Tibbdə maraqlı hadisə

52Qi...qwS9
3 Feb 2024
36




Tibbdə maraqlı hadisələr: Özünü kəsən həkim – FOTO


Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ən böyük ağrılardan biri olan appendisit ağrısını özü əməliyyat edib.
Müxtəlif illərdə dünyada qəribəliklər və eləcə də maraq doğuran hadisələr baş verib. Xüsusilə tibb sahəsində istifadə edilən bəzi alətlər böyük təəccübə səbəb olub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, müxtəlif dövrlərdə tibbi alət kimi istifadə edilən bəzi alətlərdən bəhs edən yazını təqdim edir: 



Ötən əsrlərdə Avropada bir qrup həkim dövrün bəlası olan vəba xəstəliyindən qorunmaq üçün bu paltarların geyinirdilər. Onlar maska içərisinə lavanda çiçəyi qoyaraq gözəl qoxunun xəstəliyi özlərinə keçirmədiyinə inanırdılar.

1937-ci il tarixli bu fotoşəkil əslində böyük bir faciəni göstərməkdədir. Poliomelit- yəni uşaq iflici - o illərə qədər bir çox uşağın ölməsinə, sağ qalanların isə ciddi dərəcədə şikəstliyə məhkum olmasına səbəb olurdu. Bu xəstəlikdən ən çox əziyyət çəkən ölkələrdən biri də Amerika idi. 1955-ci də Dr.Salk peyvəndi tapana qədər isə fotoşəkildəki müalicə üsulundan istifadə olunurdu. Uşaq iflicinə səbəb olan virus bəzi xəstələrdə beyinə yerləşərək buradakı tənəffüs mərkəzini iflic edir və xəstəni nəfəs ala bilməyəcək hala gətirirdi. Buna mane olmaq üçün istifadə edilən bu çörək bişirmə sobasına bənzər alət mexaniki bir ağciyər olub, uşaqların nəfəs alıb verməsinə köməkçi olmağa çalışsa da bu maşında aylarla yaşayan uşaqların hamısı həyatını itirirdi.

1890-1900 illəri arası çəkildiyi hesab olunan bu fotoşəkildəki ayağını itirən bir qadına taxılan taxta protezdir.


Gördüyünüz kiçik ölçüdə ancaq çox peşəkarlıqla hazırlanmış olan bu fiqur heç də oyuncaq deyil. Katolik kilsəsinin təzyiqçi rejimi altında olan, xristian ölkələrində həkimlərin ( qadınların həkim olması qadağan) müayinə məqsədli belə olsa qadınlara toxunmaları qadağan idi. Bu səbəbdən də qadın xəstələr bədənlərinin şikayətçi olduqları nahiyyəsini göstərə bilmək üçün həkimlər bu maketten istifadə edirdilər.


Alman amputasiya (orqan kəsmə) bıçağı 18-ci əsrdə kəşf olunan olunub. Bu bıçaq, xüsusilə cərrahlar tərəfindən ayağı dizin altından kəsmək üçün istifadə edilirdi. Anesteziya olmadan tətbiq olunan üsul xəstə üçün çox uzun keçsə də yalnız bir neçə dəqiqədən ibarət idi.
6. 17. əsr amputasya bıçağı - cərrahlar varlı olduqdan sonra xüsusilə bu tərz tibb alətlərinə pul xərcləməkdən çox zövq alırdı. Xüsusilə qızıl örtməli alətlər çox dəbdəydi. Təəssüf ki bu alətlərdə bakteriya törəməsi çox idi və əksər cərrah əməliyyatlar arasında aləti təmizləmirdi.
7. Fransız güllə çıxaranı. 16-cı əsrin əvvələrində silahların çoxalmasından sonra istifadə olunan bu alət, gülləni çıxarmaq üçün qayçıya bərkidilmiş uzanıb qısalan uzun bir çubuqdan ibarət idi.
8. 27 yaşlı Leonid Rogozov öz söküyünü tikə bilməyən dərzilərə cavab xüsusiyyətində hərəkət ilə öz appendisit əməliyyatını 30 aprel 1961 özü edən bir Sovet həkimidir. Ən böyük ağrılardan biri olan appendisit ağrısını özü əməliyyat edərək tarixə keçib. 

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to fikret

1 Comment