaktə
Xulian Palasios. Klubun 1900–1902-ci illərdəki prezidenti.
İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar[14][15]. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Monkloa (Moncloa .isp) bölgəsində keçirən yeganə klub idi. 1900-cü ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar[16]. Bu şəxslərin arasında sonradan "Real Madrid"in ilk prezidenti olacaq Xulian Palasios və öz növbələrində ayrı-ayrı vaxtlarda "Real Madrid"in prezidenti olacaq Xuan Padros və Karlos Padros var idi. Xuan və Karlos doğma qardaş idilər. 1901-ci ildə "Yeni Futbol Cəmiyyəti" adını dəyişdirib "Madrid Futbol Klubu" (Madrid Football Club .ing) etdi[17][18][19]. Fikir ayrılığının digər cəbhəsində olan "Skay Futbol" isə 1902-ci ildə yenidənqurma nəticəsində adını dəyişib "Yeni Fut-Bol Klubu" (New Foot-Ball Club .ing) etdi. 6 mart 1902-ci ildə yeni İdarə Heyəti seçildi. Xulian Palasios öz davamçısı kimi Xuan Padrosun namizədliyini irəli sürdü. Xuan Padros klubun ikinci prezidenti seçildi. İdarə Heyəti Xuan Padrosun sədrliyi ilə "Madrid Futbol Klubu"nu rəsmi olaraq qeydiyyatdan keçirdi. Beləliklə "Madrid Futbol Klubu" rəsmi fəaliyyətə başladı[4]."Madrid Futbol Klubu" 1900-cü ildə təsis edilməsinə baxmayaraq rəsmi qeydiyyatdan 1902-ci ildə keçib. Belə ki, klubu yaradanlar ilk vaxtlar buna ehtiyac olmadığını düşünürdülər ona görə də klubun adını reyestrə salmağa tələsmirdilər, Amma İspaniyada futbolun sürətlə inkişaf etməsi və ilk ölkə miqyaslı turnirlərin təşkil edilməsi nəticəsində klubun rəsmi qeydiyyata alınması zərurəti yarandı. Ona görə də klub 6 mart 1902-ci ildə rəsmi qeydiyyatdan keçdi, halbuki artıq 2 il idi ki (1900-cü ildən bəri) fəaliyyət göstərirdi[20].
"Madrid Futbol Klubu". 1906-cı il.
Yarandığı vaxtdan etibarən "Madrid Futbol Klubu" İspaniya futbolunda liderlik uğrundan mübarizə aparmağa başladı. Artıq 1903-cü ildə klub ölkə kubokunun finalına vəsiqə qazandı. Bu qarşılaşmada Madrid təmsilçisi Bilbao şəhərindən olan "Atletik Bilbao" klubuna məğlub oldu. Bir neçə ildən sonra İspaniya Kuboku ölkə paytaxtının "daimi sakini"nə çevrildi: Madrid təmsilçisi İspaniya Kubokunu 4 dəfə dalbadal qazandı. İlk qələbə 1905-ci ildə "Atletik Bilbao" klubuna qarşı oldu. Növbəti 1906-cı ildə də Madridlilər "Atletik Bilbao"nu məğlub edib kuboku qazandılar. "Madrid Futbol Klubu" 1907-ci ildə finalda "Biskaya", 1908-ci ildə isə "Real Viqo Sportinq" klublarını məğlub edərək İspaniya Kubokunun qalibi oldu. 1909-cu ildə "Madrid Futbol Klubu" İspaniya Kral Futbol Federasiyasının yaradıcılarından biri oldu. Həmin vaxt klubun prezidenti Adolfo Melendes bu qurumun təsis müqaviləsinə imza atdı. Klub ilk vaxtlarda bir neçə meydan dəyişdi. 1912-ci ildən "Madrid Futbol Klubu" ev oyunlarını Kampo-de-O'Donnell stadionunda keçirməyə başladı[21]. 29 iyun 1920-ci ildə İspaniya Kralı XIII Alfonso kluba "kraliyyat" titulu verdi. Bu titul ispan dilində "Real" yəni "krala məxsus" adlanır. Məhz həmin dövrdən etibarən klub "Real Madrid" adlanmağa başladı[22].
