Səfəvi-Osmanlı müharibəsi (1514–1555)

GX68...pcWB
12 Feb 2024
49

Səfəvi-Osmanlı müharibəsi (1514–1555)

From Wikipedia, the free encyclopedia


Səfəvi-Osmanlı münasibətləri
Xəritədə Osmanlı İmperiyası tərəfindən müharibə nəticəsində əldə edilən ərazilər mavi rənglərlə göstərilmişdir.
Tarix
1514-1555
Yeri
Qafqazİkiçayarası, Qərbi İran
Nəticəsi
Amasya sülh müqaviləsi
Ərazi dəyişikliyi
Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı,Menqreliya,Quri prinsliyi) Osmanlının təsir dairəsinə,Şərqi Gürcüstan vilayətləri (Mesxeti prinsliyi,Kartli,Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşür.
Münaqişə tərəfləri
 Səfəvilər İmperiyası
 İmereti çarlığı
 Kartli çarlığı
 Quri prinsliyi
 Məmlük dövləti
 Osmanlı İmperiyası

 Mesxeti prinsliyi
 Kartli çarlığı
 Kaxeti çarlığı
Komandan(lar)

Tərəflərin qüvvəsi

  • Səfəvilər dövləti
  • 1514:
  • 40 (digər mənbələrdə — 55 və ya 80)min insan
  • 1532—1555:
  • 60 min insan, 10 silah
  • Osmanlı imperiyası
  • 1514:
  • 60 (digər mənbələrdə — 100) min insan, 100-150 (digər mənbələrdə — 300) silah
  • 1532—1555:
  • 200 min insan, 300 silah



Səfəvi-Osmanlı müharibələri
Səfəvi-Osmanlı müharibələri

Nadir şahın yürüşləri

Sonrakı münaqişələr

XV əsrin sonlarında qızılbaş şiə təriqəti Şərqi Anadoluda güclənməyə başladı. 1499-cu ildə daha fəallaşdılar, Şirvanşahlar dövlətini məğlub edib, qısa müddətə Bakı və Şamaxını tutdular. 1503-cü ildə Şah İsmayıl Ağqoyunlu dövlətini məğlub etdi və müasir İran və İraq ərazilərini fəth edərək Səfəvilər dövlətini yaratdı və özü də bu dövlətin hökmdarı oldu.
Qızılbaşların Osmanlılarla münasibətləri elə əvvəldən gərgin idi. Bu münasibətlər 1501-ci ildə şiə adətlərinə görə ilk üç xəlifənin lənətini özündə cəmləşdirən İsmayılın adından fərman verildikdən sonra daha da gərginləşdi. Bir neçə il ərzində iki dövlət arasında qeyri-diplomatik məktublaşmalar mübadiləsi getmişdir. 1512-ci ildə II Bəyazid taxtdan imtina etdikdən sonra bu münasibətlər daha da pisləşdi. Xüsusən yeni Osmanlı hökmdarı sultan I Səlim Yavuz atasından fərqli olaraq, yeni yaranmış Səfəvi dövlətinə qarşı daha sərt mövqe sərgiləməyə başladı.
Dəvam edən 200 illik müharibələrə səbəb oldu. Bu müharibələrdən ən birincisi qısa fasilələrlə 1514–1555-ci illər arası davam edən Amasiya sülhü ilə bitən Səfəvi-Osmanlı müharibəsi idi.
Bu müharibə iki Osmanlı sultanı və iki Səfəvi şahının hakimiyyət illərinə təsadüf edir. 1514-cü ildə 200 minlik ordu ilə qızılbaşların üzərinə yeriyən I Səlim Çaldıran döyüşündə I Şah İsmayılı məğlub etsə də, tam istədiyinə nail olmadı. Səfəvi dövlətinin varlığına son qoya bilmədi, əksinə onun varlığı ilə hesablaşdı. I Şah İsmayıl vəfat etdikdən sonra hakimiyyətə gələn I Şah Təhmasib də atasının siyasətini davam etdirərək, osmanlılara heç bir güzəştə getmədi. Osmanlı sultanı I Süleyman Qanuni ilə 30 ildən artıq müharibə apardı. I Süleyman dörd dəfə Azərbaycana yürüş etsə də, qızılbaşların müqavimətini qıra bilmədi. Əvvəlki illərdə osmanlılara qarşı "yandırılmış torpaq" siyasəti yürüdən I Təhmasib bu müharibə ərzində bir neçə dəfə Osmanlı ərazisinə uğurlu yürüşlər də etmişdi.
1555-ci il mayın 29-da imzalanmış Amasya sülh müqaviləsi ilə müharibəyə son verildi. Bu müqavilə Osmanlı dövləti ilə Səfəvi xanədanı arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi oldu. Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığıMenqreliyaQuriyaOsmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (MesxiyaKartliKaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşürdü. Şərqi Anadoluda olduğu kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu. Qars neytral elan edildi və mövcud qalası dağıdıldı.

