Vəzir-şair

22ss...gYW9
29 Feb 2024
46

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.

 Pənah yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi

Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib. 

 

1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 

 

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

 

Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.

Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 

 

Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı faciəli sonluqla bitir. Ölümünün təfərrüatı belədir: 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. 

 

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

Tavus kimi cilvələnə hər səhər,
Bəzək verə camalına sərbəsər.
Dindirməmiş verə könüldən xəbər,
İşarə anlayıb, hal bilən gərək.
 Molla Pənah Vaqifin şeirlərində tərənnüm edilən “gərdəni minadan”, “ağ əlləri əlvan hənadan”, “şəkər gülüşlü”, “sinə meydan, zülf pərişan, bel nazik”, “ənniksiz-kirşansız”, “ellər yaraşığı - ölkə gözəli” olan Azərbaycan gözəli ədəbiyyatımızda yeni bədii obraz idi. Vaqifin Azərbaycan gözəllərinə aid etdiyi “yaşılbaş sona” obrazı gözəlliyin ümumiləşmiş bədii ifadəsidir. Vaqif “yaşılbaş sona”nı “əcəb seyrəngahı” olan Azərbaycan milli-mənəvi varlığının əsas siması kimi tərənnüm etmişdir. Bu, böyük Füzulinin “qönçə ağızlı, sərv boylu, səməni üzlü” gözəlindən fərqli olan, real həyatdan gələn, xalq düşüncəsi ilə təsvir edilən gözəlliyin ümumiləşmiş bədii obrazı idi. 

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to arzurasulova

1 Comment