İspaniya Çempionatı ilk dəfə 1929-cu ildən etibarən keçirilməyə başlandı. Həmin vaxta qədər ancaq ayrı-ayrı regionlarda sözügedən bölgənin ən güclü klubları müəyyən edilirdi. "Madrid Futbol Klubu" (1920-ci ildən etibarən "Real Madrid") ilk İspaniya Çempionatı keçirilən vaxta qədər paytaxt və paytaxt ətrafı region çempionatında 16 dəfə çempion olmuşdu. 1929-cu ildə ilk İspaniya Çempionatı keçirildi. İlk İspaniya Çemionatının sonuncu turuna kimi lider "Real Madrid" oldu. Sonuncu turdə Madrid təmsilçisi "Atletik Bilbao" klubuna məğlub oldu və 1-ci yeri əldən verərək (sonuncu turda "Barselona" 1-ci yerə yüksəldi) ilk ölkə çempionatını 2-ci yerdə başa vurdu[23]. "Real Madrid" ilk ölkə çempionluğunu 1931/1932-ci il mövsümündə əldə etdi. Növbəti 1932/1933-cü il mövsümündə də çempionluq qazanan "Real Madrid" İspaniya çempionatını 2 mövsüm dalbadal qalib kimi bitirdi[24].
14 aprel 1931-ci ildə İkinci İspaniya Respublikası (La Segunda República Española .isp) quruldu və klub "Real" titulunu itirdi. Klub həmin vaxtdan etibarən ilk adı ("Madrid Futbol Klubu") ilə fəaliyyət göstərməyə başladı. İspaniya II Dünya Müharibəsinə qoşulmadı deyə ölkədə futbol oyunları davam etdi. İspaniya Kral Kuboku turniri Fransisko Frankonun şərəfinə Generalissimus Kuboku adlandırıldı. 13 iyun 1943-cü ildə "Madrid Futbol Klubu" Generalissimus Kubokunun yarımfinalında, cavab qarşılaşmasında "Barselona" üzərində tarixi 11:1 hesablı qələbəsini qazandı[25]. Katalonlar ağır məğlubiyyətdən sonra şayiələr yaymağa başladılar ki, onların futbolçuları polis tərəfindən qorxudulub və dövlət təhlükəsizliyinin direktoru komandaya "çoxunuz sizə ölkədə qalmağa icazə verən rejimin səxavəti nəticəsində oynayırsınız" kimi sözlər deyib, klubun nümayəndəsi Enrik Pinyiro isə azarkşlərin hücumuna məruz qalıb[26][27]. Ancaq bu şayiələr hamsı şayiə olaraq qalıb və nə həmin dövrdə nə də indiki dövrdə konkret fakt və sübutlarla təsdiq olunmayıb. Elə buna görə də ən ali futbol qurumları olan FIFA və UEFA bu nəticəni qanuni hesab edir və rəsmi olaraq tanıyırlar. İspaniyalı jurnalist və yazıçı Xuan Karlos Pasamentos öz araşdırmalarında qeyd edir ki, həmin dövrün canlı şahidi olan "Barselona" futbolçusu olan Xosep Valle bütün bu şayiələri inkar edib və İspaniya təhlükəsizlik orqanlarının onlara təzyiq göstərilməsinin həqiqətə uyğun olmadığını bildirib[28]. Həmçinin qeyd olunur ki, fasilə zamanı "Barselona"nın baş məşqçisi Xuan Xose Noques və klubun futbolçuları oyunun ağır stilinə görə əsəbləşmişdilər. Belə ki, "Madrid Futbol Klubu" oyun zamanı qələbəyə can ataraq üstünlük nümayiş etdirmiş bu isə azarkeşlərin çox güclü dəstəyi ilə müşayiət olunmuşdu. Bütün bunlar "Barselona" futbolçularına psixoloji təsir etmişdi[28].
Heyəti
redaktə
NömrəÖlkəMövqeyiFutbolçu1GKTibo Kurtua2DFDaniel Karvaxal3DFEder Militao4DFDavid Alaba5MFCud Bellingem6DFNaço (futbolçu) (Kapitan)7FWVinisius Junior8MFToni Kroos10MFLuka Modriç (Vitse-kapitan)11FWRodriqo Qoes12MFEduardo Kamavinqa
NömrəÖlkəMövqeyiFutbolçu13GKAndrey Lunin14FWXoselu Mato15MFFederiko Valverde16DFAlvaro Odriozola17FWLukas Vaskes18MFOrelyen Tçuameni19MFDani Sebalyos20DFFran Qarsiya21FWBraim Dias22DFAntonio Rüdiger23DFFerland Mendi24