Akvarium üçün 10 ən rahat balıq
üçün yararlıdır. Akvarium suyunu tez-tez dəyişməyə ehtiyac yoxdur, filtrasiya etmək kifayətdir. Akvarium şəraitində 3-5 il yaşayırlar.
Mollineziya
Həcmi 50 litrdən başlayan akvariumda saxlamaq lazımdır. Erkəklərin sayı daha çox olmalıdır. Digər balıq növləri ilə yaxşı yola gedirlər. Qidaya qarşı heç kaprizli deyillər: həm quru yem, həm də dondurulmuş yem qəbul edə bilərlər. Çox sayda bitkilər və işığı sevirlər. Akvarium suyu isti və orta sərtliyə malik olmalıdır. Akvariumda təxminən 3 il və ya daha çox yaşayırlar.
Ansistrus
Təcrübəsizlər və peşəkarlar arasında ən populyar naxacıq balıqlarıdır. Su şəraitinə asanlıqla uyğunlaşırlar. Həcmi 50 litr olan uzunsov akvarium daha uyğun olacaq. Akvariuma təbii ağac yerləşdirmək lazımdır. Demək olar ki, bütün növ balıqlarla yola gedir, lakin ləng canlılar ilə bir akvariumda saxlamayın. Akvariumun divarlarını yosunlardan təmizləyir. Düzgün qayğı göstərildikdə 7 ildən çox yaşaya bilir.
Qara tetra
Bir akvariumda ən azı 6 ədəd saxlamaq tövsiyə olunur. Həcmi minimum 40 litr olan akvarium seçin. Qara tetra çox sayda bitki sevir. Yemə qarşı kaprizli deyil. Akvariumda balıqlar adətən 3-4 il yaşayırlar.
Betta splendens
Onları həmçinin döyüş balığı və ya xoruz balığı adlandırırlar. Bir ədəd üçün kiçik ölçüdə akvarium uyğun gələcək. Bir neçə balıq üçün 20 litr həcmli akvarium optimal olacaq. Baxmayaraq ki, betta splendensin xüsusi tənəffüs orqanı var, akvariumda havalandırmanı qoşmaq arzu olunandır. Suyun səthi üzərində havanın temperaturu çox aşağı düşməməlidir. Bir akvariumda yalnız bir erkək betta splendens yaşaya bilər. Digər balıqlarla olduqca mehribandır. Yemləməyə qarşı tələbsizdir. Düzgün qayğı göstərildikdə 2-4 il yaşayırlar.
Xallı koridoras
Dəstə ilə yaşayan bu balıqları 4-6 ədəd olaraq saxlamaq yaxşıdır. İki balıq üçün akvariumun minimal həcmi 30 litr təşkil edir. Digər balıqlara qarşı çox mehribandırlar. Akvarium döşəməsini eşələmək bu balığın ən sevimli məşğuliyyətidir, buna görə də iti kənarlı döşəmə seçməyin. Yemləmədə heç bir problem yaratmırlar. Düzgün baxım göstərildikdə 8-10 ilə qədər yaşaya bilirlər.
Sumatra barbusu
Bu balığı 6 ədəddən ibarət dəstə ilə saxlamaq tövsiyə olunur. Uzunsov akvariuma üstünlük verin. Həcmi ən azı 50 litr olmalıdır. Sumatra barbusu yemləmədə heç bir problem yaratmır və hər cür yemi qəbul edir. Digər balıqlarla yaxşı yola gedirlər, lakin ağır tərpənən balıqlara və enli üzgəcli balıqlara ziyan vura bilərlər. Akvariumda adətən 6-7 ilə qədər yaşayırlar.
Mərməri qurami
Bu balıqlar üçün həcmi 80 litrdən başlayan akvarium uyğun olacaq. Havalandırmaya ehtiyac yoxdur, lakin yaxşı filtrasiya tələb olunur. Quramiləri, dişilərin çox olması şərti ilə, cüt və ya qrup şəklində saxlamaq məsləhət görülür. Onlar yalnız öz ölçü və temperamentinə uyğun balıqlarla bir yerdə yaşaya bilərlər. Qurami qidalanmada kaprizli deyil. Akvariumda təxminən 5 il yaşayırlar.
Balığın tələbkar olmaması onun qayğısına laqeyd yanaşmağa əsas vermir. Evimizə bir canlı gətirdikdə onun əmin-amanlığını qorumaq bizim borcumuzdur.
Biopet
- 876
- info@biopet.shop
- İş saatları: 10:00 - 19:00
İnformasiya
Hesabım
Xəbərlərə Abunə Olun
Ən yeni xəbərlər və xüsusi təkliflər üçün e-poçt ünvanınızı qeyd edin.
ABUNƏ OLUN
Biz Sosial Şəbəkələrdə
© 2024 Biopet.shop. Bütün hüquqlar qorunur.