Tarixi

Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən dövlət xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzu kifayət qədər yüksək idi. İsmayılın ölümündən sonra taxta onun oğlu Təhmasib keçir. Təhmasibin hakimiyyət illərində Osmanlı ilə münasibətlər daha da kəskinləşir. Sultan Süleyman dəfələrlə Azərbaycana hücum edir. Bu hücumlar sonradan iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnir.
Müharibə Səfəvilər və Osmanlı imperiyaları arasında Çaldıran döyüşü ilə başlayıb 29 mart 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitmişdir. Osmanlı sultanı I Süleyman və Səfəvi şahı I Təhmasib arasında əldə olunan sülh uzun sürmədi və 1578-ci ildə yeni müharibə (1590-cı il İstanbul sülhünədək) başlandı.

Başlanma səbəbləri

Səfəvi şeyxləri siyasi mübarizəyə başlayana kimi Osmanlı sultanları ilə xoş münasibətdə idilər. Ankara döyüşündən sonra Səfəvi şeyxi Xacə Əlinin xahişi ilə Əmir Teymur Anadoludan apardığı əsirləri sərbəst buraxdırmış və onlar Ərdəbil şəhəri ətrafında məskunlaşdırılmışdılar.
Bu hadisə Şərqi Anadoluda yaşayan türk boyları ilə əlaqələri daha da yaxınlaşdırmışdı. XV əsrin II yarısından başlayaraq Osmanlı sultanlarının Anadoluda yaşayan türk tayfalarına ölkənin idarəetmə sistemində yer verməməsi bu yarımköçəri türk tayfalarını türk dövlətindən narazı salmış və Şərqi Anadoluda Qızılbaş müridlərinin çoxalmasına səbəb olmuşdu. II Bəyazid Şərqi Anadoluda yaşayan Ərdəbil sufilərinə qarşı sərt tədbirlər həyata keçirsə də sonradan I Şah İsmayılla münasibətlərini kəskinləşdirməmək üçün mövqeyini dəyişdi. Hətta Şərur döyüşündən sonra Əlvənd Mirzəyə göndərdiyi məktubda Ağqoyunlu şahzadələrinə öz aralarında baş vermiş çəkişmələrə son qoymalarını və qızılbaşlara qarşı birləşmələrini tövsiyə edirdi. Bütün bunlara baxmayaraq I Şah İsmayıl II Bəyazidlə ehtiyatlı davranır və ona yazdığı məktublarda "ata" deyərək müraciət edirdi. 1503-cü ildə qızılbaşların Sultan Murad üzərində qələbəsindən sonra yeni siyasi vəziyyətin yarandığını görən II Bəyazid Səfəvi dövlətinə qarşı siyasətini dəyişdi.
II Bəyazid isə məktubunda I Şah İsmayıla "I Şah İsmayıl" ünvanı ilə müraciət edir, I Şah İsmayılın əcdadlarını "Allahın dostları" kimi adlandırırdı. II Bəyazid 1504-cü ilin qışında I Şah İsmayılın Əcəm İraqı və Farsı ələ keçirməsini təbrik etmək, hakimiyyətini rəsmən tanımaq üçün öz elçisini göndərdi. O,27 məktubunda I Şah İsmayıla "möhtərəm oğul", "ali məqamlı övlad" deyə xitab edirdı. Ümumiyyətlə II Sultan Bəyazidin hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərində sülh şəraiti hökm sürmüşdür. Hər iki hökmdar münasibətlərində yaranmış ziddiyyətləri müharibə həddinə çatdırmamışlar.
Lakin getdikcə Səfəvi-Osmanlı münasibətlərində yaranan siyasi-iqtisadi ziddiyyətlərə dini çalarların əlavə olunması ilə bu ziddiyyət daha da dərinləşirdi. I Şah İsmayıl ana tərəfdən Uzun Həsənin nəvəsi olduğundan Ağqoyunlu dövlətinin varisi kimi onlara məxsus Şərqi Anadolu torpaqlarına olan qanuni varislik hüququnu əsas tutaraq Şərqi Anadolunu ələ keçirməyə çalışırdı. Belə bir şəraitdə XV əsrin II yarısından başlayaraq Şərqi Anadoludakı yarımköçəri türk boylarının Osmanlı sarayı tərəfındən sıxışdırılması, onların nicat yolunu Ərdəbildə axtarmasına səbəb oldu. Hər iki dövlət bölgədə siyasi mövqelərini möhkəmləndirmək üçün geniş xalq kütlələri arasındakı dini təriqətləri qızışdırmaqla öz məqsədlərini gerçəkləşdirmək üçün ondan bir vasitə kimi faydalanmağa çalışırdılar.
I Şah İsmayıl
I Şah İsmayıl 1507-ci ildə Zülqədər ölkəsinə, yəni Əlaüddövlə üzərinə yürüş edərək Ərzurum və Ərzincan yolu ilə, yəni Osmanlı ərazisindən keçərək hücum etmiş və bu yürüşə II Bəyazid icazə vermişdi. I Şah İsmayıl Zülqədər bəyliyinə yürüş nəticəsində Xarputu ələ keçirib, Diyarbəkiri nəzarət altına aldı. Bu zaman şahzadə Səlim Trabzon valisi idi. O, 1508-ci ildə Gürcüstana üç dəfə yürüş edərək xeyli hissəsini ələ keçirmişdi. Səlim həmçinin Ağqoyunlulardan Səfəvilərə keçən Bayburt, Ərzincan, Kemah, İşpir, Gümüşxanə və Cəmişgəzər arasındakı əraziləri də tutmuşdu. I Şah İsmayıl Səlim tərəfindən ələ keçirilmiş əraziləri qaytarmaq üçün qardaşı İbrahim Mirzənin rəhbərliyi ilə hərbi hissə göndərmişdi. Səlimin başçılığı ilə Osmanlı ordusu qızılbaşları məğlub etmiş və İbrahim Mirzə əsir alınmışdı. I Şah İsmayıl Osmanlı dövləti ilə müharibəyə yol verməmək məqsədilə Sultan II Bəyazidin yanına elçi göndərərək şahzadə Səlimin hərəkətlərinə etirazını bildirərək Osmanlı dövlətinə dostluq münasibətlərini bəyan etdi. II Bəyazid elçiləri hörmətlə qarşılamış, Səlimə hakimlik etdiyi Sancağın mühafizəsi ilə məşğul olmağı və bir daha belə hərəkətlər etməməyi tapşırmışdı. Ələ keçirilən əraziləri isə Səfəvi dövlətinə qaytarmışdı.
Lakin şahzadə Səlimin 1510-cu ildə yenidən Ərzincana yürüşü Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirmişdi. II Sultan Bəyazid münasibətləri qaydaya salmaq üçün I Şah İsmayılın yanına elçilərini göndərmiş, yaranmış qarşıdurmanı aradan qaldırmışdı. Göründüyü kimi istər I Şah İsmayıl, istərsə də II Bəyazid tərəflər arasında yaranmış qarşıdurmanın müharibə həddinə çatmasını istəmir və dostluq münasibətlərinə üstünlük verirdilər.
1510-cu ildə Kiçik Asiyanın Şərq vilayətində Şahqulunun rəhbərliyi altında güclü üsyanın baş verməsi, Məhəmməd xan Ustaclının – Diyarbəkir hakiminin tez-tez sərhədi pozaraq Osmanlı ərazisinə soxulması da Osmanlı-Səfəvi münasibətlərinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə I Şah İsmayıl imperatorluq hüdudlaından kənarda və xüsusilə,Şərqi Anadoludakı müridləri ilə əlaqələrini nəinki saxlayır, bu əlaqələri daha da gücləndirirdi. Bu, daha çox dövlətin qərb bölgələrində türk oymaqlarından olan qızılbaşların sayını artırmaqla, dövlətin yerli dayaqlarını möhkəmləndirmək üçün lazım idi. Qızılbaşların belə siyasəti Osmanlı dövləti daxilində gərginliklər yaradır, eyni zamanda iki ölkə arasında ciddi narazılıqlara səbəb olurdu. Osmanlı hökmdarı II Bəyazid (1481–1512) təəbələrinin ölkəni tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürdü. I Şah İsmayıl II Bəyazidə göndərdiyi bir məktubda təriqət mənsublarının ziyarətinə mane olunmamasını xahiş edirdi. II Bəyazid isə I Şah İsmayıla göndərdiyi məktubda ziyarəti yerinə yetirdikdən sonra geri dönməyə söz verənlərə mane olmayacağını yazmışdı. Əslində, II Bəyazid I Şah İsmayılın könlünə dəyməmək üçün ona belə bir cavab göndərmişdi. I Şah İsmayıl isə Osmanlılarla çox ehtiyatlı davranırdı.
I Şah İsmayılın ehtiyatlı davranışlarına baxmayaraq,1510-cu ildə Anadoluda Şahqulu Baba üsyanı baş verdi. Şahqulu Şeyx Heydərin Anadoluda təriqət yayan və Təklə elindən olan Həsən adlı xəlifəsinin oğlu idi. O, son dərəcə fəal və cəsarətli bir adam idi. Osmanlı dövlətində mərkəzi hakimiyyətin bir qədər zəifləməsindən istifadə edərək hərəkətə başlamışdı. Tərəfdarları Şahquluya "baba" deyirdilər. Təklə elinin yoxsul və varlılarından ibarət saysız-hesabsız tərəfdarları vardı. Şahqulu Osmanlı ordusunu bir neçə dəfə məğlubiyyətə uğratdı. Sonuncu savaşda çox ağır yaralanmış Şahqulu çox keçmədi ki, öldü. Ancaq onun tərəfdarları Səfəvi ölkəsinə gedə bildilər. Onların sayı 15.000 idi. Şahqulu güvəndiyi adamlardan birini özünə vəzir təyin etmişdi. Ətraf bölgələrə bəylərbəyi,sancaqbəyilər də göndərmiş və Osmanlı elindəki xəlifələrinə məktublar yazaraq hərəkətə başlamalarını bildirmişdi. Bütün bunlara baxmayaraq, onun məqsədi Osmanlı dövlətini devirmək yox,Şərqi Anadoluda tərəfdarlarının sayını artırıb Səfəvi hakimiyyətini möhkəmləndirmək idi. Şahqulu bacarığı ilə elə bir təsirə malik idi ki, hətta II Bəyazidin Qaraman valisi olan oğlu Şehinşah da onun təbliğatına uymuş və qızılbaşlığı qəbul etmişdi. I Şah İsmayıl tərəfindən Osmanlı taxt-tacı uğrunda mübarizədə Amasiya valisi Əhmədin müdafiə edilməsi və Qaraman valisı Şahzadə Şehinşahın qızılbaş tərəfdarlarına qoşulması siyasi gərginliyi artırırdı. Şahzadə Əhmədin öldürülməsi, oğlu Muradın Səfəvi şahına sığınması, hakimiyyətə keçən Səlimin qızılbaşlara qarşı təcavüzkarlıq siyasəti münasibətləri daha da pisləşdirdi.
Nəticədə I Şah İsmayılın Sultan Səlimin səltənət taxtına oturması münasibətilə Ədirnəyə göndərdiyi elçini Sultan Səlim qəbul etmədi və həbs etdirdi. Bu hadisədən sonra I Şah İsmayıl Nurəli Xəlifənin başçılığı ilə Anadoluya qoşun göndərdi. O, Qarahisar və Niksar qalalarını və Toqatı ələ keçirdi, az sonra Ərzincan ətrafında Sinan paşanı məğlub edərək Şahzadə Əhmədin oğlu Muradın qüvvəsi ilə birləşərək Sivaş, Toqat, Amasiya və Gorumda qızılbaşların üsyana qoşulmasını təmin etdi.
Qızılbaşların Anadoludakı bu tədbirləri Osmanlı dövləti ilə Səfəvilər arasında münasibətləri daha da gərginləşdirdi. I Sultan Səlim qardaşları ilə bağlı təhlükəni aradan qaldırdıqdan sonra Anadoluda 40.000 nəfər qızılbaşı öldürtdü. Təklə elində həbs etdirdiyi qızılbaşları isə Aralıq dənizində yeni fəth olunan adalara sürgün etdi. Bununla, Səfəvilərə qarşı müharibəyə hazırlaşan I Sultan Səlim yürüşü zamanı arxasında baş qaldıra biləcək təhlükəni aradan qaldırıb özbək Übeydulla xanın da köməyinə arxalanaraq hərbi əməliyyata başlamağı qərara aldı.

Müharibənin başlanması və gedişi

Sultan I Səlimin yürüşü

Çaldıran döyüşü zamanı Sultan Səlim tərəfindən ələ keçirilmiş Şah İsmayıl Səfəvinin şəxsi əşyaları. Topqapı muzeyiİstanbul
Sultan I Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Səfəvi-Osmanlı münasibətləri düşmənçilik xarakteri aldı. Azərbaycan Səfəvilər dövlətinə qarşı hərbi əməliyyata başlamazdan qabaq Sultan Səlim Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən şeybanilər tərəfindən yardım vədini aldı. Sünni üləmaları tərəfindən qızılbaşlara qarşı bütün müsəlman-sünnilərin müqəddəs vəzifəsi olan cihad elan olundu. Belə ki, Osmanlı feodalları üçün "kafir" adlandırılan şiələri öldürməyə və onların əmlakını qarət etməyə "qanuni" əsas yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrini qabaqcadan kütləvi şəkildə amansızcasına qırdırdı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumata görə, 40 minə qədər adam öldürülmüşdü).
Yürüşə başlayan Osmanlı ordusu say etibarilə şah İsmayılın qoşunundan çox idi. Buna görə də İsmayıl ilk mərhələdə düşmənlə açıq döyüşdən çəkindi. Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər, əhalini köçürdülər, ərzaq və yem ehtiyatlarını məhv etdilər, su mənbələrini yararsız hala saldılar. İsmayıl "yandırılmış torpaq" taktikası ilə Osmanlı ordusunu viran qalmış əraziyə cəlb etməyə, onları qarşıdakı qışda çətin vəziyyətə salmağa çalışırdı. Lakin bu taktika özünü qismən doğruldurdu. Sultan I Səlim Osmanlı əsgərlərini Şərqə doğru hərəkətə məcbur etmək üçün kütləvi edamlardan çəkinmirdi.

Sultan I Səlimin Azərbaycana hücum ərəfəsində I Şah İsmayıla məktubları

Sultan I Səlim Azərbaycana hücumu ərəfəsində I Şah İsmayıla 3 məktub göndərdi. O, məktubda təhqiramiz ifadələr işlədir və hədə-qorxu gəlirdi. Sivasda olarkən göndərdiyi məktubda isə İsmayılı çox ağır ifadələrlə həqarət etmişdi. Şeyxliyinə işarə edərək ona əsa, əba və dərviş xalatı göndərmişdi. Ərzincandan Sultan Səlim üçüncü məktubu göndərdikdən sonra I Şah İsmayıl ona nəsihətamiz cavab verdi. Sultan Səlim I Şah İsmayılın müdrik və nəsihətamiz məktubunu alarkən elçini edam etdirdi və Ərzincandan Təbriz üzərinə hərəkət etdi. Sultan Səlim 1514-cü il avqustun ortalarında Çaldıran döyüşü ərəfəsində I Şah İsmayıla Tərcan yaxınlığında 4-cü məktubunu göndərdi. Sultan Səlim bu məktubunda I Şah İsmayılın cürət edib ona cavab yazmasını göstərərək yenə də təhqiramiz ifadələr işlədir və ona boyunbağı, sırğa və baş örtüyü göndərir. Artıq bu iki türk dövləti arasında qarşılaşma qaçılmaz vəziyyətə gəlir.
Yavuz Sultan Səlim dövründə Osmanlı sərhəddi
Məşvərət məclisində Məhəmməd xan Ustaclı Osmanlı ordusunun Çaldıran düzünə enərkən döyüş mövqeyini müəyyən etmədən hücum etmə və ya osmanlıların odlu silahının üstün olmasını nəzərə alaraq gecə hücuma keçmənin məqsədəuyğun olması təklifləri Durmuş xan Rumlunun etirazı ilə qəbul edilmədi. I Şah İsmayıl da gecə hücumunu öz qüruruna sığışdırmadığına görə bu təklifə etiraz etdi. Hətta, Məhəmməd xan Ustaclının Osmanlı ordusunun sayca çox olmasını nəzərə alıb döyüşə girməməyi və gözləmə mövqeyi tutaraq ölkənin digər bölgələrindən hələ gəlib çıxmamış hərbi hissələrin çatmasından sonra döyüşə başlama təklifi də qəbul olunmadı. Beləliklə, I Şah İsmayılla Sultan I Səlimin aralarındakı qırıcı məktublardan sonra 23 avqust 1514-cü ildə Xoy şəhərinin şimali-cənubunda eyni adlı şəhərdən 20 fərsəx məsafədə olan Çaldıranda bir qandan olub, bir dildə danışan qüvvələr qarşılaşdı.


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Vuqar85

1 Comment